Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Bakıda səfər etdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra belə bir səfər təsadüfi deyil və istisna deyil ki, türkdilli ölkələr arasında da buna bənzər müttəfiqlik müqaviləsinin imzalanmasının imkanları araşdırılır.
Gundemxeber.az məlumat verir ki, siyasi ekspert Asif Nərimanlının fikrincə, Muxtar Tleuberdinin Bakıya səfər etməsinin bir neçə səbəbi mümkündür: “Türk Şurasının sədrliyi Azərbaycandadır (ilin sonunda Türkiyəyə təhvil verəcək): Qazaxıstan Şuşa Bəyannaməsinin türk dövlətləri üçün presedent imkanlarını araşdırır və bunun Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin istəyi olduğu istisna deyil. Qazaxıstan xarici işlər nazirinin indiki məqamda bir sıra görüşlər keçirmək məqsədilə Ankaraya səfər etməsi Moskvada doğuracağı reaksiyası kontekstində sərfəli deyil. Bakı türkdilli ölkələr arasında birləşdirici körpü və mərkəz rolunu oynayır, bu rol Azərbaycanın Türk Şurasında sədrliyi təhvil verməsindən sonra da davam edəcək, xüsusilə coğrafiya buna imkan verir. Şuşa Bəyannaməsinə uyğun sənədin türkdilli ölkələr arasında da imzalanmasının Türkiyənin TŞ-yə rəhbərlik etdiyi dövrə planlaşdırılması mümkündür”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?