Cənubi Amerika ölkələrindən olan Uruqvayın prezidenti Jose Mujicanın 1987-ci il model, mavi rəngli, “Volkswagen” markalı avtomobilinə ərəb şeyxi bir milyon dollar təklif edib. Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, bu haqda açıqlama verən J.Mujica deyib ki, ərəb şeyxi ona zəng edərək, avtomobilini bir milyon dollara almağı təklif edib: “Əvvəl məsələyə diqqət yetirmədim. Ancaq, o yenidən zəng vurub, maşını almaq istədiyini söylədi. Mən də avtomobili satmaq haqqında ciddi-ciddi düşünməyə başladım”.
Bolivyanın paytaxtı Santa Cruzda keçirilən beynəlxalq tədbirdə J.Mujica bir milyonluq təklifi qəbul etmədiyini dilə gətirib. Səbəb isə üç ayaqlı itini həkimə aparmaq üçün maşına ehtiyacı olmasıdır. Xalq arasında “Pepe” ləqəbi ilə tanınan prezident gələcəkdə maşınını satan zaman əldə etdiyi gəliri yoxsul ailələrə ev almaq üçün xərcləyəcəyini bildirib. “Dünyanın ən kasıb prezidenti” olaraq tanınan J.Mujica 2010-cu ildə şəxsi mirasının 800 dollar olduğunu bildirib. O, 12 min dollarlıq maaşının 90 faizini yoxsul ailələrə verir. Prezident sarayda yaşamaq əvəzinə itləri, toyuqları ilə bir yerdə fermada yaşayır. O, yaşayış tərzi ilə bütün ölkə prezidentlərindən seçilir.
Sorğu
Yeni dizaynımız necədir?