GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qəbələdə KƏSİLƏN NƏFƏSİMİZ... - İTTİHAM

Qəbələdə KƏSİLƏN NƏFƏSİMİZ... - İTTİHAM

Tarix: 30-06-2021, 12:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 355
Qəbələdə KƏSİLƏN NƏFƏSİMİZ... - İTTİHAM


Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin son vaxtlar Bakı şəhərində ağacların qanunsuz kəsilməsinin qarşısının alınması,qarşısını ala bilmədikləri yerlərdə isə ağac kəsənlərin cərimələnməsi barədə açıqlamalarına tez -tez rast gəlinir. Bu açıqlamalarda diqqət çəkən məqam təbii ki,ağacların kəsilməsinin qarşısının alınması deyil,onlara kəsilən cərimələridir. Bəzi hallarda 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyinə görə min manat cərimə tətbiq edən nazirlik, bəzi hallarda isə bir neçə kub metr ağaç kəsintisinə görə 300-500 manat cərimələr tətbiq edir.

Gundemxeber.Az bildirir ki, aktualinfo.org Azərbaycanın bir çox dağlıq rayonlarında, gözdən üzaq böyük meşələrində,təbiət qoruqlarında qırılan, məhv edilən meşə massivləri barədə kifayət qədər geniş məqalələr dərc edib. Ekologiya və və Təbii Sərvətlər Nazirliyi bir neçə dəfə məqalədə göstərilənlərin araşdırılaraq redaksiyaya məlumat veriləcəyini bildirmişdi. Amma yerlərdə olan mənbələrimizin verdiyi məlumatlara görə, nazirlikdən yoxlamağa gedənlər,heç ağacların kəsildiyi ərazilərə belə baş çəkmir,yeyib-içib hər şeyin qaydasında olması barədə akt tərtib edib geri qayıdırlar.

Qəbələ rayon Həmzəli kənd sakini, Qəbələ Regional Meşə Təsərrüfatı İdarəsinin keçmiş işçisi olmuş Həsrət Hacıyevin respublikanın güç strukturlarına etdiyi müraciət olduqca maraqlıdır. Bir meşəbəyinin ay ərzində kəsilərək meşədən çıxarılan ağacların dəftərçədə apardığı gündəlik qeydiyyatına çox istərdik elə güc strukturları ilə yanaşı,Ekologiya nazirliyinin rəsmiləri də münasibət bildirsin. Həsrət Hacıyevin sözügedən müraciətini olduğu kimi təqdim edirik.

Mən, Qəbələ rayonun Həmzəli kəndində yaşayıram.Oğlum Asif Heydərov Qəbələ rayon Meşə Təsəsrrüfatı İdarəsində işləyir. Onun qoruduğu 06 saylı dolayı bir neçə aydır ki, saxta qırma sahəsi adıyla kütləvi şəkildə qırır və sonra isə həmin ağacların kötüyünə damqa vururlar. Guya ki. ağaclar qanuni odun üçün kəsilibmiş. Həmin qırılan ərazilərədə bu işi direktor, idərədəki əmək müfəttişi işləyən Kənan Fətullayevə tapşırırdı. Kənan da bir peşəkar olduğu üçün idarəyə təzəcə işə gətirdiyi Elmar adlı qohumunu və idarəyə məxsus UAZ markalı maşını meşənin yanında saxlayaraq URAL və ZİL markalı maşınları ağac kəsib daşımaq üçün meşəyə buraxaraq hər maşın reysi üçün 500 manatdan pul yığdırırlar. Təxmininən son aylarda bu vaxta kimi 220 reys material ( hər URALa ən azı 10 kub m material yığmaqla) tək oğlumun meşəsindən odun adı altında material çıxarıb satıblar. Mən dəfələrlə bu işə öz narazılığımı bildirsəm də Kənan və direktor mənə bildirmişlər ki, sənlik deyil, özümüz qaydasına qoyacağıq. Mən meşə sahə müdirinin köməkçisi Özala dedim ki, oğlumun gözətçisi olduğu meşədə qalan bir neçə damğa vurulmamış ağaclara da damğa vur. O gecə saatlarında direktorun ( Alim Əlizadə) şoferi Cəsarətlə meşəyə özləri qəsdən maşın buraxıb sonra həmin maşını da özləri saxlayıblar. Guya mənim oğlum bu maşını meşəyə buraxdırıbmış. Amma teatr qurublar. Mən bir peşəkar meşə işçisi kimi yazdıqlarımı tam şəkildə sübut etməyə hər vaxt hazıram. Həm də idarə rəhbərliyi tərəfindən kəsilən hər bir ağac kötüyünü dəqiq göstərməyə hazıram. Bu hal bütün meşələrdə də baş verməkdədir.

Əlavə olaraq onu da qeyd edim ki, müharibədən sonra noyabr ayında biz hamılıqla şəhid olmuş qardaş oğlumun axtarışına başımız qarşıq olduğu zamanda da idarə rəhbərliyinin göstərişilə Həmzəli meşəsində qanunsuz ağac kəsimlərini davam etdirib pul qazanıblar. Dedim ki, axı bu baş qarışıqlığında belə olmaz. O da məlum olmuşdur ki, həmin Kənan Fətəliyev hazırda Oğuz rayon Məhkəməsində davam edən kütləvi ağac kəsimilə bağlı açılan cinayət işi üzrə məhkəməyə cəlb edilmişdir. Belə ki, o Oğuz rayonun Xaçmaz meşəsindən pul verib 2 nəfərə kəsdirdiyi 29 yekə diametrli fısdıq ağaclarıilə bağlı başlanan cinayət işinə cəlb olunub. Yəni bu adam əhbərinin tapşırığı əsasında bütün region meşələrində qanunsuz ağac kəsdirib satmaqla pul qazanmaqla nəticədə dövlətə külli miqdarda ziyan vurmaqla məşğuldur. Və maraqlıdır ki, bu dəstə Bakıdakı adamlarına güvənib heç nədən qorxmurlar. Çox arxayındırlar. Belə olmasaydı əvvəl də qanusuz ağac kəsilməsinə görə etdiyim şikayətə Nazirlik bir cavab verərdi. Yəni əlbirdirlər. Belə olmasaydı 220 reys maşın ağac daşınan ərazidə Nazirliyin inspektorları hər dəfə 06 saylı dolaya gəlib heç bir ağac kəsintisnə rast gəlmədikləri barədə yalan məlumat verməzdilər.Və qarşılığında rüşvətlərini alıb gediblər.

Cənab Prezident Sizdən xahiş edirəm ki, hazırda istintaqı aparılan Qəbələ Regional Meşə Təsərrüfatı direktoru olmuş İlqar Qəribovun yolunu davam etdirən tör-töküntü dəstəsinin də çoxsaylı ağac kəsimləri hesabına milyonlarla pul qazanan cinayətkarların və himayədarlarının da cəzalanmasına göstəriş verəsiniz.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib - VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ...

    6-11-2015, 18:01

  • 
  • Lerikdə yaşıllığın məhv edilməsini əks etdirən VİDEO

    Lerikdə yaşıllığın məhv edilməsini əks etdirən ...

    11-04-2020, 11:00

  • 
  • Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ - TƏFƏRRÜATLAR

    Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT ...

    18-03-2021, 14:34

  • 
  • Ekologiya və Təbii Sərvətlər nazirliyinin və Xətai rayon İcra Hakimiyyətinin sevimli Rəisi növbəti ağac qətliamına hazırlaşır - 15-ə qədər ağac üçün təhlükə var

    Ekologiya və Təbii Sərvətlər nazirliyinin və ...

    16-07-2018, 21:40

  • 
  • İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- Ekologiya Naziri Muxtar Babayev hara baxır?

    İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- ...

    14-04-2021, 13:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu