GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Özgə malını qazi və şəhid ailələrinə qurban edən dil pəhləvanları

Özgə malını qazi və şəhid ailələrinə qurban edən dil pəhləvanları

Tarix: 27-07-2021, 09:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 514


Bir neçə gündür 3-cü “Jurnalistlər evi”nin qazi və şəhid ailələrinə verilməsi ilə bağlı Prezidentə edilən müraciət gündəmi işğal edib. Bəri başdan deyək ki, müraciət yiyələri, eldə deyildiyi kimi, hamam suyu ilə dost tutmaq, yəni başqasının hesabına, heç bir mal-mülk sərf etmədən qazi və şəhid ailələrinin rəğbətini qazanmaq yolunu seçiblər. Prezidentdən jurnalistlərin haqqını savaş adamlarına verməyi diləyənlərin cavabını da elə qazi və şəhid ailələri özləri topdağıtmaz tutarqalarla verirlər. İlgincdir ki, bir neçə nəfəri çıxmaqla, müraciətə imza atanların çoxu ilk iki binadan 3-4 otaqlı mənzil alanlardır. Müraciətin ana xəttini isə artıq 500 civarında jurnalistin mənzillərlə təmin olunması nədənindən dövlətin və onun başçısının jurnalistlərə dəstək limitinin bitməsi təşkil edir. Əvvəla, iki binada toplam mənzil alanların sayı 500 yox, 409 nəfərdir və bunların da içində gerçək haqqı olanları 10-15 faiz - 40-60 nəfər olar ya olmaz. İkincisi, bu mənzillərin bir neçəsi ayrı-ayrı adlarla bir neçə nəfərə çatıb. Aydın olsun deyə, ümumi sayı ən azı üçə bölməklə 130-160 nəfərin mənzil yiyələri olmasını iddia etmək olar. İndi 160 nəfərdən 10-15-I 3-cü evin jurnalistlərə verilməsini istəmir. Allah Sabirə rəhmət eləsin, belədə deyib ee, mən salim olum cümlə cahan batsa da batsın!
Maraqlıdır ki, Qarabağ qaziləri və şəhid ailələrinə özgə əmlakı ilə canıyananlıq edənlər niyə , məsələn, qazi jurnalistləri yada salmırlar? Bir də, qazi və şəhid ailələrinə veriləsi o qədər mənzillər var ki! Niyə bu “hamamsuyu dostları” qazilərə söz verilən və illərdir boş qalan metronun “Koroğlu” stansiyasının yanındakı yaşayış kompleksini görməzliyə vururlar ? Yaxud “Ukrayna” meydanının yanında PA işçiləri üçün nəzərdə tutulan binanı savaş qurbanlarına təklif etmirlər? Niyə “Ağ şəhər”də tikilən evlərdən qazi və şəhid ailələrinə mənzillər alınmır? Niyə Bakının mərkəzində yaşayan qazi və şəhid ailələrinə “mənzil qayğısı” ucqar Xocasən, Məmmədli, Ramana, Hövsan kəndlərində gerçəkləşir? Ucqardan şəhərin mərkəzində yerləşən tibb, reabilitasiya mərkəzlərinə, iş yerlərinə gəlib-getmək də problemdir axı! Axı, qanunvericilik onlara reabilitasiya, tibb məntəqələrinin, iş yerlərinin, qohumlarının yaşayış yerlərinin yaxınlığında mənzillər ayrılmasını doğrulayır! Niyə şəhərin mərkəzində boşalan hərbi hissənin ərazisini ordu rəhbərliyinin başında duran bir neçə general və qohumları ələ keçirməlidir? Burada bir balaca şəhərcik salıb şəhid igidlərin -Polad Həşimov, Raquf Orucov …və digərlərinin və onların döyüş dostları qazilərin ailələrinə vermək olmazdı? Özü də bu ərazi hər iki “Şəhidlər xiyabanı”dan eyni aralıqda yerləşdiyindən şəhid və qazi ailələrinin ürəyincə olardı. Niyə bunu ölkə başçısının diqqətinə çatdıran yoxdur? Yeri gəlmişkən, qazi və şəhid ailələrinə haqq elədikləri fərdi yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılmasından imtinaya niyə son qoyulmur? Qazi və şəhid ailələrinə tikilən evlərin həyətini də oliqarx məmurlar zəbt edib özlərinə villalar, kommersiya obyektləri tikirlər, deputatlar niyə səslərini çıxarmır?
Müraciətə imza atanlardan “Yeni Azərbaycan”, “Səs” qəzetləri 15-16 il qabaq ƏƏƏSM -in “əməkdaşları” Əli Axundovun və Mehdi Mehdiyevin imzası ilə bu sətirlərin yazarına qarşı şər-böhtan yayıblar. Özü də bilirsiniz nəyə görə? Qarabağ əlillərinə verilən mənzillərin rüşvətlə bölgüsünü “Azadlıq”da işıqlandırmağa görə! “Yeni Azərbaycan” qəzetinə və ƏƏSMN-ə qarşı “şərəf və ləyaqətin müdafiəsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi “ tələbinə dair iddianı Səbail rayon məhkəməsinin hakimi İ. B. Ağayev rüsum ödənilməməsi bəhanəsi ilə 16.05.2005 tarixli NÖMRƏSİ OLMAYAN QƏRARDADLA geri qaytarıb ki, guya “Dövlət rüsumu haqqında” qanunda əlillər və müharibə iştirakçılarının dövlət rüsumu ödəməkdən azad olunması nəzərdə tutulmamışdır. Sözügedən qanunun müharibə veteranlarının rüsumdan azad olunması haqqında 9.1.20 maddəsini diqqətə çatdırıb apellyasiya şikayəti verən qazinin şikayətini Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi (B. A. Şükürov, S. S. Babayev, M. Ə. Hüseynov ) İş 1MK-4308/05 saylı 21.05.2005 tarixli qərardadla eyni bəhanə ilə qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət verməyə isə vəkil ayrılmayıb . Hər üç instansiya özbaşına ƏƏSMN-I cavabdehlikdən çıxarıb. Hüquq mühafizə, mətbuat orqanlarına çoxsaylı şikayətlər də “Yeni Azərbaycan” qəzetinin “məhkəmə toxunulmazlığı” nədəni ilə sonuc verməyib. İndi, gün hayandan doğub, “Yeni Azərbaycan, “Səs” qəzetlərinin rəhbərliyi qazilərin özgə evləri ilə təminatını xahiş edir?
“Hamam suyu ilə dost tutmaq”dansa, canını -qanını Qarabağ uğrunda verən qazi və şəhid ailələrinin qanunla qorunan hüquqlarının gerçəkləşməsinə can yandırmaq daha məntiqli olar(dı). Mənzil kolleksiyaçıları isə nə məhkəmə təminatı , nə şərəf və ləyaqətin müdafiəsi hüququna sayğı göstərirlər . Bəyəm Prezidentdən mənzilləi qaziləri çirkaba bulamağa görə alınıb ? Hər halda, fakt ortadadır. “İmzalar icində imzası olan “ Mir Şahin bəy demiş, faktdan başqa fakt yoxdur, jurnalist də onun elçisidir!

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda şəhidlərə “son mənzil” , ailələrinə mənzil niyə verilmir?

    Bakıda şəhidlərə “son mənzil” ailələrinə mənzil ...

    28-01-2021, 19:17

  • 
  • Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...

    Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - ...

    18-01-2021, 11:46

  • 
  • ƏƏSMN-də "qaz vurub qazan dolduran" kadrlar kimlərdir? - ARAŞDIRMA

    ƏƏSMN-də "qaz vurub qazan dolduran" ...

    4-01-2021, 16:23

  • 
  • Prezidentin ad günündə açılışını etdiyi evlərin qapalı bölgüsü

    Prezidentin ad günündə açılışını etdiyi evlərin ...

    29-12-2019, 11:30

  • 
  • “Azərişıq”dan əlil və şəhid ailələrinə “sms sayğac” dələduzluğu

    “Azərişıq”dan əlil və şəhid ailələrinə “sms ...

    26-10-2020, 16:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu