GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- Ekologiya Naziri Muxtar Babayev hara baxır?

İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- Ekologiya Naziri Muxtar Babayev hara baxır?

Tarix: 14-04-2021, 13:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 401
İqbal Əliyevin Şəmkirdə meşə ''TERRORU''...- Ekologiya Naziri Muxtar Babayev hara baxır?


Keçmiş ekonazir Bağırov tarixçi, indiki Muxtar Babayev isə politoloqdur

Politologiya hara, ekologiya hara, Muxtar Babayev ?

İqbal Babayev, Ulu Öndər Heydər Əliyev deyirdi, ağacları kəsənlər balalarımın başını kəsir


İrili-xırdalı məmurlar hamısı kabinetlərində başlarının üstündən Ulu Öndər Heydər Əliyevin əzəmətli portretini asıblar. Çox gözəl. Mərhum Ümumilli Liderimiz hər cürə hörmət və ehtirama layiqdir. Amma dahi şəxsiyyətin dediklərinə də əməl edin də.
Mərhum Heydər Əliyevin ağaclar, yaşıllıqlar, meşələr barədə iki məşhur ifadəsi var:
Ulu Öndər deyirdi ki, bir ağacın budağını kəsəndə elə bil qolumu kəsirlər.
Bir də Sumqayıtda məşhur müşavirədə Heydər Əliyev ağacların qırılmasına görə, şəhər rəhbərliyinə çox qəzəbli tərzdə dedi ki, bu ağacları kəsənlər elə bil mənim balalarımın başını kəsiblər.
Görəsən, bundan artıq nə demək, məmurları necə başa salmaq olar ?
Axı, bu ağacqıran məmurlara necə başa salmaq olar ki, meşələr ölkənin ağ ciyərləri, təmiz havası, oksigen mənbəyidir, ay gerizəkalılar.
Vaxtilə məşhur yazıçı Maksim Qorki Bakıya səfər edəndən sonra yazmışdı ki, Bakıda 7-8 ağac gördüm.
Bəli,Bakının yaşıllığı, elə-belə yaranmayıb, illər uzunu milyonlarla dövlət vəsaiti sərf olunub, insanlar zəhmət hesabına bu yaşıllığı yaradıb. Eləcə də meşələrimiz. Axı, dəfələrlə yazmışıq ki, Qafqazda ən az meşələr bizim payımıza düşüb. Biz bunu qorumalıyıq.
Onsuz da 30 ildir erməni daşnakları meşələrimizi, yaşıllıqları məhv ediblər.
Bəs bizim özümüz niyə meşələrə, ağaclara qənim kəsilirik.
Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə susur ?
Keçmiş ekonazir Hüseynqulu Bağırovun dönəmində meşələr məmurlara satılıb, mebel sexləri meşələrdəki ağacların hesabına işləyib, bir sözlə, meşələrə qarşı yaşıl genosid olub.
Yaxşı, Hüseynqulu Bağırov vəzifədən getdi, amma həmən vəziyyət davam edir.
2018-ci ilin aprelin 23-dən, yəni 3 ildir Muxtar Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir.
Bu adam fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. Politologiya hara, ekologiya hara ?
3 ildir yenə meşələrə, yaşıllıqlara divan tutulur, meşələrin qorunmasına və inkişafına məsul olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzərinə düşən işi yerinə yetirmir. Nazirliyin tabeçiliyində Meşələrin İnkişafı Departamenti var. Adından göründüyü kimi bu qurum təkcə meşələri qorumalı deyil, həm də inkişaf etdirməlidir.
Təsəvvür edirsiniz, nazirlikdə bu boyda Meşələrin Qorunması və İnkişafı ilə bağlı Departament, üstəlik bir neçə rayonu əhatə edən Regional Meşə Təsərrüfatı Mərkəzi fəaliyyət göstərir.
Belə qurumlardan biri də Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzidir. Bir neçə rayonu, o cümlədən Daşkəsən rayonunu əhatə edən bu mərkəzin direktoru İqbal Əliyevdir.
Bütün ölkə mediası neçə müddətdir ki, İqbal Əliyevin meşələri qırmasından, meşələrə donuz buraxmasından, meşələri bəzi şəxslərin fermaları üçün örüş yerinə çevirməsindən dayanmadan yazır.
Bütün bunların hesabına İqbal Əliyev milyonlar qazanıb.
Meşələr məhv olduqca həmin ərazidə yaşayan heyvanlar, quşlar, bir sözlə, fauna və flora məhv olur. Bütün bunlar İqbalın heç tükünü də tərpətmir. Təki pul gəlsin.
İqbal Əliyev həm də tabeçiliyində olan meşə gözətçilərinin, təsərrüfat işçilərinin maaşlarını da mənimsəyir.
Təsəvvür edirsiniz meşələrə qənim kəsilən İqbal Əliyev Allah qoymasa, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da) müəllimdir.
Görəsən meşələrə qənim kəsilən İqbal müəllim tələbələrə nəyi öyrədəcək ?
Meşələri qorumağı, yoxsa meşələri qırmağı ?
Bir maraqlı məqam da odur ki, İqbal Əliyev heç vaxt ADAU-ya getmir, onun əvəzindən kimsə jurnalları imzalayır. Görəsən dövlət məmuru olan İqbal Əliyevin əvəzindən maaşı kim alır ?
İqbal Əliyevin özü üçün Göygöl rayonunda inşa etdirdiyi möhtəşəm villanın bütün taxta materialları da Daşkəsən meşələrindən gətirilib.
Bütün bunlar rayon sakinlərinə bəlli olduğu halda görəsən müvafiq dövlət qurumları nə düşünür.
Niyə Ekologiya Nazirliyinin, Meşə departamentinin rəhbərliyi ağzına su alıb susur ?
Muxtar Babayevin kabinetində divardan bir qılınc asılıb.
Muxtar Babayev, o qılınc Domokl qılıncı kimi bir gün meşələrdə başı kəsilən ağacların qisasını alacaq.../gundelik-baku.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Muxtar Babayev özü ilə gətirdiyi kadrı vəzifəsindən azad etdi

    Muxtar Babayev özü ilə gətirdiyi kadrı ...

    7-09-2018, 14:11

  • 
  • Heydər Babayev: “Özüm üçün rahat yaşayıram...”

    Heydər Babayev: “Özüm üçün rahat yaşayıram...” ...

    19-12-2013, 18:14

  • 
  • "A kişi, sənə kim ixtiyar verib?" - Heydər Əliyevin məşhur müşavirədə generalı danlaması (VİDEO)

    "A kişi, sənə kim ixtiyar verib?" - ...

    10-02-2016, 18:38

  • 
  • Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

    Prezident və birinci xanım Şamaxıda ağacəkmə ...

    6-12-2019, 13:10

  • 
  • Mənim oynadığım üç tamaşada Heydər Əliyev iştirak edib - VİDEO

    Mənim oynadığım üç tamaşada Heydər Əliyev iştirak ...

    12-12-2014, 23:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu