GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Əlil maşınları” sağlamlığın bərpası yox, yeni xəstəliklər vasitəsinə çevrilib - NARAZILIQ!

“Əlil maşınları” sağlamlığın bərpası yox, yeni xəstəliklər vasitəsinə çevrilib - NARAZILIQ!

Tarix: 27-07-2021, 13:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 361
“Əlil maşınları” sağlamlığın bərpası yox, yeni xəstəliklər vasitəsinə çevrilib - NARAZILIQ!


"Əlilliyi olan şəxslərə texniki vasitələrin verilməsi fərdi reabilitasiya proqramına əsasən həyata keçirilir və aydındır ki, məqsəd bu kateqoriyadan olan insanların normal həyatının təminatı, sağlamlıqlarının bərpasıdır. Məqsəd, niyyət əlillərin sosial müdafiəsi olsa da, gerçəkdə texniki vasitələr əlillərin baş ağrısına, yeni xəstəliklər tapmalarına, hətta sosial-mənəvi terrora, işgəncəyə, olan-qalan mülkiyyətlərindən, hüquqlarından məhrum edilmələrinə nədən olur. Qanunla, Konstitusiya təminat verilən sosial , sağlamlığın mühafizəsi hüququnun “maşın şousu”ndan başqa heç nəyə yaramadığı bəlli olur. Özü də bu şouda hakimiyyətin hər üç -icra, qanunvericilik, məhkəmə qolları elə tamaşa qurublar ki, gəl görəsən!"

Gundemxeber.Az bildirir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Əlilliyi olan şəxslərə texniki vasitələrin verilməsində də “ayrı-seçkilik” hökm sürür . NK-nın 18.12.2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.4 bəndinə əsasən, reabilitasiya vasitələri ilə təmin edilmə minik avtomobillərinə münasibətdə ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyi , digər reabilitasiya vasitələrinə münasibətdə isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən həyata keçirilir. Fikrimizcə, bu “ayrı-seçkilik” həm dövlət büdcəsinə, həm də əlillərin büdcəsinə ziyan vurur. Reabilitasiya ilə bağlı olduğundan minik avtomobillərinin də ƏƏSMN-in tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilməsi daha məqsədəuyğun olmazmı? Eləcə də mənzillərin verilməsi. Bundan ötrü yeni Sosial Xidmətlər Agentliyinin (SXA) yaradılıb büdcəyə oturdulmasına nə ehtiyac var? Özü də əlillərin ən çox narazı olduğu qurum elə SXA-dır. SXA-nın qazi və şəhid ailələrinə xidmətdən imtina etməsi barədə şikayətlər də gündəmdən düşmür . Ümumiyyətlə, “sosial reabilitasiya xidməti ayrı-seçkiliyi” əlillərin süründürülmələrinə, xidmətdən məhrum edilmələrinə gətirir. Gerçəkdə əlilliyi olan şəxslər reabilitasiya əvəzinə, əlavə xəstəliklərə yoluxur. Təsəvvür edin, dövlətin əlillərə verdiyi avtomobili nə satmaq olar, nə bağışlamaq. Belə çıxır, “əlil maşınları” dövlətin mülkiyyəti sayılır və əlillərə “xidməti avtomobil” kimi verilir. Çox gözəl, bəs onda niyə ƏƏSMN özü DYP-dən dövlət nömrə nişanlarının , avtomobillərin icbari sığortasının haqqını ödəmir, əlilin boynuna qoyur? Biz hələ sürücülük vəsiqələrinin verilməsindəki ayrı-seçkiliyi demirik. Əlilliyi, müəyyən xəstəliyi olan şəxs səhiyyə müəssisəsindən ildə , iki ildə bir dəfə tibbi arayış təqdim etməyə də xərc çəkirlər, sürücülük vəsiqəsinin dəyişdirilməsinə də. Budur əlillərə pulsuz dövlət reabilitasiya xidməti? Yaxşı, başadüşüləndir ki, xəstəlik riskdir və əlillik ,xəstəlik müddətində, özü də maksimum 2 il müddətinə sürücülük vəsiqəsi etibarlı sayılır. Bəs axı, hər 2 ildən bir əlildən 30 manata yaxın dövlət rüsumu alınması dövlətin sosial siyasətinə qarşıdır! Biz hələ əlil sürücülərin imtahanlara buraxılmasına, təlim-tədris prosesinə cəlb edilməsinə görə ödənilən xidmət haqqını demirik. Fikrimizcə, bu haqqı da dövlət özü ödəməlidir və istənilən imtahana görə əlildən dövlət rüsumu tutulması qanunsuzdur. Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi haqqında təlimatın 6-cı bəndinə əsasən sürücülük vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, imtahansız, haqq ödənilməklə dəyişdirilir. Bu o deməkdir ki, əlillər 2 ildən bir sürücülük vəsiqələrini məcburi dəyişdirməyə görə 30 manata qədər haqq ödəməlidir! (?) Özü də qaydalar getdikcə sərtləşir , əvvəllər etibarlılıq müddəti bitəndə haqq ödənilməməsi də təlimatda nəzərdə tutulurdu.

Dövlət əlillərin sosial müdafiəsini, reabilitasiyasını, təminatını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyub. Nə yazıq, bu nazirlik əhalinin həssas təbəqəsi, özəl risk qrupunda olan əlilliyi olan şəxsləri nəinki müdafiə edir, əksinə, onların pensiyalarına, müavinətlərinə, reabilitasiya vasitələrinə qənim kəsilib. Fikir verin, dövlətin Qarabağ qazisinə verdiyi “əlil maşını”nı “avtoş” məmur balası içkili vəziyyətdə arxadan vurub yararsız hala salıb, yol polisi onu testdən keçirməyib və günahı əlilin boynuna qoyub. ƏƏSMN əlilin hüququnun bərpasını, məhv edilən avtomobilin əvəzinin

ödənilməsini tələb etmək yerinə , məktubla(?) qazinin pensiyasını yarıqat edib! Belə sosial müdafiə siyasəti olar? Belə reabilitasiya xidməti ilə əlilliyi olan şəxslərin əlavə xəstəliklərə yoluxmaları, intiharları gerçəkləşə bilər. Yalnız və yalnız! ..."

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SOSİAL HÖKUMƏTİN ELÇİBƏY MODELİ  UŞAQPULU VERİLMƏLİDİR VƏ ...

    SOSİAL HÖKUMƏTİN ELÇİBƏY MODELİ UŞAQPULU ...

    23-08-2020, 12:18

  • 
  • DSMF-DƏN ''NÖVBƏTİ DƏLƏDUZLUQ''

    DSMF-DƏN ''NÖVBƏTİ DƏLƏDUZLUQ'' ...

    7-05-2020, 10:32

  • 
  • Üçuşaqlı evdar xanıma 190 manat verilməsindən imtina edilib... - GİLEY

    Üçuşaqlı evdar xanıma 190 manat verilməsindən ...

    27-04-2020, 13:57

  • 
  • BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR!

    BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR! ...

    25-06-2021, 17:35

  • 
  • Sahil Babayevlə bağlı ŞOK İDDİA - Mənzillər nazirin mərhum atasının iş yoldaşlarına verilir

    Sahil Babayevlə bağlı ŞOK İDDİA - Mənzillər ...

    15-04-2020, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu