GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bir qrup Lerik ziyalısı Prezidentə və Baş Prokurora müraciət etdi...

Bir qrup Lerik ziyalısı Prezidentə və Baş Prokurora müraciət etdi...

Tarix: 7-06-2021, 17:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 649


Bir qrup Lerik rayon kənd sakinləri torpaq problemi ilə bağlı ölkə rəbərinə və respublika prokurorluğuna müraciət ünvanlayıb.

Surəti mediaya göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Hörmətli cənab Prezident!

Sizin apardığınız uğurlu daxili və xarici siyasət Azərbaycan dövlətini regionun liderinə çevirmişdir. Bu gün Azərbaycanın yerləşdiyi siyasi coğrafiyada məhz bizim maraqlarımız nəzərə alınır və bizimlə hesablaşırlar. Heç 30 yaşı tamam olmamış gənc dövlətimizi belə yüksək zirvələrə Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Sizinsə uğurla davam etdiyiniz müdrik siyasət çatdırıb. Bu siyasətin əsasının Azərbaycan insanı Azərbaycan vətəndaşının sosial maraqları təşkil etdiyinə əmin olduğumuzdan uzun illərdən bəri Lerikdə yaşanan bir problemlə bağlı Sizə müraciət edirik. Məlumat üçün bildirək ki, bəhs etdiyimiz problemi əhatə edən Lerikin 3 kəndi- Rvarud, Anzolu və Təngəbin kəndləri arasında sərhədlər 1931-ci il 22 apreldə təsdiq olunub. 1948-ci il 10 iyulda bu kəndlərin dəqiq sərhədlərini bildirən xəritələr çəkilmiş, həmin xəritədə Rvarud kəndinin ərazisi 894, 25 hektar göstərilmişdir. 1952-ci ilə aid kolxoz torpaqlarına dair qaytalanmış kitabda göstərilib ki, Rvarud kəndində 68 təsərrüfat, Anzolu və Təngəbin kəndlərində isə 40 təsərrüfat var. Yəni bu 3 kəndin 108 təsərrüfatında Rvarud kəndinin ümumi payı 63 faiz, Anzolu və Təngəbin kəndlərinin ümumi payı isə 37 faiz təşkil etmişdir. Bu üç kənd sovet dövründə müxtəlif kolxoz və sovxoz adları altında 1995-ci ilə qədər bir yerdə olmuşdur. 1995-ci ilin 6 aprelində Anzolu və Təngəbin kənd sakinləri ümumi yığıncaq keçirərək o vaxt mövcud olan Babək adına sovxozun tərkibindən çıxıb, özlərinə Anzolu paylı kəndli təsərrüfatının yaradılması haqqında qərar qəbul etmişlər.Lerik rayon torpaq şöbəsi 1995-ci il aprelin 15-də Anzolu paylı kəndli təsərrüfatı üçün dövlət aktı vermiş, həmin akta əsasən bu təsərrüfata 622 hektar torpaq ayrılmışdır. Halbuki həmin vaxta qədər bütün sənədlərdə Anzolu- Təngəbin ərazisi 578, 73 hektar olmuşdur. Yəni, akt tərtib olunarkən səhvən və ya qəsdən Rvarud ərazisi 43,27 hektar azaldılaraq Anzolu paylı kənd təsərrüfatı ərazisinə birləşdirilmişdir. Bunun ardınca 1997-ci ildə “Anzolu” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşu layihəsində Anzolu və Təngəbin kəndinin ərazisi 728, 01 hektar göstərilmişdir. 1999-cu il 9 dekabr tarixində Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər idarəsinə yazdığı məktubda göstərmişdir ki, ümumi torpaq fondunun (1472,98) 60 faizi Rvarud kəndinin, 40 faizi isə Anzolu kəndinin payına düşür. Aparılan islahatlara əsasən, Rvarud kəndində 133, Anzolu kəndində isə 73 torpaq payı olan ailəyə torpağa mülkiyyət hüququna dair dövlət aktları hazırlanmışdır. Həmin aktlara əsasən Rvarud kəndinin ərazisi 951,5 hektar. Anzolu- Təngəbin kəndlərinin ərazisi isə 521, 48 hektar olmalı idi. Amma maraqlıdır ki, Azərbaycan Respublikasının Milli Məclisi “Qəsəbə və ya kənd ərazi vahidinin şəhadətnaməsi”nə əsasən Rvarud kəndinin ərazisi 714 hektar göstərilmiş və 16 may 2016-cı ildə dövlət reyestrinə daxil edilmişdir.Beləliklə, zaman-zaman Rvarud kəndinin 180, 25 hektar torpağı bir dəstə haqsız, ədalətsiz, məsuliyyətini dərk etməyən adamların, dövlət qulluqçularının qanunsuz əməlləri nəticəsində azaldılaraq, Anzolu- Təngəbin ərazisinə birləşdirilib. Ən dəhşətlisi odur ki, bu proses nəticəsində qədim Rvarud qəbiristanlığı ( təqribi hesablamalara görə bu qəbiristanlığın 1600 il yaşı var) və kəndimizin 6 evi Anzolu- Təngəbin kəndlərinə verilmişdir. Halbuki, həmin evlər Rvarud ərazisində lap çoxdan tikilib və dövlətdən ev tikilməsi üçün torpaq ayrılması barəsində sənəd var. Həmçinin qonşu kəndin ərazisinə düşən qəbiristanlıqda bir dənə də olsun Anzolu- Təngəbin kənd sakininin qəbri yoxdur. Daha bir ədalətsizlik ondan ibarətdir ki, aparılan torpaq islahatları zamanı Rvarud kənd sakinlərinin hər birinə 2, 5 -20 sot pay torpağı düşdüyü halda, Anzolu- Təngəbin kənd sakinlərinin hər birinə 32-38 sot pay torpağı düşür. Axı Ulu Öndər Heydər Əliyevin Torpaq islahatlarının aparılmasına dair 534 saylı fərmanında göstərilib ki, pay torpaqları Sovxoz təsərrüfatında yaşayan əhalinin sayına uyğun bərabər bölünməlidir.

