Xətainin icra başçısı Rafiq Quliyevin rəhbərlik etdiyi rayon ərazisindəki əmlaklarının siyahısı yayılıb. Gundemxeber.Az REPORTYOR.info-ya istinadla bildirir ki, qarşı tərəf sosial şəbəkələrdə yayılan siyahını təkzib etməyib.
İddialara görə, Rafiq Quliyevin Xətai rayonu ərazisindəki əmlakları aşağıdakılardır: 1. Zığ yolu 5A ünvanında yerləşən “Bazarstore” mağazalar şəbəkəsinə icarəyə verilən obyekt(köhnə Ülvi market) 2. Zığ yolu 1 ünvanında yerləşən “Al market” mağazalar şəbəkəsinə icarəyə verilən obyekt(köhnə Ülvi market) 3. Zığ yolu 51 ünvanında yerləşən “Baku oil” yanacaqdoldurma məntəqəsi(keçmiş hakim petrol) 4. 116 saylı tam orta məktəbin yanında yerləşən 3 mərtəbə villa. Bu əmlakların ümumi dəyəri 2.5-3 milyon AZN civarında dəyərləndirilir. Ölkə başçısının sərəncamına görə Bakı şəhərinin rayonlarında icra başçılarının əmək haqqısı 990-1925 AZN arası dəyişir.
Qeyd edək ki, bütün bu siyahını jurnalist Fərid Abdinov yayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?