GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » GDU rektoru KİMƏ BELƏ GÜVƏNİR? - İTTİHAM

GDU rektoru KİMƏ BELƏ GÜVƏNİR? - İTTİHAM

Tarix: 23-07-2021, 10:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 718
GDU rektoru KİMƏ BELƏ GÜVƏNİR? - İTTİHAM


Gəncə Dövlət Universitetinin “qoca qartal” ləqəbli rektoru Yusif Yusibov az qala “odda yanmaz, suda batmaz” bir qüvvəyə çevrilib. Onun hegemonluğu elə bir nəticəyə gəlib çıxıb ki, hətta Təhsil Nazirliyi də rektorla bacara bilmir.

Bu gücü Y.Yusibovun haradan aldığını müəyyən etmək mümkündür. Ehtimal edilir ki, rektor bir yandan İqtisadiyyat naziri Mikayıl Cabbarova arxalanır, bir tərəfdən isə maliyyə nazirinin müavini olan qardaşı Cavanşir Yusibova güvənir.
Elə bu səbəbdən Təhsil Nazirliyindən Gəncə Dövlət Universitetinə gedən komissiya az qala qovulub. Y.Yusibov yoxlama qrupunu elə vəziyyətə salıb, elə şəkildə universitetdən göndərib ki, gəldiklərinə görə peşman olublar.
İddialara görə, komissiya işini həyata keçirə bilməyib və qapı arxasında saxlanılıblar. Bu qarşılanmadan narazı qalan nazirlik əməkdaşları geri qayıtsalar da, heç nəyə müvəffəq olmayıblar. Rektor bununla təkcə komissiyanı deyil, təhsil naziri Emin Əmrullayevi saymadığını göstərib.
Bildirilir ki, komissiya nazirə bu haqda məruzə etsə də, Əmrullayev Yusibova bata bilməyib. Buna səbəb rektorun birbaşa nazir Mikayıl Cabbarova çıxışının olmasıdır.
Məlumata görə, Yusibov Cabbarovla əlaqə saxlayıb və komissiya gəldiyini söyləyib, sonra ondan hansı zəmanəti alıbsa, yoxlama qrupunu otağından qovub. Bu, özlüyündə GDU rektorunun bir elm adamı yox, hərbə-zorba gələn, oliqarx kimi davranan, hansısa güc strukturunun yüksək rütbəli şəxsi kimi özünü aparan biri olmasını ehtiva edir.
Y.Yusibov görün nə dərəcədə səlahiyyətlərini aşmaqdadır ki, nazirliyin yoxlamasını belə qapıdan geri çevirir. Onun Əmrullayevi saymaması Cabbarova bel bağlamasından irəli gəlir. Halbuki, iqtisadiyyat nazirinin bu sahə ilə əlaqəsi olmamalıdır. Belə iddialar da səslənir ki, rektor “toxunulmazlıq statusu” alıb və onunla heç kim bacara bilmir. Məsələn, əvvəlki təhsil naziri Ceyhun Bayramov da Yusibovin işinə qarışmayıb. Çünki onun maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramovla həmkarı – Yusibovun qardaşı C.Yusibov telləri rol oynayırdı.
Burada yaranmış bağlantılar, Cabbarovun onlara himayəlik etməsi GDU rektorunun da öz qanadları altına alması ilə nəticələnib.
Nəticədə Gəncədəki bu təhsil ocağında özbaşınalıq, rüşvət sistemi, nəzarətsizlik, rektorun adamları ilə burada bazar açması hökm sürür. Hətta Yusif Yusibovun bir xoşagəlməz məsələ ilə bağlı kollektiv tərəfindən qınağa tuş gəldiyi iddiaları səslənməkdədir.
Həmin hadisə ilə özünü biabırçı vəziyyətə salan rektorun dillərdə ağız-ağız dolaşdığı deyilir. Amma yenə də heç nə olmamış kimi işə davam edir. Təbii ki, bu nalayiq hal kollektiv tərəfindən yaxşı qarşılana bilməzdi.
Bununla belə, təhsil nazirini saymayan, yoxlama qrupunu Gəncədən qovan bir rektorun kollektivdən çəkinməsini gözləmək də bir absurddur. Amma bütün bu məsələlər ölkə rəhbərliyindən gizlədilir.
Prezidentə kurator tərəfindən nələr baş verdiyi haqda məruzə olunarsa, Yusibovun qısa müddətdə əmrinin veriləcəyi istisna deyil. Çünki dövlət başçısı bu cür hallara qarşı olduqca qəzəblidir, inadkardır və cəza tədbiri görməkdədir. Sadəcə, M.Cabbarov qazandığı etimad sayəsində rektoru da qoruya, onun vəzifədə saxlaya bilir.
Dosye.org bildirir ki, mediada da rektorla bağlı kifayət qədər tutarlı ittihamlar, sərt tənqidlər var. Onun maliyyə yoxlamalarından da azad olduğunu söyləmək olar. Çünki rektoru iqtisadiyyat naziri himayə edirsə, qardaşı da maliyyə nazirinin müavinidirsə, hansı təftişdən söhbət gedə bilər?! Ona görə Yusibov GDU-ya ayrılan vəsaitləri sağa-sola xərcləyə, maxinasiyalara yol verə bilir.
Elə həmin komissiya yoxlama prosesində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması aşkar edib. Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda, Yusif Yusibov onları otaqdan qovaraq qışqırıb ki, gedin bacardığınızı edin. Bundan sonra rektor birbaşa Mikayıl Cabbarova zəng edib.
Əvvəlki illərdə təkrar-təkrar təmir işlərinin aparılmasına vəsaitlər ayrılmasına baxmayaraq, 24.12.2019-cu ildə əsaslı təmir üzrə keçirilmiş açıq tender yolu ilə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC ilə 8 360 635.26 manat dəyərində satınalma müqaviləsinin bağlanılması hansı zərurətdən yaranıb?
Sözügedən MMC 26.12.2019-cu il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 9 mərtəbəli 45 mənzilli 12 №-li yeni yaşayış binasının tikintisi üzrə keçirdiyi tenderdə 3 098 747.24 manat məbləğində müqavilə bağlayıb.
Bu kiçik bir müqayisədən də göründüyü kimi Gəncə Dövlət Universitinin təmirə ayırdığı vəsaitə məcburi köçkünlər üçün bağçası, məktəbi, istirahət parkı ilə birgə iki 9 mərtəbəli yaşayış binası tikmək olardı. Bəs Gəncə Dövlət Universiteti bu təmir işlərini harada aparıb?
2019-cu ilin dekabr ayında bağlanmış bu müqavilə üzrə 2020-ci ildə Gəncə Dövlət Universitetində heç bir əsaslı təmir işləri aparılmamışdır. Universitetin balansında olan tədris korpuslarında da həmçinin. Çox bilmək istəyirik – Yusif Yusifov 8 milyon manata haranı və nə vaxt təmir etdirib…
Onu da demək lazımdır ki, Universitetdə rektor Yusif Yusibovun “qara kassa”sı “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı Şahin Xurşudovdur. Bu adam hər yerdə deyir ki, mən “mini” rektoram. Rektor Yusif Yusibov da başa düşür ki, universitetdə “kölgə iqtisadiyyatı” Şahin Xurşudovsuz mümkün deyil.
Şahin Xurşudov bu “məsuliyyətli” tapşırığın öhdəsindən məharətlə gəlir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.
Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun “qara kassa”sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində “Land Cruiser” sürməzdi. Bu, hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var.
Elman Nigaran
Məqalədə qeyd edilən iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...

    GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ...

    16-12-2020, 13:40

  • 
  • Rektor koronavirus qadağalarına əməl etmir - Müəllimləri məcburi işə çağırır...

    Rektor koronavirus qadağalarına əməl etmir - ...

    2-04-2020, 19:10

  • 
  • Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri

    Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri ...

    20-12-2016, 01:12

  • 
  • Bayramov qardaşları nazir təyin ediləcək? – Maliyyə Nazirliyində təşviş

    Bayramov qardaşları nazir təyin ediləcək? – ...

    7-04-2018, 13:38

  • 
  • Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT

    Rektordan Nazirlər Kabinetinin qərarına ...

    12-12-2020, 20:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu