GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda pullar BELƏ TALANIR - İTTİHAM

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda pullar BELƏ TALANIR - İTTİHAM

Tarix: 24-07-2021, 13:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 541
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda pullar BELƏ TALANIR - İTTİHAM


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) bəzi nöqsanlardan, kadr çatışmazlığından və aşkar maxinasiyalardan əziyyət çəkir. İnstitut bir neçə şəxsin süni diqtəsilə, xüsusilə ayrılan büdcə pullarının israfçılıqla xərclənib dağıdılması məqsədlərilə idarə olunur.

Gundemxeber.Az bildirir ki, "Demokratik.Az"-ın əldə etdiyi özəl məlumatlara görə, institut son illər heç bir yararlı elmi tədqiqat işlərinə, aqrar sahənin inkişafına faydası olacaq geniş elmi-praktiki-nəzəri nailiyyətlərə imza atmayıb, əksinə, institutun ölkənin şəhər və rayonları üzrə özündə birləşdirdiyi təcrübə stansiyaları, çeşidli laboratoriya və şöbələr üzrə fəaliyyət formal hallar üzərində qurulub. İnstitutun idarə olunmasında qeydə alınan bəzi ağlasığmaz hallar isə öz qəribəliyi, qeyri-ənənəvi tənəzzül mütodları ilə xeyli unikal olmaqla maddi maxinasiyaları var edir.
İnstitutun narazı kollektivindən saytımıza verilən məlumata görə, hökumətin və Kənd Təsərrüfatı Nazirliyinin adıkeçən elm ocağından umacağı, maddi-texniki imkanları və elmi potensialı direktor Elçin Xəlilov və ətrafı tərəfindən xeyli korruziyaya uğrayıb. Xüsusilə institutun əsas maddi xərclərində təyinatdankənar məntiqə varan addımların atılması, yalançı formal tenderlərin keçirilməsi, şəxsi mənfəətə hesablanan ezamiyyələrin rəsmiləşdirilməsi, uyğun olmayan şəxslərin işə götürülməsi diqqət çəkir.

"Demokratik.Az" bildirir ki, "BM və TB ETİ"-nin direktoru bir çox maddi maxinasiyalarını müəssisənin baş mühasibi Ulduz Məmmədovanın əli ilə həyata keçirir.

Hələlik dəqiqləşdirə bildiyimiz məlumatlardan bir neçəsini diqqətinizə çatdırırıq ki, təkcə 2019-2021-ci illər ərzində "BM və TB ETİ" ilə "RƏBUNƏ"MMC, "Çeşmə" və "Dondar" adlı MMC-lərlə, eləcə də "Uğur 2017" adlı və digər fərdi sahibkarlıq subyektlərilə aralarındakı müqavilələr əsasında ayrı-ayrı vaxtlarda "dəftərxana ləvazimatlarının satın alınması", eləcə də guya "çap işlərinin görülməsi" adları altında küllü miqdarda maddi vəsait xırıd edilib. İddiaya görə, 10 minlərlə manat vəsait sadəcə olaraq tərəflər arasında otkat edilib, bölüşdürülüb, zəruri çap işləri və təminat öhdəlikləri isə icra edilməyib. İllərlə dövlət maliyyələşməsilə sözügedən institutda dəftərxana ləvazimatlarının faktiki paylanışına rast gəlinməməsi, yeni dərci materialların ortada olmaması təsadüfə heç bənzəmir, fakt təkzibedilməzdir və sadə audit yoxlaması maddi mənimsəmələrin parlaq təzahürü ola bilər.

Baş mühasib U.Məmmədovanın iştirakı ilə müəssisədə baş qaldıran ezamiyyə maxinasiyaları da cəlbedicidir. Təsəvvür edin ki, son illərdə durmadan yalnız özünə və istədiklərinə "bahalı" ezamiyyələr yazan Ulduz Məmmədova hər ayın bir neçə gününü regiondakı dayaq məntəqələrində və təcrübə stansiyalarında keçirir. Təbii ki, xanım Məmmədovanın səfərlərinin heç bir elmi qayəsi yoxdur, O, sadəcə rayonlara ezam olunaraq pul qazanır. Məlumata görə, xanım mühasib səfərlər edib "şirinlik" və qonaqlıqlar müqabilində Təcrübə Stansiya direktorlarının maddi hesabatlarındakı əyrintilərini düzəldir, faydalı "pul sirkulyasiyası" həyata keçirir. Baş mühasibin tez-tez Beyləqanda "İmamverdinin kababxanası" deyilən məkanda rayonun TS-in rəhbərilə yeyib-içməsini də institut kollektivi bu sayaq maddi maraqlara yozur.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mexanikləşdirmə şöbəsinin müdiri Anar Məmmədovun fevral ayından bu yana öz ezamiyyə xərcini Ulduz Məmmədovadan ala bilməməsi kimi biabırçılıq da yaşanmaqdadır. Eləcə də son ilin ezamiyyə sənədlərində Anar Məmmədovun əvəzinə yerli həmkarlar təşkilatının sədri Eldar Ələsgərzadənin də adına rast gəlinməsi gülməlidir. Digər alanların isə Ulduz Məmmədovanın birokratik əngəllərinə tuş gəlmələri araşdırılmalıdır. Eləcə də institutun yeni direktor müavini Natiqə İsmayılzadəyə də baş mühasibin istəyilə "ezamiyyə xərci" kimi cəmi 5 ay içərisində 4000 (dörd min) manata yaxın pul yazılışı absurdun ötəsində bir şeydir. Maraqlıdır ki, "BM və TB ETİ"-də "ezamiyyə" məsələləri sanki şəxsi məqsədlidir, göndərişlərin ümumiyyətlə institutun qanunla tənzimlənən fəaliyyətinə aidiyyatı yoxdur. Əksini eşitmək maraqlı olardı, son illərdəki ezamiyyələrin maddi israfçılıqdan savayı Kənd Təsərrüfatı Nazirliyinə və sözügedən elm müəssisəsinə hansısa bir faydası toxunubmu?

Xüsusi imtiyazlı şəxsə çevrilib istədiyi məsələdə direktorun adından qərarlar qəbul edən baş mühasibin yarıtmaz fəaliyyəti maddi maxinasiyalarla da məhdudlaşmır. Aldığımız məlumatlarda o da qeyd olunur ki, Ulduz Məmmədova kadr məsələlərində də aktiv rol alır, kimi istəsə Bitki Mühafizə institutundan qovur, kimi istərir işə "götürür". Misal üçün, o öz yaxın rəfiqəsi Mənsurə Məmmədovanın qeyri-ixtisaslı olsa da mühasibatlıqda - öz yanında işə götürülməsini təmin edə bilib. Ən maraqlısı, institutun direktoru baş mühasibin təkidinə boyun əyərək həmin Mənsurə Məmmədovanın orta təhsili belə olmayan bacısı qızı Nazı Məmmədovanı da institutda laborant ştatı üzrə işə alıb.

Hələlik bu qədər.., amma indidən nəzərə alın ki, Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xüsusi diqqət mərkəzindədir. Yoxsa, bu Ulduz Məmmədova mühasibatlığa özünə yaxın adamlarını cəmləməklə etdiyi maxinasiyaları maksimum "gizli" saxlamağa çalışması bir yana, KT nazirliyinin aparat rəhbəri Rafayıl Quliyevlə dostluğu üstün tutmazdı. İddialara inansaq, baş mühasibin ən böyük dayağı əslində direktoru deyil, elə KT nazirliyinin aparat rəhbəri Rafayıl Quliyevdir - niyə?, nə üçün? - cavablar bizim üçün də ayrıca bir təfərrüat!

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda nazirliyin aparat rəhbərini baş mühasibin dilindən "Rafoş" deyə çağırırlar. Bunun NİYƏSİ barədə də yazacam, amma hörmətli Kənd Təsərrüfatı nazir cənab İnam Kərimov da yaxşı olardı ki, yuxarıda yazılanların araşdırılmasına bir vaxt ayıra...
Yazıda adları çəkilən hər kəsin söz haqqına hörmətlə yanaşırıq!

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncədə alimlərin fikri “saya salınmır”

    Gəncədə alimlərin fikri “saya salınmır” ...

    20-12-2018, 20:59

  • 
  • Heyvandarlıq Elmi-Tdqiqat İnsititutunda nələr baş verir? - VİDEO

    Heyvandarlıq Elmi-Tdqiqat İnsititutunda nələr baş ...

    18-07-2018, 18:55

  • 
  • Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO

    Elmi İnstitutda "travmotoloji bazar" - ...

    16-07-2019, 16:40

  • 
  • Görəsən Gəncədəki Elmi-Tədqiqat İnstitunun elmi işçiləri nə işlə məşğuldurlar?-AUDİO MÜSAHİBƏ

    Görəsən Gəncədəki Elmi-Tədqiqat İnstitunun elmi ...

    25-06-2018, 18:04

  • 
  • Qalmaqallı Ağciyər İnstitutu məhkəməyə VERİLDİ - TƏBİB bir aydır ki SUSUR

    Qalmaqallı Ağciyər İnstitutu məhkəməyə VERİLDİ - ...

    18-06-2021, 11:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu