GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şeyxin “imanına” ithaf: Siyasi kəmsavadlıq, yoxsa təxribat?

Şeyxin “imanına” ithaf: Siyasi kəmsavadlıq, yoxsa təxribat?

Tarix: 26-07-2021, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 301


Yəqin ki, belə situasiya ilə dəfələrlə rastlaşıbsınız: kimsə aşkar həqiqəti danıb, qırmızı-qırmızı üzünüzə duraraq, sizə yalanı sırımağa çalışır. Bunu elə israrla, elə həvəslə edir ki, necə deyərlər, əliniz-ayağınız yerdən üzülür və qeyri-ixtiyari olaraq deyirsiniz: “Sən nə imansız adamsan...”

Azərbaycanın şanlı Ordusu 44 günlük müharibədən sonra 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etdi. Müharibə varsa, deməli, düşmən də var. Və bu müharibədə sənin də, düşmənin də dostunun olması qaçılmazdır. Əhli-Azərbaycan 44 günlük müharibə ərzində dostunun da, düşməninin də dostunun kim olduğunu gördü. Zatən dostumuz yanımızda idi, düşmənin dostu da heç özünü gizlətmək niyyətində deyildi. Dərd onda idi ki, düşmənin dostlarının bəziləri bizə də “dostumuzsan” deyirdilər. Biz “dostlar”ına boş söz (fətva) göndərirdilər, erməni dostlarına isə silah, ərzaq, geyim-keçim, pul-para. Yolları hər tərəfdən bağlanan ermənilərin nicat qapısı idi bizə “dostumuzsan” deyib, düşmənimizi yemləyənlərin qapısı.

“Xalqın gözü tərəzidir” axı. Görürdü hər şeyi. Görürdü onun yanında olan kimdir, “dostumsan” deyib düşməninə zəhər verən kimdir. Qardaş Türkiyənin 44 günlük müharibə ərzində Azərbaycana verdiyi dəstəyi nəinki bu nəsil, min il sonrakı nəsil də unutmayacaq. Yaxşılıq elə bir nemətdir ki, onu sən unutsan da tarix unutmur axı. Həm də Allah unutmur! Görün neçə il əvvəl Hacı Zeynalabdin Tağıyev Pakistan xalqına yaxşlıq edib. Yaddan çıxardırmı pakistanlılar bu yaxşılğı? Yox. Çünki çörəkləri dizlərinin üstündə olan xalqlardan deyillər, gözləri tərəzidir.

Amma Azərbaycan xalqının daha bir Hacısı da var axı. Hacı Allahşükür Paşazadə həzrətlərini deyirəm. Bütün Qafqazın şeyxini deyirəm. Gözü tərəzi ola bilməyən, xalqı kimi görməyi bacarmayan Şeyxi deyirəm. Azərbaycan əsgərinin 44 günlük müharibədəki qəhrəmanlığını kiçildən, dostumuzu görməyən, düşmənimizin dostuna tərif yağdıran Şeyxi deyirəm. Əsl din xadimi xalqın çətin günündə onun yanında olmağı bacaran şəxsdir. Əsl din xadimi dostu da, düşməni də ayırd edib, xalqına məsləhət verə biləndir. Əsl din xadimi Vətənini, dövlətini, onun əsgərini, qazandığı qələbəsini təxribatçı ləkədən qoruya biləndir.

Hacı Allahşükür Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərə - mənəvi paytaxtımız Şuşaya səfər etmişdi. Amma görünür, Allaha şükür etməyərək getmişdi o səfərə. Məsciddə namaz qılınarkən düşmənimizin dostunu önə buraxmışdı. Sevindirmişdi düşmənimizi, qəlbinə xəncər sancmışdı dostumuzun. “Bir səhvdir olub” deyərək, keçmək olardı bunun üstündən. Amma “Təzəpir” məscidində qılınan namazda Azərbaycanın dostu ilə düşməninin dostunu eyni tərəziyə qoymaqla imanına kor bucaq altından baxdı. “Ayətullah Xomeneinin “Qarabağ toprağı İslam torpağıdır” deyərək fətva verməsi, qələbənin carçısı idi, bizi qələbəyə apardı” deyilərkən əlimiz-ayağımız yerdən necə üzülməsin, İlahi? İlahi, şəhidlərin şəhadətini belə urvatsız etmək hansı imandandır? İlahi, Azərbaycan Ordusunun rəşadətini bir fətvaya bağlamaq siyasi kəmsavadlıqdır, yoxsa təxribat?

Şeyx siyasi kəmsavaddır? Siyasi kəmsavaddır ki, Azərbaycanın dostunu, dostunu yox e, qardaşını düşmənin dostu ilə bir tutsun? Bəs iman, bəs xalq qorxusu? Ağlı başında olan hər kəs nəyin necə olduğunu bilir axı. Gəlin Şeyxin siyasi kəmsavadlığına inanmayaq. Hələ sovetlərin vaxtından müxtəlif qurumlarda siyasi təlimatlar keçən, siyasi tapşırıqlar alan bir adamın siyasi kəmsavad olduğuna Fatmanisə qarı da inanmaz. Qalır bir versiya: təxribat. Özü də, sifarişli təxribat. Azərbaycan dövləti öz seçimini edib. Azərbaycan xalqı da öz seçimini edib. Dostunu, qardaşını da tanıyıb, düşmənini, düşməninin dostunu da. Və belə bir məqamda Şeyx dövlətin də, xalqın da seçiminə qarşı çıxır. Hansı cəsarətlə, hansı iradə ilə, hansı məntiqlə? Yalnız “mötəbər sifariş” adama belə cəsarət, iradə və məntiqsizlik əta edə bilər.

Azərbaycan elə bir ölkədir ki, burda çoxlarının gözü var. Azərbaycanın inkişafını, qüdrətlənməsini istəməyənlər də nə qədər desən. Özü də uzaqda yox, böyür-başımızda, yan-yörəmizdə. Və Azərbaycan dövləti, xalqı özünün inkişaf yolu haqda qəti qərar qəbul edərkən, yan-yörəndəki düşmənlər, düşmənin dostları narahat olacaqlar. Deməli, hər cür təxribata da əl atacaqlar. Ən asan yol da Azərbaycanın arasını vurmaqdır dostları, qardaşları ilə. Xüsusi bir istedad da lazım deyil bunun üçün. Eləcə, Azərbaycanın dostunu, qardaşını onun düşməninin dostu ilə bir tərəziyə qoyursan, vəssalam. 44 günlıük müharibə ərzində Türkiyə dövləti, türk xalqı “can Azərbaycan” dedi. Türkiyənin Azərbaycana verdiyi müasir silahlar müharibədəki itkilərimizi xeyli azaltdı. Həmin vaxt cənub qonşumuzdan da Ermənistana silah-sursat daşınırdı durmadan. Müharibədə Azərbaycanın məğlubiyyətini, itkilərimizin daha çox olmasını təmin etmək üçün. Hələ bircə erməni siyasətçiyə, dövlət xadiminə, politoloquna rast gəlməmişik ki, “İran bizim dostumuz deyil” desin. “İran Ermənistanın dostudur” deyirlər, yorulmadan, usanmadan. Ya Şeyx, bunu bilmirsənmi? Bilməmiş olmazsan. Elə isə de görək, bu nə yanaşmadır, ya Şeyx?

Fuad Abasoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hadrutdan qovulmasını həzm edə bilməyən düşmənin növbəti yalanları - FOTOFAKT

    Hadrutdan qovulmasını həzm edə bilməyən düşmənin ...

    12-10-2020, 12:35

  • 
  • Rus sülhməramlıların postları və dostları

    Rus sülhməramlıların postları və dostları ...

    15-12-2020, 10:32

  • 
  • Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - RƏSMİ

    Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ ...

    23-10-2020, 10:05

  • 
  • Düşmənin çoxlu sayda hərbi texnikası məhv edildi - SİYAHI

    Düşmənin çoxlu sayda hərbi texnikası məhv edildi ...

    16-10-2020, 10:27

  • 
  • Vaqif Dərgahlı: "Müdafiə Nazirliyinin rəhbərliyi tapşırıb ki, işğal altındakı ərazilərdə dinc əhaliyə atəş açılmasın"

    Vaqif Dərgahlı: "Müdafiə Nazirliyinin ...

    29-04-2016, 17:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu