GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR

Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR

Tarix: 26-07-2021, 14:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 375
Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR


Abşeron rayonunun Xırdalan şəhəri başda olmaqla, bütün qəsəbələri son aylar zibil bataqlığına çevrilib. Bu problemlə bağlı demək olar ki, 2-3 gündən bir elektron mediada, sosial şəbəkələrdə yazılar tirajlanır. Google üzərindən bir axtarış yetər ki, bu mövzuda saysız yazılarla, foto və videolarla rastlaşaq...

Gundemxeber.az bildirir ki, indi isə yenixeber.org-a Abşeron rayonu Ceyranbatan və Saray qəsəbələrinin bir qrup saikininin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovaya ünvanlamış olduqları müraciətin surəti daxil olub. Qəsəbə sakinləri bu müraciətdə də başlıca olaraq məişət tullantılarının vaxtaşırı daşınmamasından və nəticədə qəsəbənin zibil paliqonuna çevrilməsindən bəhs edirlər. Söhbət paytaxtətrafı qəsəbədən gedir...

Biz müraciətdə yer alan iddialarla bağlı aidiyyatı tərəfləri də dinləməyə çalışdıq. Abşeron Rayon İcra Hakimiyyətinin mətbuata sorumlusu kimi təqdim olunan telefon nömrəsinə etdiyimiz zənglər cavabsız qaldı.



Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Qəhrəman Rüstəmov isə problemin onlara aidiyyatının olmadığını bildirdi: “Artıq bu aydan zibil pulunu da biz yığmırıq. Bu problem bizim idarənin deyil, bu qəsəbələrin İcra Nümayəndəliklərinin və Bələdiyyələrinin problemidir”(?)

Əldə etdiyimiz məlumata görə isə həqiqət Qəhrəman müəllimin dediyindən az da olsa fərqlidir... Yeni məhəllələrdə olmasa da, qəsəbədaxili zibil daşınması hələ də Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin vəzifəsi olaraq qalır.



Abşeron Rayon İcra Hakimiyyətinin başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq İsmayılov da problemin varlığını etiraf etdi: “Saray və Ceyranbatan qəsəbəsini ayıran Zərdabi küçəsində son vaxtlar zibil problemi yaşanır. Amma ora zibil atanların əksəriyyəti Ceyranbatan qəsəbəsinin sakinləridir. Buna baxmayaraq biz bir dəfə o zibilxanaları təmizlətmişik. İndi “Zövq” adlı bir MMC yaradılıb, sakinlərlə aylıq 4 manat olmaqla müqavilə bağlayır ki, zibilləri daşısın. Təəssüf ki, sakinlərin bəziləri bu müqavilədən imtina edir. Bu istiqamətdə işlər davam edir və yaxınlarda problem həll olunacaq”.



Ceyranbatan Bələdiyyəsindən isə bildirdilər ki, bu problem Bələdiyyə olaraq onların başlıca vəzifəsinə çevrilib: “ Son günlər meydana çıxmış bu problemlə gündəlik məşğuluq. Demək olar ki, elə işimiz bu zibil probleminin həlli istiqamətində çalışmaqdır. Hələlik öz imkanlarımızla zibilxanaların təmizlənməsi, küçələrdə fərdi olaraq zibillərin toplanması gündəlik işimizə çevrilib. Rayon rəhbərliyi də problemin həllinə çalışır. Yaxınlarda sakinlərlə müqavilələr bağlanacaq və küçələrdən zibillər vaxtaşırı yığılacaq”

***

Bu da redaksiyamıza daxil olmuş müraciət:

"Hörmətli İradə xanım,

Biz- Abşeron rayonu Ceyranbatan və Saray qəsəbəsinin sakinləri 15 ilə yaxındır ki, bu iki qəsəbəni ayıran H. Zərdabi küçəsində (Qəsəbə sakinləri arasında “KQB yolu” deyilir) məskunlaşmışıq. Ölkəmizin ictimai-siyasi həyatında daim aktiv iştirak etmiş, əsası ümummilli liderimiz tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin tərəfdarı olmuşuq. Sevindirici haldır ki, cənab prezidentimizin rəhbərliyi ilə bu gün ölkəmizin bütün regionları, kənd və qəsəbələri inkişaf edir, abadlaşır.

Hörmətli İradə xanım, 15 ilə yaxındır ki, yaşadığımız massivdə ucqar dağ kəndlərini xatırladan problemlərlə baş-başayıq...Kütləvi yaşayış olan H. Zərdabi küçəsi 30 il əvvəlin Balaxanı zibilliyini xatırladır. Zibil qutuları illərdir ki, tam yararsız, sınıq-salxaq vəziyyətdədir, həm də yerləri düzgün qoyulmayıb. Bəzən isə günlərlə zibil daşınmır. Nəticədə qalaqlanmış zibil yandırılır ki, bunun da hansı mənzərə olduğu, hansı fəsadları törətdiyi bəllidir. Bu faciənin nə olduğunu ancaq bizim kimi yaşayanlar bilər.

Bizi narahat edən ikinci problem isə kütləvi gediş-gəliş olan bu küçənin işıqlandırılmamasıdır. Gecələr zülmətə qərq olmuş küçədə az qala hər gün bir kriminal hadisə baş verir. Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkəti qaranlıq küçədə bizi hər an yeni təhlükələrlə üz-üzə qoyur. Çoxlu sahibsiz itlərin olması da başqa bir bəladır. Gecə saatlarında H. Zərdabi küçəsi ilə hərəkət etmək bilərəkdən özünü təhlükəyə atmaq deməkdir.



Paytaxtətrafı bir qəsəbədə bu problemlərlə yaşamaq inandırıcı olmasa da, acı reallıqdır. Nə yazıq ki, bizlər bu acı reallıqla yaşayırıq... Dəfələrlə aidiyyatı rəhbər şəxslərə müraciət etsək də nəticə olmayıb.

Hörmətli İradə xanım, Sizin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olaraq həyata keçirdiyiniz abadlıq-quruculuq işləri bizə də məlumdur. Bu səbəbdən də Sizdən xahiş edirik ki, bizim sadaladığımız problemlərin həllə olunmasını təmin edəsiniz. Ümid edirik ki, belə də olacaq və digər instansiyalara müraciət etməyimizə ehtiyac qalmayacaq”.//yenixeber.org

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinin Sədr müavini 2-ci qrup əlil vətəndaşa fiziki təzyiq gösdərdi: Saxta sənlədlər və korrupsiya halları-İddia

    Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinin Sədr ...

    31-12-2020, 16:41

  • 
  • Daha bir deputat zibil yeşiyində (FOTO)

    Daha bir deputat zibil yeşiyində (FOTO) ...

    26-09-2014, 08:49

  • 
  • Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha yüksək vəzifə verdi

    Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha ...

    13-10-2015, 13:39

  • 
  • Susuzluqdan Abşeron sakinlərinin “ah-nalə”si göyə qalxır – PREZİDENTƏ MÜRACİƏT

    Susuzluqdan Abşeron sakinlərinin “ah-nalə”si göyə ...

    1-04-2021, 16:30

  • 
  • Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA

    Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA ...

    21-03-2021, 21:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu