Gundemxeber.Az xəbər verir ki, 3 iyun tarixində Nabranda yerləşən "Atlant" istirahət və əyləncə mərkəzində min nəfərə yaxın şəxsin iştirakı ilə diskoteka keçirilib.
Qapalı məkanda reallaşan diskotekada Nazirlər Kabineti tərəfindən qəbul edilən karantin qayadalarının bütün şərtləri kobudcasına pozulub. Gecənin əsas qonağı, reper Ramil Nabran özü də qapalı məkanda hərəkət edərək, zalı coşdurub. Məlumata görə konsert başlayanda bir neçə dəqiqəlik karantin qaydalarına əməl olunub, lakin Ramil Nabran səhnəyə daxil olandan sonra nəzarət tamamilə itirilib və minlərlə insan sosial məsafə, maska və digər tələblərə məhəl qoymayıblar. İstirahət mərkəzində polis əməkdaşları olsa da, qanun pozuntusuna müdaxilə olunmayıb. 7NEWS.az olaraq Daxili İşlər Nazirliyinə sorğu göndərəcək, cavab almağa çalışacağıq. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?