Azərbaycanda qanunvericiliyə görə tibb müəssisəsi yaşayış məntəqəsindən 18-20 metr aralıda yerləşməlidir.
Gundemxeber.Az dia.az-a istinadən bildirir ki, paytaxtın Nərimanov ərazisində, Koroğlu Rəhimov küçəsi 12-də yerləşən “Buta” klinikası bu tələbə məhəl qoymur. Vətəndaş Aybəniz Əliyevanın sözlərinə görə, klinika onun şəxsi mülkiyyətinə birləşib. Şikayətçi dəfələrlə müxtəlif qurumlara müraciət etsə də, nəticəsi olmayıb. O, klinikada, oksigen balonları yerləşdiyini bildirir və bu da, təhlükə mənbəyidir. A. Əliyeva deyir ki, klinika onun şikayətinə əhəmiyyət vermir. Vətəndaş tələb edir ki, klinika onun evindən aralıya köçürülməlidir. Çünki tibb mərkəzində oksigen balonları var. Onun sözlərinə görə, hətta bir dəfə evini su basıb, indi də divarlar çat verir və klinika rəhbərliyi qanunu pozmaqda davam edir. Şikayətçi yalnız Fövqəladə Hallar Nazirliyinin akt tərtib edərək klinika tərəfindən qanunun tələblərinin pozulduğunu təsdiqləyib. Lakin heç bir praktik nəticə olmayıb. O, Prezident Administrasiyasına, Nərimanov İH-ə şikayət etsə də, vəziyyət dəyişməyib.
Sorğu
Yeni dizaynımız necədir?