GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO

Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO

Tarix: 24-05-2021, 12:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 939
Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO


Uşaqlar bizim gələcəyimizdir!

Gələcəyimizi hər cür təhlükələrdən qorumaq isə bizim borcumuzdur.


Biz valideyinlər ömrümüz boyu övladlarımızın arzu və istəklərini onlara yaşatmaq üçün çalışırıq. Bəllidir ki, uşaqların arzu, istəkləri o qədər əlçatmaz deyil. Onların ən çox istədikləri parka getmək, əylənməkdir. Biz də valideyin olaraq övladlarımızın sevincinə səbəb olacaq bu əyləncəni onlara yaşatmağa çalışırıq.

Təhlükəsizliklərini də nəzərə almaq şərtilə!

Lakin, təəssüflər olsun ki, bəzən nəfsi gözündən daha iti olan, pulu düşünərkən işinin əsas məsuliyyətini unudan sahibkarlar üzündən övladlarımız elə əylənərkən ya həyatını itirir, ya da sağlamlığını.



Buna misal olaraq 2014- cü ildə Qobustanda baş verən, 1 uşağın ölümü və bir neçə uşağın ağır xəsarət alması, həmçinin “Nabran İstirahət mərkəzi”ndə 1 azyaşlının ağır xəsarət alması ilə nəticələnən atraksion qəzalarını xatırladırıq.

Ümumiyyətlə, bu kimi qəzalara dünya mətbuatında çox rast gəlinir.

Əslində təəssüflər olsun ki, yuxarıda da qeyd etdiyimiz kimi məsuliyyətsiz sahibkarlar üzündən bu hallar Azərbaycanda da bir neçə dəfə yaşanıb, lakin hansı vasitələrləsə mediadan gizlədilib.

Amma, atalar yaxşı deyib: "Yerin də qulağı var."

Daha bu atraksion sahibkarları düşünmür ki, baş vermiş hadisələri ört-basdır etmək onların vicdanına paklıq gətirmir.



Bu kimi həyati əhəmiyyətli atraksionlar hər gün istifadəyə verilmədən öncə texniki baxışdan keçirilməli, ən azından istismar müddətini başa vurmuş texniki avadanlıqları yeniləri ilə əvəz olunmalıdır.

Mövzuya başlamazdan əvvəl redaksiya olaraq bu cür həssas münasibət bildirməyimiz həm valideyin, həm insanlıq, həm də bizi izləyən, redaksiyamızın məlumatlarından yararlanan izləyicilərimizə, eyni zamanda peşəmizə olan borcumuzdan qaynaqlanır.


Elə söz atraksion qəzalarından düşmüşkən bir etibarlı mənbədən redaksiyamıza daxil olmuş məlumatları sizlərin diqqətinizə çatdırmaq istəyirik.

Demək, DogruXeber.az informasiya agentliyinin redaksiyasına yaxın keçmişimizdə adı media gündəmində rüşvətxorluqda, şagird intiharı kimi kriminal hadisədə, həmçinin məktəbi şəxsi mülkü kimi öz qanunları ilə idarə etməsi məsələlərində hallanan Xırdalan şəhər 2 saylı orta məktəbin direktoru Ədalət xanım Camalova haqqında daha bir məlumat daxil olmuşdur.

Daxil olan məlumatda bildirilir ki, Xırdalan şəhər Heydər Əliyev adına parkda fəaliyyət göstərən atraksionlar 2 saylı orta məktəbin direktoru Ədalət xanım Camalovaya məxsusdur.



Daha sonra bildirilir ki, həmin atraksionların bəziləri istismar müddətini başa vurmasına baxmayaraq, müəyyən texniki avadanlıqları belə dəyişdirilmədən fəaliyyətini hələ də davam etdirir.

Hətta, etibarlı mənbədən əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, ötən il həmin istismar müddətini başa vuran atraksionlardan biri aşıb və bir uşaq ağır xəsarət alıb.

Sözügedən atraksionların fəaliyyət göstərməsi barədə isə heç bir rəsmi sənədlər olmadığı, Ədalət xanımın bu fəaliyyətinə görə dövlət vergisindən yayınmağı da məlumatlarda qeyd olunur.

Mənbə bildirir ki, Ədalət xanımın parkdakı "əyləncə biznesi"nə tir atıcılığı da daxil idi. Yenicə qədəm qoymuş 2021-ci ilin belə artıq Ədalət xanımın atraksion biznesində acı, xoşagəlməz bir xatirəsi var.
Belə ki, əylənmək istəyən bir nəfər parkda tir tüfəngini "tir atıcılığı" üçün müəyyən edilmiş ərazidən kənara çıxarıb istifadə edərkən, ehtiyatsızlıq üzündən parkda istirahət edən bir şəxsi gözündən yaralayıb.

Gözündən ağır yaralanan şəxs müalicəsi üçün Türkiyəyə aparılıb. Hazırda müalicəsi davam etdirilir.

Bundan əlavə Ədalət xanımın Şəki və Balakən rayonlarında böyük torpaq sahələri və əyləncə mərkəzi də olduğu məlumatlarda əks olunmuşdur.



Orta məktəb direktorunun sahib olduğu vəzifənin maaşı ilə bu qədər mülk əldə etməsi və bizneslər qurması özü hər kəsdə maraqla bərabər şübhə də doğuran məsələdir.

Odur ki, redaksiyamıza daxil olan bu kimi məlumatlar bizim də təəccübümüzə səbəb oldu.

Verilən bütün məlumatlara aydınlıq gətirməsi, eyni zamanda KİV haqqında qanunun müvafiq tələbinə uyğun olaraq qarşı tərəfin də mövqeyini öyrənmək üçün Ədalət xanım Camalova ilə telefon əlaqəsi saxladıq.

Redaksiyamıza daxil olan məlumatları Ədalət xanıma bildirib, münasibətini soruşduq.

Ədalət xanım bütün məlumatları təkzib etdi və bildirdi ki:

"atraksionlar mənim deyil, oğluma məxsusdur. Oğlum həddi-buluğa çatmış, 40 yaşında yetişkin insandır. Onun işlərinin mənə heç bir aidiyyatı yoxdur.
Tir məsələsi ilə bağlı heç bir məlumatım yoxdur. Elə bir şey olmayıb. Olsaydı mən bilərdim."

(QEYD: Etibarlı mənbənin verdiyi məlumatda o da bildirilir ki, baş vermiş qəzadan sonra Tir əyləncəsi ümumiyyətlə parkdan götürülüb. Daha fəaliyyət göstərmir.)

- "Oğlunuza məxsusdursa, o zaman Atraksionların sənədləşməsi də oğlunuzun adınadır yəqin ki?" sualımıza isə Ədalət xanım.

- "Hə. Bilmirəm kimin adınadır." Deyə cavab verdi.

(Qeyd: yuxarıda da qeyd etdiyimiz kimi mənbə Atraksionların heç bir qanuni sənədləşməsi olmadığı barədə məlumat vermişdi.)
Ədalət xanımın sənədləşmə ilə bağlı özünün belə tərəddüdlü cavabı məlumatların hardasa doğru olmasına bir işarə təsirini bağışlayır əslində.

Xanım Şəkidə və Balakəndə sahib olduğu biznes və torpaq sahəsi ilə bağlı məlumata isə belə aydınlıq gətirdi ki:

"Şəkidə heç bir əyləncə mərkəzim yoxdur. Balakəndə evim var. Orada da övladım yaşayır. Vəssalam."

Söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi Ədalət xanım haqqında olan bütün bu məlumatlar Etibarlı mənbə tərəfindən redaksiyamıza daxil olmuşdur.

Biz də DogruXeber.az redaksiyası olaraq, daxil olmuş məlumatları da, həmçinin qarşı tərəfin mövqeyini də dərc etdik.

Məsələni daha dərindən araşdırıb, dəqiqləşdirmək və əgər varsa mövcud problemləri aradan qaldırmaq üçün isə yəqin ki, aidiyyatı qurumlar müvafiq tədbirlər görəcəkdir.

P.S: Sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlara göndərilməsi üçün tərəfimizdən sorğular hazırlanır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır./DogruXeber.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uşağın yandırıldığı internatın direktoru danışdı

    Uşağın yandırıldığı internatın direktoru danışdı ...

    5-11-2014, 12:24

  • 
  • Masallıda “Azəriqaz” İB səhlənkarlığı üç azyaşlının xəsarət almasına səbəb olub...? – Körpələrin vəziyyəti ağırdır

    Masallıda “Azəriqaz” İB səhlənkarlığı üç ...

    10-12-2018, 12:29

  • 
  • Vaqif Məmişov Peterburqda nüfuzunu itirir

    Vaqif Məmişov Peterburqda nüfuzunu itirir ...

    6-08-2019, 15:53

  • 
  • Hökumət iki azyaşlının əlilliyini ləğv edib... - əlillər dərmansız, ərzaqsız qalıb

    Hökumət iki azyaşlının əlilliyini ləğv edib... - ...

    21-04-2021, 18:02

  • 
  • Sabah dərs başlayır, direktor 10 şagirdi məktəbə buraxmır: Nazirlik isə “gözləsin” deyir - Sumqayıtdan GİLEY

    Sabah dərs başlayır, direktor 10 şagirdi məktəbə ...

    14-09-2020, 20:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu