GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakıda özəl klinikalar morqa çevrilir

Bakıda özəl klinikalar morqa çevrilir

Tarix: 25-01-2016, 19:52 Bölmə :Manşet Baxış: 0
Bakıda özəl klinikalar morqa çevrilir

“Brizol” göz klinikasında 5 yaşlı uşaq əməliyyatdan sağ çıxmadı; klinika rəhbərliyi faktı ört-basdır etməyə çalışır, iş prinsipi: əvvəl pul, sonra tibbi yardım

Bakının “Brizol” göz klinikası 5 yaşlı uşağın əməliyyat zamanı ölümünü ictimaiyyətdən gizlətməyə çalışır. “Gündəm-xəbər”ə daxil olan məlumata görə, klinikada Qusar sakini, 5 yaşlı Yusif İbrahimovun əməliyyat masasında ölməsi ört-basdır olunmağa cəhd olunur.

Klinikanın ün meneceri Təranə suallara ətraflı cavab verməkdən yayınaraq, bu işin klinikanın daxili məsələsi olduğunu deyib. Hətta hadisəni “yoluna qoyacaqlarını” (?) da əlavə edib.

Klinika nümayəndəsi qısa şəkildə bildirib ki, 5 yaşlı Yusif klinikaya daxil olarkən onun problemləri var imiş: “Həkim onu əməliyyat edib və evə yola salıb. Yəni, ölüm faktı burda qeydə alınmayıb”.

Təranə xanım uşağı hansı həkimin əməliyyat etdiyini də açıqlamayıb. Menecer öz soyadını belə təqdim etməyib. Qəbul şöbəsindən bildirilib ki, nə mətbuatla əlaqəli şəxs, nə də baş həkim iş yerindədir.

Nərimanov Rayon Prokurorluğunun növbətçi hissəsindən bildirilib ki, ölüm faktını müstəntiq Orxan Rüstəmov araşdırır. Qeyd edək ki, çəpgözlük səbəbindən əməliyyata qaldırılan uşaq həkim səhlənkarlığının qurbanı olub.

Ona anesteziyanın düzgün verilmədiyi bildirilir. Hadisə iki gün əvvəl baş verib. Ancaq bu özəl klinikalarda ilk ölüm faktı deyil. Bu günə kimi özəl tibb ocaqlarında onlarla belə hal qeydə alınıb. Nazirlik isə məsələni “araşdırır” deməklə kifayətlənib.

Yalnız “Medi Sina” klinikasının bağlanmasını istisna nümunə göstərmək olar. Son illərdə isə klinikalarda səhlənkarlıq, ölüm faktları ilə yanaşı qiymətlər də əl yandırır. Azərbaycanda fəaliyyət göstərən özəl tibbi klinikalarda əhaliyə göstərilən tibbi xidmətin qiymət tariflərinin çox yüksək olması barədə mövzuya mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur.

Amma təəssüflə qeyd edirik ki, özəl klinikalarda olan sözügedən problemlər hələ də istənilən səviyyədə həllini tapmayıb, əksinə, vətəndaşlardan bu sahədən gələn şikayətlər artmaqda davam edir. Təbii ki, bu problemlərdən söz açılanda ilk olaraq gündəmə olaylara təsir edəcək və nəzarət etməli olan səlahiyyətli hökumət strukturları gəlir. Təbii ki, özəl klinikalardakı nöqsanlardan söhbət gedirsə, Səhiyyə Nazirliyinin bu məsələlər müdaxiləsi qaçılmazdır.

Ölkədə əhalinin ən sıx məskunlaşdığı paytaxt Bakıda, demək olar ki, hər il bir neçə özəl klinika fəaliyyətə başlayır. Türkiyə kimi böyük dövlətdə özəl xəstəxanaların sayı 400-dən çox olduğu halda, Azərbaycanda bu rəqəm 500-ü keçib.

Gəlirli sahə olduğu üçün "yağışdan sonra çıxan göbələklər"də qiymətlər od tutub yanır. Burada məqsəd keyfiyyətli tibbi xidmət göstərmək olsa da əsas hədəf daha çox gəlir əldə etməkdir. Ölkədə tibbi fəaliyyətə başlamaq üçün lisenziyanın qiyməti 5500 manatdır.

Hər halda, milyonlar qazanmaq üçün bu məbləği ödəmək imkanlı şəxslər üçün elə də böyük pul deyil. Dövlət xəstəxanalarında əhalinin sosial vəziyyəti müəyyən mənada düşünülsə də özəl klinikalarda buna əhəmiyyət verilmir.

İş prinsipi belə qurulub: əvvəl pul, sonra tibbi yardım. Keyfiyyətli xidmətə və xəstənin sağalmasına isə heç kim zəmanət vermir. Bu vəziyyətə nəzarət isə dövlətin üzərinə düşür.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əməliyyat zamanı 9 yaşlı uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlandı

    Əməliyyat zamanı 9 yaşlı uşağın ölməsi faktı ilə ...

    11-07-2017, 12:38

  • 
  • Leyla Şıxlinskayanın Klinikasında ana doğuş zamanı öldü

    Leyla Şıxlinskayanın Klinikasında ana doğuş ...

    11-09-2017, 18:42

  • 
  • Bakıda özəl klinikada ölüm hadisəsi baş verib

    Bakıda özəl klinikada ölüm hadisəsi baş verib ...

    9-04-2019, 14:13

  • 
  • "Faytonçu" Nazimin şikayət etdiyi klinikada daha bir ölüm

    "Faytonçu" Nazimin şikayət etdiyi ...

    9-10-2017, 17:12

  • 
  • İmişlidə “Leyla” Klinikası kabusu

    İmişlidə “Leyla” Klinikası kabusu ...

    16-04-2014, 10:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu