GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abel Məhərrəmovun “usta”işi - hakim sabiq rektorun əleyhinə qətnaməni geri oxutdu

Abel Məhərrəmovun “usta”işi - hakim sabiq rektorun əleyhinə qətnaməni geri oxutdu

Tarix: 11-06-2021, 10:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 359
Abel Məhərrəmovun “usta”işi - hakim sabiq rektorun əleyhinə qətnaməni geri oxutdu


Hüquqşünas: “Arxayındırlar ki, məhkəmə zalında aparılan audio-videoçəkilişi şikayətçi tərəfə təqdim etməyəcəklər”

İyunun 9-da Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev belə nəticəyə gəlib ki, Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, işləri görən insanların pullarını ödəməyib. Ona görə də hakim Abel Məhərrəmovun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub. Hakimin məhkəmə zalında qətnamənin “qət etdi” hissəsini oxuması orada quraşdırılan kameraların yaddaşına da köçürülüb.

İsmixan Mirzəyevin iddiası əsasında Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prosesə cəlb olunub. Çünki İsmixan Mirzəyev bildirir ki, Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib. İsmixan Mirzəyevin sözlərinə görə, çox vaxt danışıqlar da onunla aparılıb, Nəbi Ramazanlı vasitəçilik edib. İddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtda 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir. Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əmək haqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pulunun ödənilmədiyi məhkəmədə bildirilib.

İyunun 10-da isə Abel Məhərrəmovun vəkili Altay Əfəndiyev gununsesi.infoya müraciət edərək məhkəmə qətnaməsinin müvəkkilinin xeyrinə çıxarıldığını deyib: “Yasamal Rayon Məhkəməsinin Abel Məhərrəmova qarşı 800 minlik iddia üzrə qətnamə çıxarması barədə xəbər dəqiq deyil. Abel Məhərrəmovun vəkili olaraq, mən sizə bildirim ki, məhkəmədə şikayət rədd edilib, bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub”.

Abel Məhərrəmov bu sensasion səbəbə görə işdən çıxarılıb

Şikayətçi tərəf olan İsmixan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib: “Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apelyasiya şikayəti etmək hüququnuz var. Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək apracağıq”.

Şikayətçi tərəf onu da bildirib ki, Yasamal məhkəməsində proseslərin audio və video qeydiyyatı olduğundan görüntülər açıqlanmalıdır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, yayılan məlumatlar həqiqətdirsə, bu, böyük məhkəmə biabırçılığıdır: “Azərbaycan məhkəmələrində belə biabırçı praktikaya tez-tez rast gəlinir. Hakim məhkəmə zalında elan etdiyi hökmü, qətnaməni, qərarı müşavirə otağında dəyişir, daban-dabana zidd bir hökm, qətnamə, qərar verməkdən çəkinmir. Arxayındırlar ki, məhkəmə zalında aparılan audio-videoçəkilişi bir bəhanə ilə şikayətçi tərəfə təqdim etməyəcəklər. Məhkəmə zallarında audio-videoçəkiliş Prezident İlham Əliyevin ”Elektron məhkəmə" informasiya sistemi haqqında 1 iyun 2020-ci il tarixli fərmanına əsasən aparılır. Fərmanın 4.2.9. bəndi - məhkəmə proseslərinin elektron audio-video protokollaşdırmasını nəzərdə tutur.

Fərmanın 6.1.16.-cı bəndində isə oxuyuruq: məhkəmə iclasının audio və videotexniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları real vaxt rejimində müşahidə etmək imkanı yaradılmalıdır.

Bu da son deyil. Fərmanın 9.2.17. bəndində - məhkəmə iclasının audio və videotexniki vasitələrdən istifadə etməklə qeydə alınmasını təmin etmək;

9.2.19. məhkəmə iclaslarının fasiləsiz audio-video yazısının aparılması barədə məhkəmə prosesinin tərəflərini və işdə iştirak edən digər şəxsləri xəbərdar etmək. (https://president.az/articles/38919)

Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı

Reallıqda isə durum fərqlidir. Bu və ya digər məhkəmə haqda audio-videomateriallar tələb edildikdə, min bir bəhanə ilə materiallar təqdim olunmur. Vətəndaşa, onun vəkilinə deyirlər ki, bəs texniki problem oldu, video-audiomateriallar yoxdur. Sual olunur: dövlət büdcəsindən bu məqsədlər üçün ayrılan pullara niyə bunca keyfiyyətsiz xidmət göstərilir? Prezidentin qeyd olunan fərmanı da məhz bu cür halların aradan qaldırılmasına xidmət edir".

Mərkəz rəhbəri deyir ki, Abel Məhərrəmova qarşı iddia təmin edilibsə, sabiq rektor bundan sonra da məhkəmə qətnaməsini icra etməsə, barəsində həbslə əlaqəli tədbir görülə bilərdi. Hüquqşünas deyir ki, ”İcra haqqında" Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası da müəyyən olunub: “Məhkəmə qərarları verildikdən və ya qüvvəyə mindikdən sonra iki ay ərzində icra olunmalıdır. Əgər qərar icra olunmursa, o zaman icraçılar bununla bağlı akt tərtib edib həmin şəxsə müəyyən xəbərdarlıq etməlidir. Və bu da icra olunmazsa, məhkəmə qərarının icrasından imtinaya görə şəxs barəsində Cinayət Məcəlləsinin 306-cı - məhkəmə hökmünü, qərarını icra etməməyə görə cinayət işi başlanmalıdır. ”İcra haqqında" Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Cinayət qanunumuzda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Belə ki, bu cür əməllərə yol verən şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".

71 yaşlı Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru, 2005-2015-ci illərdə isə Milli Məclisin deputatı olub.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəbi Ramazanlı BDU-dan “qaçmaq” istəyir

    Nəbi Ramazanlı BDU-dan “qaçmaq” istəyir ...

    12-12-2018, 20:39

  • 
  • ​ABEL MƏHƏRRƏMOVUN REVANŞI! – Sabiq rektor öz adamlarını Kimya fakültəsinə toplayır ki...

    ​ABEL MƏHƏRRƏMOVUN REVANŞI! – Sabiq rektor öz ...

    24-05-2019, 10:53

  • 
  • Abel Məhərrəmov 4 mərtəbli villasına nə qədər xərc çəkib? – Ustaların 800 min manatını verməyib

    Abel Məhərrəmov 4 mərtəbli villasına nə qədər ...

    9-06-2021, 16:23

  • 
  • BDU-da təftiş aparılıb, 5 milyondan artıq borc çıxıb - Kimlər vəzifədən gedəcək?

    BDU-da təftiş aparılıb, 5 milyondan artıq borc ...

    13-02-2019, 16:33

  • 
  • Akademikin səfir oğlu yüksək aliment ödəməkdən imtina edib - İLGİNC

    Akademikin səfir oğlu yüksək aliment ödəməkdən ...

    6-12-2020, 13:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu