Hazırda Ermənistanın bir dövlət kimi qarşısında duran vəzifə və məqsəd məhkəmə sistemini dəyişməkdir. Gundemxeber.az-ın təhlil qrupu yazır ki, məhkəmə sistemi rüşvətxor, həyasız və Rusiyaya bağlı ünsürlərdən ibarətdir. Məhz bu məhkəmə sistemi Rusiyanın dəstəyi ilə Koçaryana qarşı addımları mülayimləşdirdi.
Üstəlik, o caniyə qarşı irəli sürülən ittihamın maddəsi ümumiyyətlə cinayət məcəlləsindən çıxarıldı. Odur ki, Paşinyan Ermənistanın gələcəyinə yaxşı təminat qurmaq üçün məhkəmə sistemini dəyişməlidir. Bundan sonra Paşinyan əhalinin ondan gözlədiyi daha dərin islahatlara başlaya bilər. İkincisi, 1960-cı illərdən başlayaraq, Rusiyanın xüsusi xidmət orqanları, alimləri, casusları və s. erməni məfkurəsinin formalaşması üzərində ciddi işləyib. Yəni xəstə erməni məfkurəsi, erməni tarixi və erməni ideologiyası yaradılıb. Bu, erməni xalqı üzərində nəzarət baxımından ən güclü mexanizmdir. Üstəlik, Qarabağ münaqişəsi. 10 noyabr bəyannaməsinin əsas məqsədlərindən biri də Dağlıq Qarabağı sübyekt kimi saxlamaq idi. Bunun tanınıb-tanınmaması vacib deyil, əsas odur siyasi oyunun bir halqası kimi Dağlıq Qarabağ ruslara imkan verir ki, Azərbaycan və Ermənistana təzyiq edə bilsin, onları nəzarətdə saxlasın və s. Həm də bu oyunda iştirak faktı ilə Avropa və ABŞ-ı da şirnikləndirsin. Belə şəraitdə də erməni xalqının beyni “Qarabağ”, “böyük Ermənistan” kimi əsassız fikirlərlə zəhərlənib. Bəli, indi onlar bir qədər oyanıblar, xeyli sayda erməni peyda olub ki, açıq şəkildə belə xəstə təxəyyüldən xilas olmağın zamanının çatdığını deyirlər. Azərbaycan və Türkiyə ilə insani münasibətlərin qurulmasının vacibliyini bildirirlər. Ancaq milli radikallar buna imkan vermir. Onlar ağıllı və savadlı insanlarla müqayisədə daha fəaldırlar. Onlar milli müstəsnalığın tərəfdarlarıdır və bu xəstə ideyaları müdafiə edirlər. Odur ki, Rusiyanın Ermənistana təsir etmək üçün fərdi, siyasi, iqtisadi və mənəvi alətləri çox güclüdür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?