GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “AAAF Park” sakinləri NƏDƏN NARAHATDIR? - Diqqət, TƏHLÜKƏ!!!

“AAAF Park” sakinləri NƏDƏN NARAHATDIR? - Diqqət, TƏHLÜKƏ!!!

Tarix: 1-07-2021, 14:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 458
“AAAF Park” sakinləri NƏDƏN NARAHATDIR? - Diqqət, TƏHLÜKƏ!!!


Vəkil Səbuhi Axundov şəxsi “Facebook” səhifəsindən açıq müraciət ünvanlayıb: “Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə açıq şəkildə müraciət edirəm. Əgər bu binalar çöksə, xırda silkələnmədən böyük insan tələfatı meydana çıxsa, yaxanızı kənara çəkməyin! Hamı da bilir ki, qanunsuzluğa göz yummaq, elə ona icazə vermək deməkdir!”, - deyə müraciətdə bildirilir.

Qeyd olunur ki, bütün çoxmərtəbəli binaların zirzəmiləri qazılır və binaların təsdiqlənmiş lahiyələrində olmayan qapılar, pəncərələr açılır: “Gəlin, mən də sizə qoşulub bir-bir zirzəmilərdə binaları qəzalı vəziyyətə gətirən qazıntıları göstərim. Sabah hadisə olanda televizora çıxıb çiyninizi çəkməyin ki, “bilmirdik”. Media nümayəndələrinə səslənirəm: bu məsələdə dəstək olun ki, böyük faciələrin qarşısı alınsın”.

Vəkil AYNA-ya açıqlamasında konkret ünvan göstərib: “Sözügedən binalar Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz yerləşir. Onlar “AAAF Park” yaşayış kompleksi, küçə 22, bina 1, 2, 3, 4-də yerləşdir”.

Ərazi üzrə şikayətçi sakin Elvin Bünyadın səlahiyyətli nümayəndəsi Nabatali Qulamov da məsələ ilə bağlı AYNA-ya danışıb. Deyib ki, qarşılaşdıqları problemlə bağlı üz tutmadıqları qapı qalmayıb: “Bizim müraciət etmədiyimiz bircə Prezident Aparatı qalıb. Artıq müraciətin mətni hazırdır. İmzatoplama kampaniyasına başlayacağıq. İndiyədək “102” xidmətinə, Abşeron Rayon Polis İdarəsinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Prokurorluğuna, Respublika Baş Prokuroruna, Fövqəladə Hallar Nazirliyinə, “Azəriqaz”a, İqtisadiyyat Nazirliyinə müraciət etmişik”.

“Müraciətimizə yalnız İqtisadiyyat Nazirliyi müsbət cavab verib və bizim haqlı olduğumuzu cavabında bildirib. Qalan heç bir qurum cavab verməyib. FHN-dən isə bir-birini təkzib edən cavab gəlib. FHN-in Sumqayıt regional şöbəsindən bildirilib ki, zirzəmilərin özəlləşdirilməsi qanuna əslanır”, - deyə Qulamov vurğulayıb.

Məsələ ilə bağlı redaksiyamız adından FHN, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) və “AAAF İnşaat” MMC ilə əlaqə saxlamağa çalışdıq.

Abşeron RİH-in mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəylinin dediyinə görə, orada gedən işlərlərlə bağlı aidiyyəti üzrə rəsmi şəkildə müraciət ediblər: “Bununla bağlı biz hansısa qərar verməmişik. “AAAF Park”ın ərazisi şirkətin ərazisidir. Biz tərəfdən hansısa tikinti, qazıntı işlərinin aparılmasına icazə verilməyib. Orada gedən işlərlərlə bağlı aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmişik”.

“AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev isə bu məsələdə təmsil etdiyi şirkətin məsuliyyət daşımadığını bildirib: “Şikayətçilərin müraciət ünvanının biz olmadığını qeyd etmək istəyirik. Biz “AAAF İnşaat” MMC olaraq binaların tikintisi və satışı ilə məşğul oluruq. Məsələdə qeyd olunan qeyri-yaşayış sahələrində satışdan sonra qapı və ya pəncərə açmasına isə cavabdeh olan tərəf biz yox, alıcıdır. Alıcı bunu müvafiq qurumlardan - Fövqəladə Hallar Nazirliyi və digər inzibati orqanlardan icazə alaraq həyata keçirir və məsuliyyəti də onun üzərindədir”.

FHN-in mətbuat ximdətinin rəisi Gülçin Mehdiyeva isə AYNA-nın sorğusuna cavab olaraq, məsələdən xəbərdar olub-olmadıqları barədə fikir bildirməkdə çətinlik çəkdi. Xanım Mehdiyevadan dəfələrlə, Nazirliyin əməkdaşlarının sözügedən ərazidə olub-olmadıqlarını soruşsaq da, sualımızdan yayındı. Sonda isə bildirdi ki, bu məsələ ilə bağlı ancaq şikayətçi sakinin təmsilçisinin söylədiyi FHN-in bir-birini təkzib edən cavablarını ona təqdim edəcəyimizdən sonra açıqlama verə bilər.

Deyəsən, xanım Mehdiyeva tutduğu vəzifədə işinin mətbuata şərt qoymaq yox, əlindəki bütün mümkün vasitələrlə ən qısa müddətdə soruşulan suallara, səsləndirilən iddialara cavab vermək olduğundan xəbərsizdir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA

    Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına ...

    25-09-2017, 12:58

  • 
  • Bakıda binalar yeni materiallarla üzlənir (FOTO)

    Bakıda binalar yeni materiallarla üzlənir (FOTO) ...

    20-05-2015, 17:32

  • 
  • Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?

    Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı ...

    8-05-2021, 11:07

  • 
  • Kəmaləddin Heydərov: «General olsa belə, cəzalandırılacaq»

    Kəmaləddin Heydərov: «General olsa belə, ...

    18-12-2015, 00:48

  • 
  • FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovun oğlunun göz qamaşdıran sərvəti- SİYAHI/ FOTOFAKT

    FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət ...

    21-02-2021, 14:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu