GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI - NARAZILIQ!

Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI - NARAZILIQ!

Tarix: 25-05-2021, 16:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 438
Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI - NARAZILIQ!


"Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasının yarısını, əmlakının hamısını dələduzluqla Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsi (icra məmuru Vüsal Əliyev ) ,“Rəvan” sığorta şirkəti , ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi və məhkəmə(lər) yeməkdə davam edirlər. Ali Məhkəmənin 20 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 29.08.2019 tarixli qətnaməsi qüvvədə saxlanılıb. Məhkəmə aktlarının tarixi açıq-aşkar prosessual hüquq normalarının pozulmasını ortaya qoyur. Fikir verin, Ali Məhkəmə qazinin şikayətinə 14 aydan sonra baxıb! (?) Maddi hüquq normalarının pozulması isə dövlətin Qarabağ qazisinin sosial təminatı üçün ayırdığı pensiyanın yarıqat edilməsində özünü göstərir".

Gundemxeber.az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Məhkəmə hakimiyyəti qazinin hüququnun pozulmasına icra hakimiyyəti orqanının -ədliyyə, icra məmurlarının qeyri-prosessual təzyiqi ilə hüquqi qiymət verilməsini təmin etməyib. Təsəvvür edin, rüşvət (oxuma, dövlət!) qulluqçuları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və təbii ki, icra sənədi olmadan Qarabağ qazisinin pensiyasını yarıqat ediblər, daşınar-daşınmaz əmlakına həbs qoyublar. Bu fakt ,Konstitusiyaya görə, dövlətə qarşı ən ağır cinayətdir. Məhkəmənin səlahiyyətini mənimsəyib özündən icra sənədi tərtib edən icra orqanının , sığorta şirkətinin əməlinə hüquqi qiymət vermək yerinə, məhkəmələrin öz səlahiyyətlərindən başqalarının dələduzluqla yararlanmalarına göz yummaları, olmayan icra sənədinə “əsaslanıb” qazinin cüzi pensiyasının yarıqat edilməsini qanuni saymaları MƏHKƏMƏ HAKİMİYYƏTİ ADINA, YÜKSƏK HAKİM ADINA ƏN BÖYÜK LƏKƏDİR! Məhkəmə hakimiyyəti o səviyyəyə enib ki, qaziyə hüquqi yardım edilməsinə vəkil də ayırmayıb. Yalnız bir illik süründürməçilikdən sonra vəkil Ayşən Vəliyeva şikayəti yazıb, lakin iclasda iştirak etməyib ki, “havayıdır” . İndi bəlli olur ki, vəkilin iştirakını Ali Məhkəmə qəsdən təmin etməyib ki, qazi vəkilsiz olduğundan dinlənilməsinə qadağa qoyulsun. 3-cü şəxs Qarabağ qazisinə, ümumiyyətlə, vəkil ayrılmayıb və hələ də - 2 ildir vəkillə təmin olunma barədə ərizəsinə baxılmayıb. Hazırda Ali Məhkəməyə təyinat alan Elşad Şamayev, yəqin bu “qərəzsiz, “ədalətli”, “peşəkar” keyfiyyətlərinə görə “ali kürsü”yə oturub.

Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə əsasən Konstitusiya Məhkəməsinə müraciət edən Qarabağ qazisi Xaliq Abbaszadənin şikayətinin icraata qəbul edilməsindən də imtina edilib. Konstitusiya Məhkəməsinin Palatası ( sədrlik edən və məruzəçi hakim Mahir Muradov, hakimlər Sona Salmanova, Rövşən İsmayılov və Kamran Şəfiyev) 23 aprel 2021-ci il tarixli qərardad ilə qərara alıb ki, X. Abbaszadənin şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılması ilə bağlı olduğundan icraata qəbul edilə bilməz . Hüququ pozulan, hüquq təhsili olmayan qazi də çaşıb qalıb ki, axı, onun ümumiyyətlə, Ali Məhkəmədə işin hallarının araşdırılmasında dinlənilməsinə belə imkan verilməyib, necə işin faktiki hallarından şikayət edə bilər? “Konstitusiya məhkəməsi haqqında” qanunun 34.2 maddəsinə görə, tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə (4.2.1); tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə (4.2.2); normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə (4.2.3) məhkəmə qərarlarından verilən şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına yol verilir. 34.3 maddəsi bu Qanunun 34.2 maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol vermir. Yəni, vətəndaşın şikayətindəki dəlillərin işin faktiki hallarına araşdırmasını tələb etsə də, belə hallar yoxlanılmır, sadəcə, düzgün aktın tətbiq edilib-edilmədiyinə əsasən Ali Məhkəmənin qərarına qiymət verilir. Konstitusiya Məhkəməsinin 4 hakimdən ibarət Palatası isə Ali Məhkəmə tərəfindən “İcra haqqında” , “Əmək pensiyaları haqqında” , “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və s. qanunların, Mülki Prosessual Məcəllənin, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tətbiq edilməməsinə , qanunvericiliyi düzgün şərh edilməməsinə hüquqi qiymət verməkdən imtina edib ki, hüquq təhsilsiz qazi işin faktiki hallarına

toxunub! (?) Lap şikayətçi işin faktiki hallarına əsaslanıb, axı, Konstitusiya Məhkəməsi buna əsasən işin hallarını ki yoxlamalı deyil! Qarabağ qazisi şikayət edir ki, onun Konstitusiyanın 60-cı ,61-ci maddəsi ilə doğrulanan məhkəmə təminatı, hüquqi yardım almaq hüququ maddələrini Ali Məhkəmə tətbiq etməyib ; “İcra haqqında” qanunun 68.1.2 maddəsini tətbiq etməyən ali instansiya qazinin Vətəni müdafiə edərkən aldığı xəsarətlərə görə ödənilən pensiyasının yarıqat edilməsini qanuni saymaqla, sosial təminat, mülkiyyət hüquqlarına da qəsd edib. Konstitusiya Məhkəməsi də bu kobud hüquq pozuntusuna “işin faktiki hallarına toxunduğuna” görə, hüquqi qiymət verməkdən imtina edib. Belə çıxır, “hüquq” diplomlu ədliyyə, məhkəmə dəllaları saxta icra sənədi, qətnamə tərtib edib Qarabağ qazilərinin pensiyalarına, əmlaklarına yiyələnməkdə haqlıdırlar? Absurddur!

Yəqin, bu absurdluğa Konstitusiyanın , məhkəmələrin müstəqilliyinin qarantı olan dövlət başçısı münasibət bildirər. Qarabağ qaziləri Prezidentə müraciət hazırlayırlar..."

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır

    Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 ...

    15-01-2021, 12:54

  • 
  • Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ağlasığmaz ayrı-seçkilik Nə ərizələrinə baxılır, nə də şikayətləri apellyasiya instansiyasına göndərilir

    Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ...

    28-12-2019, 12:57

  • 
  • Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar - FOTO/FAKT

    Bakı İnzibati Məhkəməsindən ağlasığmaz qərar - ...

    12-08-2020, 15:04

  • 
  • Məhkəmə, icra, sığorta, "sosial müdafiə" dələduzluğu

    Məhkəmə, icra, sığorta, "sosial ...

    15-01-2019, 17:15

  • 
  • Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - NARAZILIQ!

    Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - ...

    21-01-2021, 19:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu