Bir qrup Baş Ələt qəsəbəsinin sakinləri redaksiyamıza müraciət edərək sözügedən mövcud problemi saytımız vasitəsilə birinci vitse-prezidentə çatdırmağımızı xahiş etmişdir.
GundemXeber.Az Həmin müraciəti olduğu kimi təqdim edir.
Qaradağ rayonu Baş Ələt qəsəbəsinin,bir qrup sakinləri adından və Balakişiyev Dilqəm
tərəfindən (Telefon: ) 070-580-82-60
M Ü R A C İ Ə T
Hörmətli Mehriban xanım!
Məlum gözəgörünməz düşmən, “Covid19” virusu ilə mübarizə tədbirləri çərçivəsində, məktəblər bağlanıb, distant təhsilə keçid etmişik və buna görə də, onlayn dərs keçməyə məcbur olmuşuq. Bunun üçün də, bizə “internet” hava və su kimi lazımdır.
Axı, bu gün övladlarımız onlayn da olsa dər keçməsə, bu millətin gələcəyi nə olacaq? İnkişaf edən, qloballaşan dünya ilə necə ayaqlaşa bilərik?
Biz bir qrup Baş Ələt qəsəbəsinin sakinləri yuxarıda qeyd etdiyimiz xüsusatları əlimizdə rəhbər tutaraq, Sizə müraciət edirik ki, bizim yaşadığımız ərazidə Baş Ələt qəsəbəsində nə, telefon xətti var, nə də ki, internet xidmətləri.
Sözügedən problemlə bağlı olaraq biz bir neçə dəfə Ələt qəsəbəsi ATS şəbəkəsi xidmətinə və onun rəhbərliyinə dəfələrlə müraciət etmişik. Lakin hər dəfə sözügedən yerli qurum bizi mədəni şəkildə başından etmiş və problemin həll olunması üçün heç bir iş görməmişdir.
Biz bilirik ki, Sizə müraciət edən hər bir Azərbaycan vətəndaşının problemi dərhal öz layiqli həllini tapır.
Sizdən xahiş edirik ki, əli “yerdən-göydən üzülən” Baş Ələt qəsəbə sakinlərinin, məlum problemlərinin həlli istiqamətində göstəriş verəsiniz ki,Baş Ələt qəsəbə sakinlərinin internet xətti və telefon xətti problemi öz layiqli həllini tapsın və Sizin humanistliyinizin sayəsində Azərbaycanın adına layiq, savadlı, istedadlı övladlar yetişsin. Öncədən Sizə çoxsaylı qəsəbə sakinləri adından öz dərin təşəkkürümüzü bildiririk.
Dərin hörmət və ehtiramla, bir qrup qəsəbə sakinləri Əhmədov Ülvi, Kərimov Fikrət, Həsənov Nail, Balakişiyev Dilqəm, Rəhimov Elçin, Səfərov Zaur, İsrafilov Elnur, Abdullayev İlqar, Gözəlov Kamal, Mirzəyev Nazim, Fərhadov Bəhruz, Əzizov İsmət, və Orucəliyev Ramil.
Sorğu
Yeni dizaynımız necədir?