 

Cənab Prezident!

 

Rvarud kəndi həmişə dövlətə və dövlətçiliyə sədaqət baxımından seçilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kənd sakinləri rəşadət göstərib, şəhid olub. Hansısa məmurun səhlənkarlığından yaranmış problem hər zaman sizə sədaqətli olan Rvarud kənd sakinlərinə böyük çətinliklər yaşadır. Bu günə qədər bir çox dövlət qurumlarına müraciət etsək də məsələ həllini tapmamış, problem ortadan qalxmamışdır. Son ümüdümüz Sizədir! İnanırıq ki, müraciətimizi diqqətə alaraq lazımi göstərişləri verəcək, yüzlərlə Rvarud sakinini sevindirəcəksiniz.

Hörmətlə, bir qrup Lerik rayon Rvarud kənd sakini

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lerikin başçısından Ərdoğana şikayət olundu - Müraciət...

    Lerikin başçısından Ərdoğana şikayət olundu - ...

    29-12-2020, 19:48

  • 
  • Baş Ələt qəsəbəsinin sakinləri internetlə bağlı birinci vitse-prezidentə müraciət etdi – MƏTN

    Baş Ələt qəsəbəsinin sakinləri internetlə bağlı ...

    28-11-2020, 09:38

  • 
  • Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz qoyur – Prezidentə ŞOK MÜRACİƏT

    Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz ...

    11-06-2018, 10:42

  • 
  • Yardımlıda Qarabağ Qazisini kim incidir? - Prezidentə müraciət olundu

    Yardımlıda Qarabağ Qazisini kim incidir? - ...

    24-04-2021, 10:40

  • 
  • Təziyiqlərə məruz qalan jurnalist Prezidentə müraciət etdi

    Təziyiqlərə məruz qalan jurnalist Prezidentə ...

    22-01-2016, 20:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu