"Qohumluq əlaqələrinə görə, ixtisasına uyğun olmadan belə, köhnə komanda tərəfindən xəstəxanaya yerləşdirilmiş Murad Həbibov, köhnə baş həkim, indi isə TƏBİB-in burdakı nümayəndəsi Səyyaf Tağıyevə qarşı "partizan müharibəsi" elan edib".
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli yazır. Daha sonra jurnalist yazır:
"Murad Həbibovun ali savadı nəqliyyat sığortasına aid olsa da, insanların sığortası ilə məşğul olması, özü də necə məşğul olması hamıya bəlli olsa da, bu "savaşın" detalları hələki gizlidir.
Görünən odur ki, Murad Həbibov öz bacısı oğlu və kürəkəni ilə birləşib, Səyyaf Tağıyevi yola salmaq üçün, hər bir vasitə ilə səy göstərir.
Bu mənasız savaşın güdazına isə bütün Xaçmaz əziyyət çəkir".
Adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?