GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuzda Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ... - Başçıdan ŞİKAYƏT

Tovuzda Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ... - Başçıdan ŞİKAYƏT

Tarix: 26-06-2021, 13:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 399
Tovuzda Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ... - Başçıdan ŞİKAYƏT


“Bu gün özümə qəst etməyi fikirləşirdim, qoca, başsız anam dəyişdirdi fikirimi”. Gundemxeber.Az Gundemxeber.Az ki, bu haqda “Hürriyyət”in redaksiyasına Qarabağ qazisi, Tovuz rayon, Aşağı Öysüzlü kənd sakini Məmmədli Coşqun Baris oğlu tərəfindən göndərilən şikayət məktubunda vurğulanır. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Qarabağ qazisyəm, 10 ildir hərbi xidmətdəyəm. Füzulidə gedən döyüşlərdə yaralanmışam, 11 qəlpə yarası almışam. Hal-hazırda bədənimdə 9 qəlpə ilə yaşayıram. Cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişəm.

5 aydır dəfələrlə Tovuz rayonunun icra başçısı Məmməd müəllimin, onun müavini Niftalı məllimin, qazi və şəhid ailələri üçün yaranan şöbənin müdiri Oruc məllimin, Aşağı Öysüzlü kənd bələdiyyəsi Hikmət müəllimin, icra nümayəndəsi Nazim müəllimin, Cırdaxan kənd bələdiyyəsi Orxan müəllimin yanında olmuşam. Məni qəbul ediblər, ancaq mənə köməklik gostərməyiblər, həmişə “yox” cavabını almışam. Bu gün məni acılayaraq, icra binasından geri göndərdilər.

Mənim istəyim 2 sot torpaqdır, həmişə mənə yerin olmadığını bildiriblər. Amma özüm olan yerlərin videosunu da, şəkillərini də göstərmişəm. Mənə dediklərinə görə, həmin yeri sənədləşdirmək mümkün deyil, amma həmin yerlərdə hal-hazırda ağaclar kəsilir, texnikalar işləyir, tikinti gedir. Amma mən yenə onlarla razılaşıram, fikrimi bildirirəm ki, göstərdiyim yerləri sənədləşdirmək mümkün deyilsə, sizdən xahiş edirəm, mənə yer göstərin, həmin yeri sənədləşdirin. Amma yenə də “yox” cavabını alıram.

Sizdən xahişim odur ki, isıqlandırasınız. Mən sizin qəzet vasitəsi ilə cənab İlham Əliyevə səslənmək istəyirəm. Çünki bu rayonda qaziyə, şəhid ailəsinə hörmət, güzəşt etmirlər.

Mənim son ümidim sizsiniz. Mən bu gün özümə qəsd etməyi fikirləşirdim, qoca, başsız anam fikrimi dəyişdirdi”.

Qarabağ qazisinin şikayəti ilə bağlı Tovuz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov “Hürriyyət”ə qazinin ona təklif edilən torpaq sahəsini istəmədiyini bildirib:

“Bu məsələdən xəbərim var. Həmin qazimizi cənab başçı və eyni zamanda mən də qəbul etmişəm. O, sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahəsinin ayrılmasını istəyir. O, elə yerdən torpaq sahəsi istəyir ki, həmin ərazidən ona torpağın ayrılması mümkün deyil. Ona təklif etdiyimiz torpaq sahələrini də istəmir. Deyir ki, tez bir zamanda torpaq sahəm verilsin”.

Daha sonra Tovuz rayon İcra Hakimiyyətinin Qazi və Şəhid ailələrinin işi üzrə şöbəsinin müdiri Oruc Məmmədovla da əlaqə saxladıq. O da qeyd etdi ki, qazinin istədiyi torpaq sahəsini sənədləşdirmək mümkün deyil:

“Qanuni yolla necə mümkündürsə, həllini tapacaq. Mümkün olan vaxtda torpaq sahəsi ayrılacaq. Heç bir problem olası deyil. Sadəcə, onun istədiyi torpaq sahəsi hazırda verilə bilmir. Ona torpaq sahəsi təklif edilərkən orda iştirak etməmişəm. Mən iki-üç aydır ki, bu şöbədə fəaliyyət göstərirəm. Məndən əvvəl də ona təkliflər olunubdur. Sadəcə olaraq, o, torpaq sahəsini sahibkarlıq məqsədilə istəyir. Həmin torpaq sahəsini də sənədləşdirmək mümkün deyil. Sənədləşdirmək mümkün deyilsə, biz necə qanunsuz yolla torpaq sahəsini ona verə bilərik?” Bu, mümkün deyil”.

Hər halda, inanırıq ki, rayon rəsmilərinin qeyd etdiyi kimi, məsələ tezliklə həllini tapacaq. Ümid edirik ki, Tovuz rayon İcra Hakimiyyəti sağlamlığını Vətən uğrunda fəda edən qazimizə 2 sot torpaq sahəsini çox görməyəcək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ucarda Qarabağ Qazisi ÇƏTİN DURUMDA... - "Bədənimdə qəlpələrlə yaşayıram"

    Ucarda Qarabağ Qazisi ÇƏTİN DURUMDA... - ...

    10-03-2021, 13:00

  • 
  • Qarabağ Qazisi Mehdi Səlimzadədən Prezidentə şikayət etdi

    Qarabağ Qazisi Mehdi Səlimzadədən Prezidentə ...

    15-02-2021, 09:49

  • 
  • Cavid Qurbanovun adamı o qədər harınlayıb ki... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

    Cavid Qurbanovun adamı o qədər harınlayıb ki... - ...

    15-05-2021, 11:33

  • 
  • Mehti Səlimzadə Qarabağ qazisini aşağıladı - ŞOK İDDİA

    Mehti Səlimzadə Qarabağ qazisini aşağıladı - ŞOK ...

    22-12-2020, 17:05

  • 
  • Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ - Prezident “Cəsur döyüşçü” adı verib

    Binəqədi icra başçısı iki gözünü itirən qazimizə ...

    6-01-2021, 11:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (257)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu