GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İranın açıqlaması Şeyxin sonunu gətirə bilərmi?

İranın açıqlaması Şeyxin sonunu gətirə bilərmi?

Tarix: 27-07-2021, 11:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 281


Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və Türkiyədə birmənalı qarşılanmadı, özü isə heç bir dövlətin qucağında əyləşmədiyini bəyan etdi, iqtidaryönlü mediadan belə sərt tənqid gəldi...

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin “Xameneyinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və Türkiyədə birmənalı qarşılanmayıb. Şeyxin bu açıqlaması ciddi müzakirələrə yol açıb. Hətta gözlənilmədən QMİ sədrinin bu fikirlərinə rəsmi sayılan mediada sərt cavablar verilib. Həmçinin Türkiyənin “Haber Global” televiziyasında gedən süjetdə Paşazadənin açıqlaması absurd adlandırılıb və sual olunub ki, Azərbaycan əsgərinin cəbhədə qanı və canı ilə qazandığı zəfərə ermənipərəst İran necə olur ki, şərik göstərilir?

Şeyxi bu çıxışına görə ittiham edənlər Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssüfünü ifadə edib. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri - M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb: “Demək ki, Xameneyi Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş” deyə o sosial şəbəkədə yazıb.

Özü isə yenidən müsahibə verib, deyib ki, heç bir dövlətin qucağında əyləşməyib: “Təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimi olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir”. Şeyx qeyd edib ki, onu ittiham edənlər ölkədə sünni-şiə qarşıdurması yaratmağa çalışır: “Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm, ömrümü düzgün yaşamışam. Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.

İran da bizim qonşumuzdur. Türkiyə də qonşumuzdur. Türkiyə bizim həm də yaxın qardaşımız, dostumuz, həmişə bizim yanımızda olan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orada 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır".

Şeyx Xameneyi ilə bağlı açıqlamanı verdiyi ilk günlərdə əksəriyyəti bunu Azərbaycanın İran siyasətinin anonsu kimi dəyərləndirirdi. Lakin üstündən bir neçə gün keçdi, məlum oldu ki, dövlət bu cür açıqlamadan heç də məmnun olmayıb, elə iqtidaryönlü mediada Şeyxin sərt tənqid olunması da bunun göstəricisi idi. Bəs Şeyxin İran açıqlaması onun sonunu gətirə bilərmi? Maraqlıdır, bunu bilərəkdən edib, yoxsa təcrübəsizlik nümayiş etdirib?

AĞ Partiyanın başqanı, inanclı siyasətçi Tural Abbaslı qeyd etdi ki, A.Paşazadə siyasətçi deyil, çıxışlarında korrekt olmaya bilər. Partiya sədri hesab edir ki, Şeyx siyasi həssassiyyətləri nəzərə almaq baxımdan geniş bilgilərə malik deyil, həm də yaş faktoru var.

“Məncə, elə demək istəməyib. Ancaq bu açıqlamadan yaranan narazılıq Şeyxdən daha çox İrana olan münasibətdir. Çünki İranın yürütdüyü siyasət Azərbaycan cəmiyyətini razı salmayıb. Amma Şeyx hər iki müsahibədə İran və Türkiyə arasında paralellər aparır. İlk açıqlamasında hər ikisinə təşəkkür edir, ikinci müsahibədə isə deyir ki, mən bu iki ölkədən heç birinin adamı deyiləm, din adamıyam. Ona görə bunu nəzərə almaq lazımdır ki, Paşazadə siyasi fiqur deyil”, - deyə T.Abbaslı vurğuladı.

Onun fikrincə, bu məsələni çox şişirtmək olmaz: “Şeyx Azərbaycanın xarici siyasət kursunu müəyyən etmir. Təbii ki, Türkiyə ilə İranı müqayisə etmək olmaz, qüsurlu yanaşmadır. Biz İranla əlaqələri düzəltmək naminə Türkiyə ilə münasibətləri soyuda bilmərik. Ancaq Tehran da bilməlidir ki, bu siyasəti aparan özüdür, həm 1-ci, həm 2-ci Qarabağ müharibəsində Azərbaycan cəmiyyətini qane etməyən siyasəti ilə...

Şeyxə gəldikdə, fikirlərini dəqiq ifadə etməsi lazımdır. Çünki regionda həssas dönəmdir, dövlətlərin münasibətləri kövrəkdir, istənilən halda diqqət mərkəzində olan, çıxışları reaksiya doğuran bir din xadimidir".

Araşdırmaçı-yazar, inanclı jurnalist Rəsul Mirhəşimlinin “Yeni Müsavat”a bildirdiyinə görə, QMİ sədri adətən açıqlamalarında çox diqqətli davranan din xadimidir: “Özü də sonrakı müsahibəsində verdiyi açıqlamanın kontekstdən çıxarıldığını deyib. Lakin bütün hallarda QMİ sədri bu fətva barədə danışanda məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verməli idi.

İnsanların böyük əksəriyyəti bilir ki, Xameneyinin “Qarabağ İslam torpağıdır” fikri 44 günlük Vətən müharibəsi zamanı deyilən fikir deyildi. Hələ 2019-cu ildə bu ifadə Tehranın küçələrində plakat olaraq asılmışdı".

R.Mirhəşimli hesab edir ki, Azərbaycan Qarabağda işğal altında olan torpaqlarının azadlığına Ali Baş Komandanın qətiyyəti, Ordumuzun rəşadəti və hərbçilərimizin qəhrəmanlağı sayəsində nail olub: “Sonradan deyilmiş sözləri təkzib etmək məcburiyyətində qalan istənilən şəxs bu açıqlamanı verərkən də diqqətli olmalı idi. Bu açıqlamanın QMİ sədrinin vəzifədən gedəcəyinə yol açmasına dair yayılan məlumatlara inanmıram. Çünki QMİ sədri bu qurumun qurultayında seçilir. Qurultay da Allahşükür Paşazadəni ömürlük QMİ sədri seçib”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözlərinə görə, Şeyxi işdən çıxarmaq dövlət başçısının səlahiyyətində deyil: “Hacını Şeyx seçən bütün Qafqazın dindarlarıdır. Qafqazın şeyxi Bütün Qafqaz üzrə dindarların qurultayında seçilir. Bizim Şeyx isə ömürlük seçilib. Onun şeyx kimi vəzifədən getməsinə biz qərar verə bilmərik”.

Z.Əliyev bildirir ki, Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda - Qafqaz Müsəlmanları İdarəsində birləşiblər: “Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda - Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri Qafqaz Xalqları Ali Dini Şurasının sədrini seçə bilər, yaxud sədrlikdən geri ala bilər. Ona görə Şeyxin vəzifədən getməsinə ancaq bu şəxslər qərar verə bilər”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Allahşükür Paşazadənin Çexiyadakı villası – FOTOLAR

    Allahşükür Paşazadənin Çexiyadakı villası – ...

    16-03-2018, 17:55

  • 
  • Şeyxin bu xarici ölkədə 100-ə yaxın mülkləri üzə çıxdı - VİDEO

    Şeyxin bu xarici ölkədə 100-ə yaxın mülkləri üzə ...

    6-01-2021, 17:21

  • 
  • Şeyxdən «Milyarderlər»ə dəstək

    Şeyxdən «Milyarderlər»ə dəstək ...

    11-04-2013, 11:07

  • 
  • Şeyxin Tehran cəhdi

    Şeyxin Tehran cəhdi ...

    19-05-2013, 13:29

  • 
  • “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – Paşazadə ətrafında qara buludlar

    “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – ...

    21-09-2017, 11:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu