GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rəisin atasının ilginc səs yazısı - "Çoxbilmiş quş dimdiyindən tələyə bu cür düşdü" - VİDEO

Rəisin atasının ilginc səs yazısı - "Çoxbilmiş quş dimdiyindən tələyə bu cür düşdü" - VİDEO

Tarix: 3-07-2021, 15:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 596
Rəisin atasının ilginc səs yazısı - "Çoxbilmiş quş dimdiyindən tələyə bu cür düşdü" - VİDEO


Elə hər gün Media gündəmində bir çox məmurların haqqında oxşar, hətta eynilik təşkil edən tənqidi, yaxud fəaliyyətlərini əks etdirən yazılar, videogörüntülər yayımlanır.

Birinin adı "tender fırıldağı"nda, birinin adı korrupsiya faktlarında, birininki vəzifədən sui-istifadə, digəri yeyinti faktları, o birisi əhaliyə qarşı saymamazlıqlar və sair.

Amma, indi barəsində məlumat verəcəyimiz "qəhrəmanımızın" adı bütün bu sadaladıqlarımızın hamısında hallanır.
Maşallah aktiv "çoxşaxəli fəaliyyət"i var.

DogruXeber.az-ın izləyicilərinin xatirində qalmış olar, bu yaxınlarda redaksiyamızda bir məlumat yayımlandı ki, "Tanınmış jurnalist Raqif Nazimoğlu müəmmalı şəkildə itkin düşüb".

R.Nazimoğlu 3-4 gün sonra evinə döndü.

Döndükdən sonra DogruXeber.az informasiya agentliyinin redaksiyasına başına gələnləri, daha doğrusu gətirilənləri danışdı.

Sən demə Raqif Nazimoğlu heç də itgin düşməyibmiş. Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi hacı Səfər Məmmədov və atası Sərdar Məhəmmədov tərəfindən "tələyə salınıb", Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilibmiş.

Tələyə necə salınması barəsində təkrar yazıb sizi yormaq istəmirik.
Aşağıdakı videogörüntülərdə R.Nazimoğlu özü hər şeyi ətraflı danışıb.



Gəlin, onu həbs etdirən Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi hacı Səfər Məmmədovu zərərçəkmiş jurnalist Raqif Nazimoğlunun elə öz dilindən tanıyaq.

Raqif Nazimoğlu deyir:
"Mən bir müddət Zəfər Məmmədovun korrupsiya əməlləri, vəzifəsindən sui-istifadə etməsi və digər qanunsuz fəaliyyətini aşkara çıxarıb, aidiyyəti qurumlara müraciət etdiyimə görə Səfər ilə aramızda münaqişələr yarandı.

Bu münaqişələrimiz bir müddət davam etdi.
Daha sonra Səfərin atası Sərdar Məmmədov mənə zəng edib, rəhmətlik atamla dostluq münasibətlərindən danışdı və bu münasibətlərdən istifadə edərək, mənimlə oğlunu barışdırdı.
Həmçinin Səfər də mənə dostluq, qardaşlıq təklif etdi. Hətta bu dostluğa sadiq qalacağına söz verib, araya namus söyüşü də qoydu. Bundan sonra mən ona inanıb, dostluq münasibətlərinə başladım.

Son zamanlar tez-tez görüşürdük. Birlikdə çörək kəsirdik.
Aramızda dostluğa sadiq qalacağına namus söyüşü qoyan Səfər Məmmədov sən demə "dostluq" adı altında mənə "torba tikir"miş. Məndən əvvəl görüşəcəyimiz yerə polis çağırıb, sonra məni dəvət edib, oturub çay içmişik. Sağollaşmaq zamanı gələndə cibindəki pulu saxlamaq adı ilə mənə verir. Düşündüm yəqin həmişəki kimi yenə qumar oynamağa gedir. Uduzmaqdan qorxduğu üçün pulu üstündə götürmür. Mənə verir saxlayım. Ağlıma başqa heç nə gəlmədi, çünki ortada namus söyüşü var idi. O söyüşün qarşısında mən namərdlik gözləmirdim.
Həcc ziyarətinə gedib, şeytana daş atan adam özü insan cildinə girmiş şeytan imiş sən demə.
Əslində namərdliyin böyüyünü atası etdi. Amma, atalar deyir: "aşağıdan kəsən varsa, yuxarıdan da baxan var". Allah onun öz əli əsl simasını aşkara çıxardı. Yeri gəlmişkən onu da qeyd edim ki, Səfər Məmmədov məndən əvvəl də bir neçə nəfəri eyni ssenari ilə tələyə salıb, həbs etdiribmiş. Mənim bundan xəbərim yox idi. Atası Sərdar Məmmədov mənim yaxınlarım ilə telefonla danışandan sonra söndürdüyünü sanıb, yanında olan kimsəyə başlayıb ətraflı danışmağa ki, "Şənliyə də belə tələ qurmuşduq".
Ümumiyyətlə, Səfər Məmmədovun vətəndaşlara, jurnalistlərə hədə-qorxu gəlməsini, camaatın içində üzr isdətməsini, filan eşitmişdim, amma həbs etdirməsini eşitməmişdim.
Bu dəfə özüm nəyinki şahidi oldum, hətta qurbanı oldum desəm daha doğru olar.

