GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağcabədi sakinləri NƏDƏN NARAZIDIR? - Vətən Savaşından 9 ay keçsə də...

Ağcabədi sakinləri NƏDƏN NARAZIDIR? - Vətən Savaşından 9 ay keçsə də...

Tarix: 14-07-2021, 12:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 407
Ağcabədi sakinləri NƏDƏN NARAZIDIR? - Vətən Savaşından 9 ay keçsə də...


Vətən müharibəsindən sonra zərər görmüş evlərin təmiri, tamamilə dağılmış evlərin isə yenidən tikilməsi üçün dövlət büdcəsindən pul ayrılıb və bu yöndə işlər aparılır.

Gündəmxəbər.az yenicag.az-a istinadən xəbər verir ki, zərər görmüş evlərin təmiri yönündə işlər görülsə də, ciddi problemlərin qaldığı, insanların süründürməçiliyə salındığı, aylardır qonşu evində yaşamağa məcbur olduğu yerlər də mövcuddur.

Məmurların vətəndaşı incidib, ailələrin qapılarda qalmasına səbəb olan rayonlardan biri də Ağcəbədi rayonudur. Ağcabədi rayonu Qaraxanlı kəndində Quliyev Aqil Ramazan oğluna məxsus ev raket zərbəsi nəticəsində yararsız hala düşüb. 17 oktyabr 2020-ci ildə Aqil Quliyevin evinə raket düşüb. Mərmi evin damından girərək, evin içərisində partlayıb. Nəticədə bir otaq tamamilə dağılıb, mətbəx, hamam və digər otaqlar yararsız hala düşüb. Zərbənin gücündən evin bünövrəsi də dağılıb.

Aqil Quliyevin sözlərinə görə, evinə mərmi düşən gecə kənddə olmayıblar:

“Müharibə vaxtı ailəmi kənddən çıxarmışdım. Qonşularla hər gecə mərminin düşdüyü otaqda yatırdıq. Həmin gün ailəmə baş çəkmək üçün getmişdim. Gələndə evin dağıldığını gördüm. Əgər kənddə olsaydım, indi mənimlə birlikdə digər qonuşlar da, həlak olardı”.

Müharibədən sonra zərər görmüş evlər təmir edilməyə başladı. Açığı bir çox yerdə təmir-tikinti işinin aparıldığının da şahidi olduq. Maraqlısı ondadır ki, Aqil Quliyevin evi hələ də gözləməkdədir:

“Müharibədən sonra min manat pul verildi. O pul kəndimizin demək olar 70 faizinə verildi. Məsələ ondadır ki, müharibədən 9 ay keçib, hələ də gəlib evi təmir etmirlər. 5 azyaşlı uşaqla qonşuda yaşayırıq. Adam adamın evində 3 gün, 5 gün, lap bir ay qalar. Biz 9 aydır qonşunun evində qalırıq. Bütün qurumlara müraciət etmişəm. Ağcabədi Rayon İcra Hakimiyyətindən deyirlər ki, nə vaxt növbə çatacaq, onda düzələcək. Elə evlər var ki, çox kiçik zərər dəymişdi, onu təmir etdilər, nədənsə mənim evimi gözləmədə saxlayırlar. Hamısı rüşvətdir! Pul ver, gəlib evini tikib versinlər”.

Aqil Quliyevə müxtəlif vaxtlarda 3 dəfə müxtəlif fərqli rəqəmlər təklif ediblər:

“İlk dəfə 3 min 700 manat pul təklif etdilər. Daha sonra 5 min manata yüksəltdilər, yaxın günlərdə isə 6 min manat pul təklif edirlər ki, evimi özüm təmir elətdirim. Əgər dövlət 3 700 manat pul ayırıbsa, niyə hər keçən gün məmurlar vəsaiti qaldırır? Özüm ustayam. Evimə dəyən zərər 10 min manatdan çoxdur. Mən heç kimdən pul istəmirəm. Gəlib evimi təmir etsinlər, əvvəlki vəziyyətinə gətirsinlər, başqa heç nə lazım deyil. Qonşu Bakıda yaşayır, hər yay kəndə istərahət üçün gəlirdilər. Bu dəfə gəldilər, gördülər qala bilmirlər, getdilər. Mən nəyə görə 9 ay qonşu evində qalmalıyam? Adamlar tanıyıram ki, məmurlara rüşvət verib, mühribədən zərər görməmiş evini təmir etdirir. Mənim dağılmış evimsə, göz önündədir”.

Ümumiyyətlə, bir çox yerlərdə yerli məmurlar müharibədən zərər görmüş evlərin təmiri ilə bağlı vətəndaşları incidirlər.

Mövzuya qayıdacağıq.

Gündəmxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY

    Gəncədə evinə raket düşən daha bir vətəndaş ...

    25-11-2020, 12:52

  • 
  • Müharibədə evimə ciddi ziyan dəydi, heç bir yardım edilmədi - Füzuli sakini GİLEY EDİR

    Müharibədə evimə ciddi ziyan dəydi, heç bir ...

    19-04-2021, 16:05

  • 
  • "Zəlzələdən zərər görmüş evim hər an uça bilər" - GİLEY

    "Zəlzələdən zərər görmüş evim hər an uça ...

    1-06-2020, 12:16

  • 
  • “Sovetski”də söküntünün dayanmasının müdhiş sirri…

    “Sovetski”də söküntünün dayanmasının müdhiş sirri… ...

    16-03-2015, 00:09

  • 
  •  İcra başçısından əlil ailəsinə ilginc bəhanə - GİLEY

     İcra başçısından əlil ailəsinə ilginc bəhanə - ...

    14-05-2020, 14:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu