İnternat yoldaşı tərəfindən yandırılan 10 yaşlı Fateh Quluzadə hələ də xəstəxanaya yerləşdirilməyib.
Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva ANS PRESS-ə açıqlamasında, Fatehin vəziyyətinin deyildiyi kimi ağır olmadığını bildirib: "Fatehin yanıqlarına internatımızın tibb bacısı nəzarət edir. Lazım olan dərman və tibbi ləvazimatları isə özümüz alırıq. Uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını düşünürük. Fatehin anası özü həkimdir. Təbii ki, uşağının yarası ilə o da məşğul ndan narahat olmağa dəyməz."
Əqli inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların niyə nəzarətsiz qaldığını və qaynar suyu necə əldə etdiyi barədə sualları G.Abdullayeva belə cavablandırıb: "Biz uşaqları nəzarətsiz qoymuruq. Hər növbənin öz müəllimləri və dayələri var. Hadisə uşaqları yatmağa hazırlayanda baş verib. Fateh autist xəstəsi olduğundan çox narahat uşaqdır, özü sərbəst gəzə bilmir. Bizim Günay müəllimə həmişə onun əlindən tutur. Surxay da çox nadincdir. Hadisə bir anda baş verib. Növbədə Nəbi müəllim və Ruqiyyə müəllimə olub. İzahatlarını almışam. Surxayı da cəzalandırmışam. "
Xatırladaq ki, "anspress"-in yaydığı məlumata görə, 11 saylı İnteqrasiya təlimli İnternat məktəbində baş verən dəhşətli hadisə zamanı Surxay adlı uşaq internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırıb. Nəticədə Quluzadə Fateh Rəfael oğlu qulaq və boyun nayihəsindən ağır yanıq xəsarətləri alıb. Hər iki uşağın 10 yaşında olduğu deyilir.
Hadisə 1 həftə əvvəl - 29 oktyabr tarixində axşam 21:30-da baş verib. Fateh xəstəxanaya aparılmadığından onun yanıqlarına infeksiya düşüb və açıq yaraya çevrilib.
Sorğu
Yeni dizaynımız necədir?