Xəbər verildiyi kimi, bu gündən etibarən Azərbaycan vətəndaşlarının koronavirusa qarşı peyvəndlənmə məqsədi ilə “Pfizer” vaksinindən də istifadə edə biləcəkləri barədə Səhiyyə Nazirliyi və TƏBİB məlumat yayıb.
Gundemxeber.Az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanacaq.
Jurnalist Sahilə Aslanova isə bildirib ki, o, “Pfizer” vaksini vurdurmaq üçün randevu.its.gov.az saytından online növbə götürüb. “Bu gün Mərkəzi Klinik Xəstəxanaya getdim. Amma nə oldu bilirsiniz? Klinikadan dedilər ki, onlara hələ “Pfizer” vaksini gəlməyib. Ümumiyyətlə sayı, nə vaxt gələcəyi haqda da məlumatları yoxdur”.
O qeyd edib ki, halbuki saytda artıq bu gündən növbə götürmək olur. “Yəni, TƏBİB, Nazirlər Kabineti Yanında Operativ Qərargah, Səhiyyə Nazirliyi vətəndaşı aldatmaqla məşğuldurlar hazırda. Təəccübləndinmi? Yox, təbii ki”.
Sorğu
Yeni dizaynımız necədir?