İsrailin Azərbaycandakı səfiri və ölkəmizdə yaşayan yəhudi icmasının nümayəndələri hər zaman Azərbaycanı tolerant ölkə adlandırsalar da, İsrailin Təhlükəsizlik Agentliyi hər il Azərbaycanı İsrail vətəndaşlarının səfər etmələri üçün təhlükəli olan ölkələr siyahısına daxil edir. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bu ziddiyyəti belə izah edib: “Sizin bəhs etdiyiniz məsələ başqa söhbətin mövzusudur. Yəhudilər burada kommunistlər dönəmindən də öncə, tarixən, yüz illərlə yaşayıblar. Yəhudilər həmişə burada təhlükəsiz şəraitdə olublar, onlar özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edirlər. Mən düşünürəm ki, dediklərim yeni deyil. Azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər. Bundan əlavə, 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası dönəmində ölkənin səhiyyə naziri yəhudi olub. Sizin dedikləriniz isə bir az fərqlidir. Hər il Yəhudi Yeni İli və Pasxası zamanı İsrail hökuməti öz xalqına tövsiyələr verir. Azərbaycan İsrail üçün təhlükəli ölkələr siyahısında sonuncu yerdədir. Azərbaycanın adının təhlükəli ölkələr siyahısına salınmasının səbəbi Azərbaycan deyil, onunla qonşu dövlətlərdir” – deyə səfir APA-ya müsahibəsində bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?