GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri

Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri

Tarix: 20-12-2016, 01:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 436
Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri

Müəllimlərdən biri dekan seçkisini deputat seçkisi ilə səhv saldı

Gəncə Dövlət Universitetində illərdir ki, qanunsuzluqlar baş alıb gedir. Mətbuatın yazmasına, hətta bu universitetin öz müəllimlərinin ölkə başçısı İlham Əliyevə və Təhsil naziri Mikayıl Cabbarova müraciət etmələrinə baxmayaraq, GDU-dakı özbaşınalıqlara son qoyulmur.

Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri

Məsələn, bir müddət əvvəl GDU-nun bir qrup professor-müəllim heyətinin adından ölkə başçısı İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış müraciətdə GDU-da qanunsuzluqlar baş verdiyindən bəhs olunurdu. Bildirilirdi ki,
Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq, GDU-nun rektoru Yusif Yusibov" burda mənəm, Bagdadda kor xəlifə" prinsipini üstün tutub: "Buraxılış və bəzi kursların yay imtahan sessiyasını yığılmış rüşvətin həcminə görə uğurla başa çatdıran Yusif Yusibov tərəfindən dekanlara ciddi şəkildə tapşırıq verilib, bütün fakültələr üzrə pul əvvəlcədən yığılır.Universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayiş etdirməyə çalışırlar. Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil. Dekanlar pullari yığib bu işə təhkim olunmuş prorektor Asif Cavadova təhvil verirlər. Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu”.

Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri

Müraciətdə bildirilirdi ki, GDU-nun tələbələri yeni tariflər qarşısında qalıblar: "Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib.Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3" də vermirlər. “3"ün qiyməti 70, ”4"ün 80, “5"inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur.Təcrübənin hal-hazırda qızğin vaxtıdır, amma yoxlayın, təcrübə olan yerlərdə bir nəfər tələbə tapmaq müşgül işdir.
Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunub. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunmuşdu. Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığıldı.Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar(20000 manat), kafedra müdirləri(10000 manat) və müəllimlər(5000-8000 manat), hətta laborantlar(3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar.Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb, bu da Mikayıl Cabbarovun qoyduğu rektorun və və vaxtilə müsavat, milli-istiqlal partiyalarının üzvü olan prorektorların sayəsində olub. Universitetdə yaşanan problemlərdən biri də rektor Yusif Yusibov tərəfindən israrla həyata keçirilən “qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir”.

Gəncə Dövlət Universitetində saxta dekan seçkiləri

Bu müaciətdən sonra da təəssüf ki, Təhsil Nazirliyi sözügedən faktları araşdırmadı və bu gün də GDU-da qanunsuqluqlar baş alıb gedir.

Belə ki, bu ayın 15-16-da GDU-da pedaqoji fakültənin Psixologiya, Bədən tərbiyəsi və idman kafedrasında vakant olan dekan vəzifəsini tutmaq üçün seçkilər keçirilıb. Proqnoz verdiyimiz kimi “ömürlük dekan” statusunu qazanmış B.Apoyev hər iki kafedradan 100% səs alıb.

Əldə etdiyimiz məlumata görə, dekan vəzifəsinə aparılan seçkilərdə GDU-nun rəhbərliyi tərəfindən müşahidəçi qismində iştirak edən olmayıb. İclasların keçirilmə vaxtı məxfi saxlanılaraq son 10-20 dəqiqələrdə kafedralarda işçilərə məlumat verilsə də, çəmi iki namizəddən birinə, yalnız seçkidə iştirak etmək üçün "ömürlük dekan" B.Apoyevə məlumat verilib.


Əldə etdiyimiz məlumatda o da deyilir ki, 16 dekabrda Bədən tərbiyəsi və idman kafedrasında “baş tutmuş” seçki ilə bağlı ikinci namizəd məlumatlandırılayıb. İclas başlamamışdan öncə seçicilərə rektoratlığın səlahiyyətli nümayəndəsi prof. V.Novruzovun da iştirak edəcəyi deyilsə də, nədənsə o da "ömürlük dekan seçkilərində" iştirak etməyib. Sözügedən seçkinin əsas “koordinatoru”, "canfəşanı"isə fakültə dekanının müavini, dekana sədaqət andı içən İlqar Haqverdiyev olub. Hər bir müəllimlə təbliğat apararaq B.Apoyevin “dekan yerini” artıq yay aylarından bronladığını deyən İ. Haqverdiyev təbliğat kampanıyasındakı işini məharətlə həyata keçirə bilib. Psixologiya kafedrasında aparılan seçki zamanı kafedranın müdiri, dosent Zümrüd Cavadova seçki "kampaniyası"nı B.Apoyevin xeyrinə 100 % təşkil etməkdən çəkinməyib.

2013-cü ildə sən demə, B.Apoyev Zümrüd Cavadovaya "səs toplayıbmış". Hətta işin acınacaqlı tərəfi odur ki, psixologiya kafedrasında keçirilən dekan seçkilərində müəllimlərdən biri çıxışında kafedrada dekan seçkisinin aparılmasından məlumatsız olduğunu büruzə verərək, deyib ki, B.Apoyev deputat olmaq üçün hansısa dairəyə sənədlərinin təqdim edir. O, buna tərəfdar oduğunu bildirib və B.Apoyevi məhz deputatlığa namizəd kimi təbrik edib.

Bundan sonra psixologiya kafedrasında sədr tərəfindən səsvermədə təlimat pozulub, yəni birbaşa 105-lik nəticə elan olunub. Hələ sovetlər dönəmində belə heç bir seçkidə 100 %-lik səsvermə nəticəsi əldə olunmayıb. Artıq Pedaqoji fakultədə dekan seçkiləri ilə bağlı eks-dekanın səlahiyyətlərinə xitam verilməsinə baxmayaraq, ( 5 noyabr 2016-cı il tarixində) B.Apoyev seçkiyə qədər qanunsuz olaraq. dekan səlahiyyətlərini icra edib.


GDU-nun rəsmi saytında səlahiyyətinə xitam verildiyi müddətdə belə onun 10-dan artıq dərsdə dekan kimi iştirak etdiyinin bildiriməsi də B.Apoyevin "ömürlük dekan" statusunu təsdiq edir. Bu cür seçkilər GDU-da ənənə şəkli almaqdadır.


Gender siyasəti haqqında adı gedən universitetin hələ də anlayışı yoxdur. İşin maraqlı odur ki, GDU-da bütün fakultəlirin və şöbələrin dekan və rəhbər işçiləri yalnız kişilərdir.

Yuxarıda qeyd etdki ki, səlahiyyətlərinə xitam verilsə də, B.Apoyev dekan kimi vəzifəsini yerinə yetirirdi. Bunu təsdiq edən faktları təqdim edirik: "Dekabrın 1-də Təhsilin pedaqoqikası və metodikası kafedrasının baş müəllimi Şərəf Əhmədovanın TSPX ixtisasının IV kursunda Təhsilin idarə olunması fənni üzrə “Məktəbdə metodik iş” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos.C.İbrahimov iştirak edirdi. Müəllim dərsdə yeni təlim texnologiyalarından istifadə edərək məqsədinə nail oldu. Komissiya üzvləri dərsi qənaətbəxş hesab etdilər".


Digər bir fakt: "1 dekabr 2016-ci il tarixdə Bədən tərbiyəsi ve idman kafedrasının baş müəllimi Urfan Cabbarovun Fiziki tərbiyə və çağrışaqədər hazırlıq ixtisasının III kursunda Atletika fənnindən “Atletikanın yarış qaydaları” mövzusunda açıq dərsi keçirildi.Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos.C.İbrahimov, kafedra müdiri İ.Ağayev və kafedranın müəllimləri iştirak edirdi.Dərsdə slaydlardan ve digər əyani-texniki vasitələrdən istifadə edildi ve müəllim məqsədinə nail ola bildi.Dərs qənaətbəxş qiymətləndirildi .


Başqa bir fakt: "30.11.2016-cı il tarixdə fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının I kursunda Psixologiya kafedrasının baş müəllimi İlham Məmmədovun “Təfəkkürün psixologiyası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültə dekanı dos.B.Apoyev, tədrisin keyfiyyətinə nəzarət komissiyasının üzvü dos. C.İbrahimov, Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova və həmin kafedranın əməkdaşları iştirak edirdi. Tələbələrin yüksək fəallığı şəriatində kəçən dərsdə interaktiv təlim metodlarından, yeni təlim texnologiyalarından bacarıqla istifadə edildi".

Bütün bunlar GDU-nun rəsmi saytından götürülüb və dediklərimizi bir daha təsdiq edir.
GDU-da baş erənlərlə əlaqədar rektor Yusif Yusibovun mövqeyini öyrənmək istəsək də, o, telefon zənglərinə cavab vermədiyindən suallarımız cavabsız qaldı.

Onu da qeyd edək ki, GDU-nun əvvəlki rektorunun dövründə də bu cür dəhşətli qanunsuzluqlar başalıb gedirdi. O, zaman indiki rektor təhsil işləri üzrə prorektor vəzifəsində çalışırdı. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Universitetinə yeni rektor təyin edilməsi barədə imzaladı. Sərəncama görə, Yusif Əmiralı oğlu Yusibovun Gəncə Dövlət Universitetinin rektoru təyin edildi.

Onu da qeyd edək ki, Yusif Əmiralı oğlu Yusibov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1978-ci ildə kimya elmləri namizədi, 1994-cü ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. O,1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin ümumi və qeyri-üzvi kimya kafedrasının professoru olub. 2011-ci ilin fevral ayında Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2013-cü ilin dekabr ayından GDU-nun rektoru vəzifəsini icra edib.
Göründüyü kimi, rektora prezident tərəfindən böyük etimad göstərilsə də, GDU-da əvvəlki qanunsuzluqlar bu gün də baş alıb getməkdədir.


Mehriban Əzizqızı

"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GDU-da böyük ajiotaj yaranıb

    GDU-da böyük ajiotaj yaranıb ...

    12-11-2015, 23:40

  • 
  • GDU-da MM-ə seçkilərlə bağlı "fövqəladə iclas”

    GDU-da MM-ə seçkilərlə bağlı "fövqəladə ...

    30-10-2015, 23:26

  • 
  • GDU-dan daha bir xəbər

    GDU-dan daha bir xəbər ...

    2-11-2015, 12:08

  • 
  • GDU-da "fövqəladə vəziyyət”

    GDU-da "fövqəladə vəziyyət” ...

    21-12-2015, 13:33

  • 
  • GDU-nun tarix-coğrafiya fakultəsində rüşvət qalmaqalı

    GDU-nun tarix-coğrafiya fakultəsində rüşvət ...

    22-04-2016, 21:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu