GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Özünə iqamətgah inşa etdirən İcra başçısı qazini ümidsiz qoyub

Özünə iqamətgah inşa etdirən İcra başçısı qazini ümidsiz qoyub

Tarix: 16-06-2021, 19:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 414
Özünə iqamətgah inşa etdirən İcra başçısı qazini ümidsiz qoyub


44 günlük ikinci Vətən müharibəsi kimlər üçün qürur mənbəyi, kimlər üçün sağalmaz yara, kimlər üçünsə "uğurlu reklam" mövzusu oldu.

"Uğurlu reklam" sözümüzü yanlış anlamayın, lütfən. İndi açıqlamasını diqqətlə oxuyun, nə demək istədiyimizi özünüz anlayacaq, hətta çoxlarınız bizə haqq verəcəksiniz.

Allah rəhmət eləsin cəmi şəhidlərimizə!

44 günlük müharibə başa çatan kimi hər yerdə İcra başçıları başladılar şəhidlər xiyabanlarında, şəhid ailələrinin evində "ziyarət etmək" adı ilə gedib, fotosessiyalar edib, paylaşmağa.

Bu məsələdə də ən yaxşı 'piyarmenecer" köməkçiləri onlara çox yardımçı olurdular.

Amma, onlar şəkil çəkdirməkdə olsun, sizə kimdən deyim, qazi və veteranlardan...

Onlar da başladılar sosial şəbəkələrə, yaxud mətbuata onlara kömək etməli olub, lakin qapısına getdikdə üzlərinə qapı açmayan "fenomen" İcra başçılarından gileylənməyə.

Demək, "piyarmenecer" köməkçilər kabinetdə, kompüter önündə əyləşib, hər gün sosial şəbəkələrdə, İcra Hakimiyyətinin şəxsi profil hesablarında başçının şəhid məzarına gül qoyarkən, fatihə verərkən, şəhid övladını öpərkən... və sair pozalarda çəkilmiş şəkillərini paylaşarkən, hər gün də qapının arxasında başçının qəbuluna düşüb, dərdini ona danışmaq istəyən 10-larla yaralı veteranlar, qazilər çarəsizcə gözləyib, ümidsiz geri dönürmüşlər...

Əlacsız qalan qazilər, cana doyub, mediaya müraciət edəndə belə, bir çox İcra başçıları həmin qazi ilə maraqlanmaq yerinə, bu dəfə də düşüb o məlumatı içtimailəşdirən saytın arxasınca, gah hədələyib, gah "tanışlıq" yolu ilə minnətçilər salıb, gah da digər yollarla ələ almağa çalışdılar.

Əlqərəz...

DogruXeber.az izləyiciləri yaxşı bilir ki, redaksiyamız hər zaman qazi, müharibə veteranları və şəhid ailələrinə qarşı diqqətlidir və onların problemlərinə çox həssas yanaşır.

Nankor məmurlardan fərqli olaraq, onların haqqını nəyinki itirmir, əksinə əlimizdən gəldiyi qədər müdafiə etməyə çalışırıq.

Yəqin ki, bir müddət əvvəl redaksiyamıza müraciət edən İmişli rayon sakini, könüllü döyüşçü Şıxəliyev Nahid İslam oğlunu xatırlayırsınız.



Nahid yaralıdır. Müalicəsi hələ davam etdirilir. Bu səbəbdən də ona Əlillik dərəcəsi təyin edilməyib.

Hazırda yaşamağa evi olmadığı üçün kirayə yaşayır. Azyaşlı övladı var. Həyat yoldaşı işləyir, onun da əmək haqqı banka olan kredit borcuna ödənilir. Buna görə də əlacsız qəhrəmanımız yaralı vəziyyətində, qohumunun avtomobili ilə taksi sürücüsü kimi çalışmağa məcbur olur. Çünki, evin gündəlik tələbatı, körpənin ehtiyacları, üstəlik də kirayə pulu bunu tələb edir.

Nahid dəfələrlə İmişli rayonunda yerli İcra orqanlarına müraciət etdikdən sonra çarəsiz qalıb "DogruXeber.Az" vasitəsilə Prezidentə müraciət etmişdi ki, ona əlillik dərəcəsi təyin edilənə və sosial mənzillə təmin olunana qədər rayondakı boş yataqxanalardan birində, yaxud başqa hər hansı bir mənzildə müvəqqəti yaşaması üçün otaq verilsin.

Müvəqqəti yaşamaq üçün!

Hə, onu da qeyd edək ki, Nahid ilk müraciətində vurğulamışdı ki, "mən əminəm, İcra başçısı Elçin müəllimin bundan xəbəri yoxdur. İşçiləri ona məlumat vermir. Xəbəri olsaydı mütləq köməklik göstərərdi."

Nahidin bu ifadəsi və videmüraciəti redaksiyamızda olduğu kimi yayımlandı. Hətta, sadəcə yayımlamaqla qalmayıb, İcra Hakimiyyəti başçısı Elçin müəllimin müavinləri ilə də əlaqə saxlayıb, məsələni bildirmişdik.

Xatirinizdədirsə, başçının müavini - İctimai - siyasi - humanitar məsələlər şöbəsinin müdiri Təranə xanımla danışarkən verdiyi cavabları da qeyd etmişdik. Təranə xanım o zaman "o məsələlərə biz baxmırıq" - deyib, bizi digər şöbəyə yönləndirmişdi.

Doğrudur, biz həmin şöbə ilə də əlaqə saxlayıb məsələyə münasibət öyrənmişdik.

Amma, təəssüflər olsun ki, bütün bu məsələlərdən bir neçə müddət keçdikdən sonra, Nahid Şıxalıyev yenidən redaksiyamıza videomüraciət ünvanlayıb.



Bu da onun göstəricisidir ki, bu kimi məsələlərə nəyinki Təranə xanımın rəhbərlik etdiyi şöbə, ümumiyyətlə heç bir şöbə, Hətta İcra Hakimiyyətinin başçısı Elçin müəllim özü belə baxmırmış.

Yeri gəlmişkən İmisli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev də tez-tez şəhid ailələri ilə görüşüb şəkillər çəkdirir.

Belə çıxır ki, haqqı olan nəyisə əldə etmək üçün Nahid Şıxalıyev də mütləq şəhid olmalı idi?!

Axı həqiqətən də Nahid Şıxalıyev İcra Hakimiyyətindən çox şey istəmir. Onun istədiyi yalnız kirayə pulu vermədən, sadəcə ailəsi ilə müvəqqəti sığınmaq üçün bir yuvadır ki, bu da İcra Hakimiyyətinin həll edə bilməyəcəyi problem deyil yəqin ki.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatalanın icra başçısı ilə bağlı ŞOK İDDİA - NARAZILIQ VAR!

    Zaqatalanın icra başçısı ilə bağlı ŞOK İDDİA - ...

    19-03-2021, 14:02

  • 
  • Kəlbəcəri başçıdan da azad edək... - İDDİA

    Kəlbəcəri başçıdan da azad edək... - İDDİA ...

    1-06-2021, 12:06

  • 
  • Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçısının anasına qarşı hörmətsizlik - VİDEO

    Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi ...

    24-02-2021, 15:30

  • 
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO

    "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da ...

    27-04-2021, 12:14

  • 
  • Qazi anası kömək istədi, icra başçısı isə, "bu işlərə Prezident baxır" dedi - PREZİDENTƏ MÜRACİƏT

    Qazi anası kömək istədi, icra başçısı isə, ...

    5-01-2021, 10:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu