Bu barədə İkinci Qarabağ Müharibəsi qazisi Hilal Əlmirzə oğlu Nəzərov redaksiyamıza müraciətində bildirib. Qazimiz deyir ki, "mən müharibəyə könüllü getmişəm, tankçı olmuşam, yaralanmışam, indi evdə müalicə alıram, boğazımdan əməliyyat olunmuşam deyə danışa da bilmirəm. Körpə qızım da xəstədir, müalicə alır, gördüm gücüm çatmır, başçımıza müraciət etdim, o da mənə 100 manat pul, 7 manatlıq üzqırxan göndərdi. Sağ olsun. İndi hər gün üzümü qırxıram, amma 100 manatla müalicə oluna bilmirəm, dərmanlar çox bahadır. Buna görə də ölkə başçısına müraciət edirəm, mənə kömək edin. İnanın ki, əlimdə bir imkan olsaydı, heç kimdən kömək istəməzdim, çarəsizəm."
Qeyd edək ki, Göyçayın rayonunun icra başçısı Mehti Səlimzadə son vaxtlar qazi və şəhid ailələrinə diqqətsiz yanaşması tez-tez gündəmə gəlir. Hörmətli başçıdan kütləvi şikayətlər var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?