12 il keçməsinə baxmayaraq 2 erməni əsir arasında oxşarlıq var Bu yaxınlarda ANS-in arxivinə nəzər salanda diqqətimizi 1992-ci ildə əsir götürülən bir erməni cəlb etdi. Hansı ki, o da Tovuz istiqamətində ələ keçirilmişdi.
Lakin diqqət cəlb edən təkcə bu deyildi. Qayıdırıq 12 il sonraya, bu il yanvarın 30-da yenə də Tovuz istiqamətində daha bir erməni ələ keçir. Mamiko Xocayan adlı.
İndi isə bu iki erməni əsirə diqqət yetirək. Aralarında 12 il fərq olsa da, yaxınlıq çoxdur. Özü də təkcə əsirlərin geyindiyi üst geyimlərinin hətta rənginə görə, bənzərliyinə yox, eyni görkəm, saç düzümü, üz cizgiləri və sair çox oxşardı. Necə deyərlər - Yenə də həmin dalğa, həmin koordinat. Bəlkə doğurdan da ermənilər yazıq görkəmi almış qocaları bilərəkdən qarşı tərəfə əsir düşməyinə şərait yaradırlar. Fərqi yoxdur, o diversantların bələdçisidir, ya üzüm yığmağa çıxan bir qoca. Ya da ki, Ermənistanda vəziyyət o dərəcə bərbad gündədir ki, 12 ildir ki, eyni paltar geyinməyə məcburdurlar. Düşünməyə dəyər! /ANS TV/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?