Niderlandın Ermənistandakı səfiri Niko Şermers Azərbaycanda saxlanılan erməni əsirlərin heç bir şərt qoyulmadan dərhal geri qaytarılmalı olduğunu vurğulayıb.
Gundemxeber.az bildirir ki, səfir sözün əsl mənasında diplomatik qanacaqsızlığa yol verib. “Hərbi əsirlər dərhal geri qaytarılmalıdır: bu, Hollandiya hökumətinin mövqeyidir. Yalnız hərbi əsirlərin heç bir ilkin şərt olmadan vətənlərinə dönəcəklərinə böyük ümidlərimi ifadə edə bilərəm ” deyib Niko Şermers. Xocalı həqiqətlərini görməyən Niderlandın bu mövqeyi Fransa qədər Amsterdamda da erməni lobbilərinin at oynatdığını göstərir. 17-ci əsrdən Afrika qitəsinin bir çox yerində koloniyalar qurmağa başlayan Hollandiya Fildişi Sahili, Qana, Cənubi Afrika, Anqola, Namibiya və Seneqalda bir çox koloniyalar qurub və oralarda, eyni zamanda digər coğrafiyalarda nə oyunlardan çıxıb dünya yaxşı bilir bunu. Siyasi şərhçi Ramiyə Məmmədovanın saytımıza dediyinə görə, Belçika, Lüksemburq, Niderland, Kanada 44 günlük müharibənin nəticələrindən sonra açıq şəkildə mövqeyini sərgiləməkdədir. Onun fikrincə, 30 il torpaqların işğalda saxlanmasına, BMT qətnamələrinin icra olunmamasına susan bu ölkələrin indi özlərinə əl qatması başadüşülən deyil. Ekspert hesab edir ki, Qərbin riyakarlığı göz önündədir və digər tərəfdən erməni lobbisi, diasporası Niderland kimi ölkələrdə fəaliyyətini daha da aktivləşdirib. Niderland rəsmiləri Gəncəyə, Bərdəyə, Tərtərə gəlsinlər və erməni cinayətlərinə şahid olsunlar, sonra terrorçuların azad olunmasını tələb edə bilərlər.
Sorğu
Yeni dizaynımız necədir?