Mənə maraqlıdır ki, adi Suvarma Sistemləri İdarəsinin rəisi hətta Prezident adminstrasiyasına göndərilən rəsmi məktubların belə ünvana çatmadan, qarşısını almağa qadirdir. Onun arxasında kim dayanır, bilmirəm.

Amma, qəsb etdiyi dövlət əmlakları, "yediyi" dövlət büdcəsi sayəsində əldə etdiyi sərvətlərin bir hissəsinin adını çəkə bilərəm.

İndi mən sayım, siz də barmaqlarınızı qatlayın:

1. Bakı şəhəri, Nəsimi rayonunda (4-cü mikrorayonda) "Primer" ticarət mərkəzi.

2. Bakıda Fatmayi kəndində dəyəri yüz min manatlarla ölçülən bağ evi.

3. Ağsu-Kürdəmir yolunun kənarında beton zavodu, həmçinin beton qarışdıran, beton daşıyan, beton yayan maşınlar.

4. Bakı şəhərində milyonlarla dəyəri olan yaşayış evi. (Hazırda S.Məmmədov həmin evdə qeydiyyatdadır)

5. Ağsu şəhərində "Pemka" adlanan bina.

6. Ağsu rayon Qaraqoyunlu kəndi yaxınlığında hektarlarla ərazini əhatə edən alça bağları.

7. Ağsu-Kürdəmir yolunun kənarında maldarlıq ferması.

8. Ağsu rayonunda 10-12 müxtəlif mağazalar.

9. Ağsu-Kürdəmir yolunun kənarında hektarlarla ərazini əhatə edən badam bağları.

10. Ağsuda keçmiş "Pemka" deyilən ərazidə iki mərtəbəli ticarət mərkəzi.

11. Ağsu rayonunun mərkəzində dəyəri milyon manatlarla ölçülən yaşayış binası.

12. Ağsu dolaylarında hektarlarla meşə ərazisini əhatə edən "Cənnət park" istirahət mərkəzi.(atasının adına)

13. "Girdman" MMC. Hansı ki, bu MMC-nin adı ilə uzun illərdir ki, Səfər Məmmədov Ağsu rayonunun abadlığı və digər işləri üçün dövlət tərəfindən ayrılan milyonların çox hissəsini tenderdə udduqdan sonra mənimsəyir.

14. Dəyəri yarım milyondan yuxarı qiymətə olan özünə və oğlanlarına məxsus avtomobillər.
S.Məmmədovun təkcə bir avtomobilinin qiyməti 170.000 (yüz yetmiş min) manatdır.

Hələ bu saydıqlarım onun mənə məlum olan mülkləridir. Mənim bilmədiyim nələr də var onu Allah bilir."



Raqif Nazimoğlunun da dediyi kimi görəsən rayonda Suvarma Sistemləri İdarəsinin rəisinin maaşı nə qədərdir ki, bu qədər sərvətlərə sahib ola bilib. Nəyinki sərvət, eyni zamanda "söz sahibi" ola bilib?!
Deyilənlərə görə kəliməsi ilə dövlət qurumlarına edilən rəsmi müraciətlərin belə qarşısını almağa qadirdir.
Hələ bu da azmış kimi sifarişlə istədiyi adamı həbs etdirə bilər.

Bütün bu yazdıqlarımız dediyinə görə Səfər Məmmədovu yaxşı tanıyan Raqif Nazimoğlunun söylədikləri idi.

P.S: Qarşı tərəfi də dinləmək məqsədilə Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəsmi Facebook səhifəsində yerləşdirilmiş ((+994020)226 53 67) telefon nömrəsi ilə bir neçə dəfə əlaqə saxladıq. Lakin, telefona cavab verən olmadı.



Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

QEYD: Redaksiyamıza daxil olan və eyni zamanda sosial medialarda yayımlanan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində gedən ilginc məlumatlar bizi təkrar bu mövzuya qayıtmağa vadar edir.



Odur ki, növbəti bu və ya digər formada olan məlumatların hər birini sizlərin diqqətinə çatdıracağıq.

Bizi izləməkdə davam edin.



Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinin Sədr müavini 2-ci qrup əlil vətəndaşa fiziki təzyiq gösdərdi: Saxta sənlədlər və korrupsiya halları-İddia

    Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinin Sədr ...

    31-12-2020, 16:41

  • 
  • Ağsu Rayon İcra Hakimiyyətinin başçısı jurnalisti şərlədərək həbs etdirmək istəyir

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı jurnalisti ...

    19-07-2018, 18:12

  • 
  • Baş redaktorlar Ağsu icra başçısına müraciət etdi: Yazısına görə jurnalisti həbs etdirmək Prezidentə qarşı olmaq deməkdir

    Baş redaktorlar Ağsu icra başçısına müraciət ...

    23-07-2018, 21:42

  • 
  • 25 yaşlı qız itkin düşdü (VİDEO)

    25 yaşlı qız itkin düşdü (VİDEO) ...

    31-01-2015, 14:11

  • 
  • İcra başçısı tərəfindən həyatı təhlükədə olduğunu iddia edən sahibkar - İLGİNC GƏLİŞMƏ //VİDEO

    İcra başçısı tərəfindən həyatı təhlükədə olduğunu ...

    23-03-2021, 22:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu