GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR!

BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR!

Tarix: 25-06-2021, 17:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 881


Şəhid və qazi ailələrinin mənzillərlə təminatında rüşvət ayrı-seçkiliyi

Vüqar Behbudovun “sosial xidmət” bazarlığı


Qazi və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qanunla tənzimlənir və 1-ci dərəcə əlilliyi olan şəxslərin mənzillə növbədənkənar təmin edilməsi qanunvericiliyin başlıca tələbidir. Lakin nə mənzil növbəliyini həyata keçirən rayon icra hakimiyyətləri, nə də bu növbəlilik əsasında mənzil təminatını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi (SXA) qanunun tələbinə əməl edir. Hətta məhkəmə yolu ilə hüququnu doğrulayanlar da sosial xidmət məmurlarının “bığının altından keçməsə” , mənzil yiyəsi ola bilmirlər. Qanunvericiliklə əlilliyi olan şəxslərə reabilitasiya mərkəzlərinin , iş yerlərinin, qohumlarının yaşayış yerlərinin yaxınlığında mənzil ayrılması nəzərdə tutulsa da, Bakının mərkəzində işləyən, poliklinikada, reabilitasiya mərkəzlərində qeydiyyatda olanların xeyli qıraqdakı kəndlərdə mənzillər ilə “tısbağa sürəti ilə “ təmin olunmaları başadüşülən deyil. Təsəvvür edin, məcburi köçkünlərə tikilən evlərin şəhid ailələri və qazilərə verilməsi qərara alınıb, amma hazır evlər bayramdan-bayrama 30 ailədən çox olmamaqla verilir. Mirzə Cəlilin kefli İsgəndərinin “ölüdirildən” şeyxə “ölülərin hamısını birdən diriltməyi” təklif etdiyi kimi , bu qazi və şəhid ailələrinin də hamısını birdən mənzillə təmin etmək olmaz? Yox, olmaz! Axı, belədə SXA-nın sədri Vüqar Behbudov və digərləri ayrı-seçkiliklə bölgüdən varlana bilməyəcək!

İlyarımdır Bakının Nizami rayonunda, Çobanzadə küçəsində qazi və şəhid ailələrinə tikilən evin qanunsuz bölgüsünə hüquqi qiymət verilmir. 2013-cü ildən Nərimanov RİH-də mənzil növbəsində dayanan, 2016-cı ildən Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarı ilə növbədənkənar mənzil təminatı hüququ olan, Prezidentin 20.06.2016 tarixli 569 saylı sərəncamı ilə ən geci 2018-ci ildə mənzillə təmin edilməyə haqq edən 1-ci dərəcəli Qarabağ qazisinin 2 elmi işçisi, 2 əlili, biri daun xəstəsi körpə uşaqlı dörd ayrı-ayrı ailədən ibarət on nəfərlik ailəsi hələ də qanundan, məhkəmə qərarının icrasından, prezident sərəncamından kənarda qalıb. Hələ də , Hesablama Palatası, Ombudsman, Məhkəmə Hüquq Şurası, baş prokurorluq və digər hüquq mühafizə orqanları nə evin qanunsuz bölgüsünə qiymət verir, nə də Qarabağ qazisinə qarşı ayrı-seçkiliyə.

2019-cu ilin oktyabrında Milli Məclis rəhbərliyindən ƏƏSM nazirinə telefonla müraciət edilib və nazirin göstərişi ilə ertəsi gün Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət sektorundan (hazırda Sosial Xidmətlər Agentliyi ) qazini çağırıb ərizəsini alıblar ki, Nizami rayonundakı ev bölünəndə üçotaqlı mənzillə təmin olunacaq. Fondun sədri qazi ailəsini qəbul edib və Vüqar Behbudova problemi nəzarətə götürdüyünü bildirib. Hətta Qarabağ qazisindən adına əmlak olmaması haqqında ƏMDX-nın “Əmlak Xidmətləri Məkanı”ndan arayış almasını da deyiblər. Lakin 24.12.2019-cu ildə evin gizli bölgüsü olub və cəmi 5 nəfərə order verilib. Qalan 91 nəfərin kimliyi hələ də açıqlanmır. Çünki 15-20 nəfəri çıxmaqla, qalanları bir neçə əmlakı, villaları olanlardır. Bu ayrı-seçkiliyin başında duran Vüqar Behbudovdur. Təsəvvür edin, qanunvericilik, məhkəmə, icra hakimiyyəti orqanlarının həm yazılı və həm də şifahi göstərişlərini bu sosial məmur qulaqardına vurub. Nazirin, fond sədrinin tapşırığına əməl etməyən şəxsin yeni yaradılan Sosial Xidmətlər Agentliyinə sədr qoyulması anlaşılan deyil. Sosial müdafiə xidmətini sosial mənimsəməyə çevirən şəxsin əlillər barəsində ayrı-seçkilik etməsinin rüşvətdən qaynaqlanması şübhə doğurmur. Ayrı-seçkilik o həddə çatıb ki, öldürücü astmadan əziyyət çəkən qaziyə Naxçıvan “Duzdağ”ında müalicəsinə də bir ildən çoxdur imkan verilmir. Biz hələ 25 ildir Səhiyyə Nazirliyinin rəyi ilə xaricdə müalicəsinin qərəzlə təşkil edilməməsindən, adi yol xərcinin belə ödənilməməsindən danışmırıq.

…Mən də müsəlmanam, a şirvanlılar! “ deyən böyük Sabirin yeri görünür :

BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR!

Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentin ad günündə açılışını etdiyi evlərin qapalı bölgüsü

    Prezidentin ad günündə açılışını etdiyi evlərin ...

    29-12-2019, 11:30

  • 
  • ƏƏSMN-də "qaz vurub qazan dolduran" kadrlar kimlərdir? - ARAŞDIRMA

    ƏƏSMN-də "qaz vurub qazan dolduran" ...

    4-01-2021, 16:23

  • 
  • Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...

    Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - ...

    18-01-2021, 11:46

  • 
  • Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM

    Sahil Babayevin nazirliyində şəhid ailələrinin ...

    1-12-2020, 09:45

  • 
  • Prezident şəhid ailələrinə pul ayırdı

    Prezident şəhid ailələrinə pul ayırdı ...

    23-12-2014, 00:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu