GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xarici tərəfdaşı Rafiq Əliyevin milyonlarını necə mənimsədi - ilginc olay

Xarici tərəfdaşı Rafiq Əliyevin milyonlarını necə mənimsədi - ilginc olay

Tarix: 13-07-2021, 10:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 267
Xarici tərəfdaşı Rafiq Əliyevin milyonlarını necə mənimsədi - ilginc olay


“Azpetrol” Curculets limanı və Moldova ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsinə 250 milyon dollar investisiya yatırmaq niyyətindəydi. 2005-ci ildə Moldova hökuməti ilə şirkət arasında bağlanmış müqaviləyə əsasən bu vəsait Curculets limanının tikintisinin başa çatdırılmasına, Moldova ərazisində 50 YDM-dən ibarət şəbəkənin qurulmasına (35 milyon dollar) və kiçik neft emalı zavodunun tikintisinə (170-200 milyon dollar) sərf olunmalı idi. Liman ərazisində 2 milyon ton ötürücülük gücünə malik neft terminalı (10 milyon dollara), həmçinin quru yük və sərnişin terminalı (15 milyon dollara) inşa olunacaqdı. Liman ərazisi sonra satın almaq hüququ tanınmaqla 99 illiyə “Azpetrol”a icarəyə verilmişdi.

Həmin vaxt mətbuata anlaşma barədə açıqlamanı “Azpetrol”un vitse-prezidenti olan Tomas Mozer verərək Curculetsdə tikiləcək NEZ-in Azərbaycan, Qazaxıstan və Türkmənistan nefti ilə təmin olunacağını demişdi. Neftin Xəzər dənizi vasitəsilə Qazaxıstan və Türkmənistan neftini Azərbaycana, oradan dəmiryolu ilə Gürcüstanın Poti və Batumi limanlarına, oradan isə 10 min tonluq tankerlərlə Curculetsə çatdırılması planlaşdırılırdı. Neft məhsullarının isə əvvəl Moldovanın daxili bazarına, daha sonra Macarıstan və Ukraynaya satılması nəzərdə tutulurdu.

Lakin 2005-ci ilin oktyabrında R.Əliyevin həbsi onun biznesinin fəaliyyətinə böyük zərbə vurdu: Azərbaycandakı biznesinin çox böyük hissəsi əlindən alındı, xaricdəkini qorumaq üçün onun idarəetməsi Tomas Mozerə həvalə olundu. “Azpetrol”un ölkə daxilindəki əksər layihələri başqa şirkətlərə verildi. Şirkətin neftdaşımaların təşkili üçün yaradılan infrastrukturu əlindən alındı. Baxmayaraq ki, hələ 2005-ci ilin fevralında R.Əliyev “Azpetrol”u bütünlüklə xaricdə yaratdığı şirkətin mülkiyyətinə vermişdi, Azərbaycanda məhkəmə bu prosesi qanunsuz elan edərək, şirkətin təsisçilik hüququnu İbrahim Məmmədov adlı şəxsə verdi.


Qeyd edək ki, həbslərə qədər Tomas Mozer Əliyevlərin tək xaricdəki deyil, Azərbaycandakı biznesinə rəhbərlikdə də mühüm rol oynayırdı. Əslən Almaniyadan olan T.Mozer 2001-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib. Böyük ehtimalla, Əliyev qardaşları ilə dostluq münasibətləri də həmin vaxt qurulub. Beynəlxalq maliyyə qurumları ilə yaxın əlaqələrdə olan İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik edən Fərhad Əliyevlə sıx təmaslardan sonra. 2003-cü ildə o, artıq R.Əliyevə məxsus “Azpetrol” Holdinqin maliyyə və inkişaf üzrə vitse-prezidenti təyin olunub. O, eyni zamanda qardaşlara məxsus “Bank of Baku”nun Müşahidə Şurasının sədri idi. 2005-ci ildə AYİB-in bu banka 5 milyon avro yatırım edərək səhmdarlarından birinə çevrilməsində də Mozerin rolunun olduğu şübhəsizdir.

Əliyevlərin həbsindən sonra T.Mozer bir müddət müxtəlif dövlət qurumlarının “Azpetrol”a məxsus şirkətlərə qarşı hücumlarından narazılıq dolu bəyanatlar verdi. Sonra isə hər şeyi buraxıb Azərbaycandan çıxdı və Moldovadakı işlərə rəhbərlik etməyə başladı. Ona inamı olan Əliyevlərin etimadından sui-istifadə etməklə Curculets limanını ələ keçirib ofşor şirkətlər üzərindən Avropa Yenidənqurma və İnkişaf Bankına satdı.

2013-cü ildə azadlığa çıxan R.Əliyev Mozerin “təmiz” oynamadığını dərhal aydınlaşdırdı. Və dərhal da Moldova məhkəməsində ona qarşı iddia qaldırdı. Uzun illər boyu davam edən məhkəmə çəkişmələri davam edərkən bu ilin yazında AYİB bəyan etdi ki, Curculets limanını satın alıb. Limanın banka satılmasına dair müqavilə 2021-ci il mayın 7-də imzalanıb. Lakin bu haqda iki həftə sonra, limanın saytında yerləşdirilmiş press-relizdən məlum olub. Limanın səhmlərini banka Kiprdə qeydiyyatdan keçmiş “Thomo Invest LTD” şirkəti satıb. Həmin şirkətin arxasında isə limanın operatoru “Danube Logistics” şirkətinin keçmiş inzibatçısı və limanın keçmiş direktoru, eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının keçmiş əməkdaşı Tomas Mozer dayanır.

Curculets limanının operatoru “Danube Logistics” LLC Hollandiyanın “Danube Logistics Holding BV” şirkətinin törəmə şirkətidir. Sonuncunun təsisçisi isə öz növbəsində “Danube Holding BV” adlı başqa holland şirkətidir. Həmin şirkətin arxasında isə 2011-ci il sentyabrın 6-da Kiprdə qeydiyyatdan keçmiş, direktoru Tomas Mozer olan “Thomo Invest LTD” dayanır. 2018-ci ildə isə Kipr şirkətinin səhmləri Avstriyada qeydiyyatdan keçmiş “Febania GmbH” şirkətinə satılıb, həmin şirkətin benefisiarı da Tomas Mozerdir. Belə məlum olub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Curculets limanını Mozerin “Febania GmbH” şirkəti ilə imzalanmış sövdələşmə nəticəsində alıb.

“Black Box” araşdırmaçı jurnalistlər qrupunun əldə etdiyi sənədlərə əsasən bank limanı alana qədər onun səhmləri “Bemol” şirkəti ilə (Rafiq Əliyevin şirkəti) ilə Tomas Mozer arasında məhkəmə çəkişməsi prosesində müsadirə olunmuşdu. Həmin məhkəmə çəkişməsi bir neçə ildir davam edir və 2021-ci ilin fevralında məhkəmə icraçısı Roman Talmaç “Bemol” şirkətinin sorğusu əsasında “Danube Logistics” şirkəti üzərində məcburi idarəçilik tətbiq edib.

Lakin “Danube Logistics” şirkətinin nümayəndələri bildirirlər ki, bank hələ sövdələşməni imzalamazdan əvvəl “Danube Logistics Holding BV” şirkətinin “Danube Logistics”dəki səhmlərinin əsas benefisiarı idi. Üstəlik, bu səhmlər banka vaxtilə alınmış kreditin maliyyələşdirilməsi üçün girov kimi verilmişdi. Və “Bemol” şirkətinin iddiası əsassızdır və operator-şirkətin məcburi müsadirəsi barədə məhkəmə icraçısının çıxardığı qərar məhkəmədə mübahisələndirilib.

Maraqlıdır ki, 2005-ci ildə Moldova hökuməti Curculets limanına dair üç şirkətlə investisiya müqaviləsi bağlayıb: sonradan “Bemol Retail” olan “Azpetrol SRL”, “Azertrans SRL” (sonradan “Danube Logistics” olub) və “Azpetrol Refinery SRL” (sonradan “Flat Refinery” olub). Hər üç şirkət Rafiq Əliyevə məxsus idi.

Həbs olunduqdan sonra Moldovadakı aktivlərini qorumaq üçün R.Əliyev 2006-cı ildə Niderlandda yaradılmış “Easeur Holding BV” şirkətinin idarəçiliyinə verib və 4 icraçı direktor təyin edib. Tomas Mozer onlardan biri idi və “Bemol Retail” şirkətini 2006-2012-ci illərdə idarə edib. Həmin vaxt liman operatoru “Danube Logistics” şirkətini də ələ keçirə bilib.

2013-cü ildə azadlığa çıxandan sonra Rafiq Əliyev “Bemol” şirkəti üzərindən biznesini idarə etmək üçün Moldovaya qayıdıb və Tomas Mozerin şirkətin pullarını ələ keçirdiyini öyrənib. Və məhkəmə iddiası qaldırıb. 2018-ci ilin aprelində Kişinyov məhkəməsi Tomas Mozerin Ala Aydovla birlikdə 178 milyon lev (106 milyon dollar) kompensasiya ödəməli olduğu haqda qərar çıxarıb. Bunun ardınca bir neçə apelyasiya məhkəməsi gəlib və bu ilin fevralında Moldova Ali Məhkəməsi Rafiq Əliyevin bütün iddiasını rədd edib, yəni Mozeri haqlı çıxarıb (Virtualaz.org).

Qeyd edək ki, R.Əliyevin biznes fəaliyyətinin əsası Moldovada qoyulub. O, Azərbaycana qayıtmazdan əvvəl bu ölkədə ona yaxın YDM-in sahibi idi. Yəni onun sırf Azərbaycanda, nazir qardaşının imkanlarından istifadə edərək biznesə başladığını söyləmək mümkün deyil. O, biznes adamı kimi Curculets limanının perspektivini düzgün qiymətləndirdiyinə görə Azərbaycana qayıdıb biznes fəaliyyətini genişləndirdikdən sonra yenidən Moldovaya, bu dəfə pespektivli layihəyə vəsait yatıran investor kimi dönmüşdü.

Həbsdən çıxdıqdan sonra R.Əliyev Azərbaycandakı biznesinin bir hissəsini geri almağa nail olub. Bura onun “Azpetrol” şirkətindəki payı da daxildir. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə 89 yanacaqdoldurma (benzin və dizel), 5 maye qazdoldurma (Propan-Butan), 4 STQ tipli (CNG) qazdoldurma (Sıxılmış təbii qaz), 17 elektromobillərin enerji ilə doldurulma məntəqəsi və 1 STQ tipli (CNG) terminalı fəaliyyət göstərir. Bundan əlavə, şirkətin Səngəçalda neftbazası var. Habelə, Əliyev qardaşlarının Sumqayıt Texnologiyalar Parkının əsas idarəçisi olduqları deyilir.

Əliyevlərin başına gələnlər göstərir ki, Azərbaycan məmurlarının ölkədən talayıb xaricdə müxtəlif xarici ölkə vətəndaşlarının adına rəsmiləşdirdikləri varidatları eyni aqibəti yaşaya bilər. Məlumdur ki, Azərbaycan məmurlarının böyük əksəriyyəti ölkədən kənarda xarici vətəndaşlarla şərikli qaydada geniş biznes fəaliyyəti həyata keçirirlər. Onların müxtəlif ölkələrdəki bizneslərinin başında məhz xaricilər dayanır. Reallıq göstərir ki, hətta yaxın-uzaq qohumlar belə Azərbaycanda vurulan məmurların xaricdəki sərvətini onlar həbsdən çıxana qədər qoruyacaq qədər etibarlı olmaya bilərlər, nəinki xarici ölkə vətəndaşları. Bu baxımdan, Əliyevlərin taleyindən hər kəsin dərs çıxarması lazımdır./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azpetrol” Fərhad Əliyevin qardaşına qaytarıldı

    “Azpetrol” Fərhad Əliyevin qardaşına qaytarıldı ...

    20-10-2013, 23:17

  • 
  • “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY

    “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY ...

    4-08-2020, 12:10

  • 
  • Bu avtomobil üçün 1 milyon dollar təklif edildi - VİDEO

    Bu avtomobil üçün 1 milyon dollar təklif edildi - ...

    8-11-2014, 00:46

  • 
  • ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi

    ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi ...

    12-06-2015, 08:30

  • 
  • Sensasiya: Putinin ABŞ-dakı 21 milyon dollar şəxsi puluna həbs qoyuldu

    Sensasiya: Putinin ABŞ-dakı 21 milyon dollar ...

    4-11-2014, 22:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (520)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu