Yasamal icra hakimyəti və digər qurumlar hara baxır?
Yasamal rayonu, Zahid Xəlilov 43 ünvanında yaşayan sakinlər səkilərin kafe və restoran sahibləri tərəfindən zəbt edilməsindən şikayətlənir.
Gundemxeber.Az demokrat.az-a istinadən bildirir ki, sakinlər yaşayış binasının qarşısından kecə bilmir.
"Kimlərsə buranı Çinlə səf salıb. Orada yaşayan insanların hüquqları pozulur, sakinlər sərbəst hərəkət etməkdə çətinlik çəkir. Nəyə görə aidiyyatı qurumlar bu problemə biganə yanaşır? Nəzərə almaq lazımdır ki oradan yaşlılar, hamilə xanımlar, əlil kalyaskalı, yoxsul bəlkə də qarnı ac insan keçir.
Üfunət iyi verən Çin istehsalı olan Suşilərin qoxusunu nəfəsimizə çəkib və ya burnumuzu tutaraq keçməliyik?
Hər birimizin ana-bacısi ordan keçir, mentalitet deyilən bir şey var. Yollar maşınlar ücün, səkilər İnsanlar ücün nəzərdə tutulub, bu cür özbaşınalıq yol verilməzdir. Ən azı o binada yaşayan insanları da düşünmək lazımdir, səs-küy üfunət iyi evlərə dolur. Açıq havada oturmaq üçün parklar müxtəlif yerlər nəzərə tutulub, insanlar ücün piyada keçidləri yox!".
Sorğu
Yeni dizaynımız necədir?