GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gizli YOL XƏRİTƏSİ dövriyyəyə gətirilir - NƏ BAŞ VERİR?

Gizli YOL XƏRİTƏSİ dövriyyəyə gətirilir - NƏ BAŞ VERİR?

Tarix: 16-07-2021, 12:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 747
Gizli YOL XƏRİTƏSİ dövriyyəyə gətirilir - NƏ BAŞ VERİR?


Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü zamanı Ermənistana növbəti dəfə sülh müqaviləsini xatırlatması və xəbərdarlığı İrəvanda ciddi qalmaqala səbəb olub. Erməni mediasında və sosial şəbəkələrdə Azərbaycanın müharibəyə hazırlaşdığı, Ermənistanı sülh sazişinə məcbur edəcəyi barədə xəbərlər yer almağa başlayıb. Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan isə bildirib ki, “Dağlıq Qarabağın status” məsələsi həllini tapmadan Azərbaycanla heç bir sülh sazişi imzalanmayacaq. O, bu məsələnin Ermənistan üçün prioritet olduğunu deyib: “Hələki Qarabağın status məsələsi həllini tapmayıb.

Bundan başqa, ATƏT-in Minsk qrupu çərçivəsində də danışıqlar bərpa edilməyib. Ona görə də hər hansı bir qərarın verilməsindən və ya addımın atılmasından danışmaq çətindir. Hazırda əsas və ən vacib məsələ Qarabağın və onun xalqının statusunun müəyyən edilməsidir”. Onun sözlərinə görə, hazırda danışıqlarda müzakirə mövzusu kommunikasiyaların açılmasıdır: “Hazırda sülh sazişinin imzalanmasına dair heç bir danışıq aparılmır”. Azərbaycan tərəfi Ermənistan təmsilçisinin sərsəm bəyanatını cavabsız qoymayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır: “Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır. Bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik. Yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq. Qondarma “status” məsələsinə istinadlara gəldikdə, xatırlatmaq istərdik ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib. Dövlət başçımız 14 iyul tarixində səsləndirdiyi çıxışında bir daha vurğuladı ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Prezident bildirdi ki, ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Məlumat üçün deyək ki, son günlər bəzi xarici ölkə nümayəndələri tərəfindən də oxşar fikirlər gündəmə gəlməkdədir. Təəssüf ki, bu insanların səsləndirdiyi boş vədlər Ermənistana yaxşı heç nəyi vəd etmir. Bunu Ermənistan dərk etməli, keçmişdən və tarixdən nəticə çıxarmalıdır.

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, Fransanın Ermənistandakı səfiri də baş nazirin müavini ilə eyni gündə bənzər fikirləri dilə gətirib. Analitik vurğulayıb ki, yaxın vaxtlarda Makronun İrəvana rəsmi səfəri baş tutacaq:

“Fransa siyasətçiləri ciddi şəkildə ayağa dolaşmağa başlayıblar. İstisna deyil ki, ən son həddə, Paris hətta “Dağlıq Qarabağ”ın “müstəqilliyini” də tanıya bilər. Unutmamalıyıq ki, bizim üçün ən arzuolunmaz senari Fransa və Rusiyanın Qarabağ məsələsində mümkün “razılaşması”dır. Fransadakı müxtəlif internet resurslarına istinad etsək, Makron və Putin arasında Qarabağla bağlı gizli “yol xəritəsi”nin olduğunu görərik. Hələlik, Moskva bu “yol xəritəsi”nin açıqlanmasına yaşıl işıq yandırmayıb. Çox güman, Bakı ilə müxtəlif məsələlər ətrafında dialoq davam edir. Hər bir halda rəsmi Bakı “B” planına hazırdır. Prezidentin “Zəngəzur, Göyçə və İrəvan tarixi Azərbaycan torpaqlarıdır” deməsi təsadüfi deyil. Qarabağ məsələsində əldə edilmiş razılıqların pozulduğu anda, məsələyə tarixi Azərbaycan torpaqlarını qaytarma kontekstində yanaşacağıq. Əgər Rusiya və Fransa Qarabağla bağlı Azərbaycana pressinq edərsə, indiki Ermənistan ərazisindəki torpaqlarımıza iddianı ortaya qoyacağıq. İlkin mərhələdə Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı Zəngəzurun vahid şəkildə birləşdirilməsi ola bilər”.

Z.Məmmədov vurğulayıb ki, Ermənistan demarkasiya məsələsinə də razılıq vermir:

“Ordumuz SSRİ xəritələrinə istinad edərək müxtəlif istiqamətlərdə Ermənistana doğru irəliləyə bilər. İrəvan unutmasın ki, Putinin Ukrayna ilə bağlı dediyi fikir Bakı tərəfindən Qafqazda qabardılarsa, biz də 114 min kvadrat kilometr ərazimizin qaytarılması məsələsini qaldıra bilərik. Uzun sözün qısası, əgər Ermənistan və havadarları Azərbaycan Ordusuna qarşı silahlı təxribatlara davam edərsə, “status” məsələsində qırmızı xətti keçərsə, “B” planımız dərhal işə düşəcək”.//dia.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

    Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi ...

    15-10-2014, 15:08

  • 
  • Moskvada Qarabağı “həlledilməz” kürd məsələsi ilə müqayisə etdilər

    Moskvada Qarabağı “həlledilməz” kürd məsələsi ilə ...

    17-11-2017, 23:22

  • 
  • Keçmiş həmsədrdən şok etiraf: “O ərazilər qaytarılmaya da bilər”

    Keçmiş həmsədrdən şok etiraf: “O ərazilər ...

    28-09-2013, 13:32

  • 
  • Dağlıq Qarabağ münaqişəsi: “Nə hərb, nə də sülh”

    Dağlıq Qarabağ münaqişəsi: “Nə hərb, nə də sülh” ...

    3-01-2014, 00:55

  • 
  • Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 il keçir

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 ...

    23-07-2013, 00:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu