GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Aqrar Universitetdə DTX-nin əməliyyat keçirməsinə zərurət yarandı - ŞOK KORRUPSİYA FAKTLARI

Aqrar Universitetdə DTX-nin əməliyyat keçirməsinə zərurət yarandı - ŞOK KORRUPSİYA FAKTLARI

Tarix: 1-08-2021, 12:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 280


​ ​

Bu günlərdə GundemXeber. Az-ın redaksiyasına Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, dosent​ Vaqif Rəhimov adlı şəxs tərəfindən müraciət​ daxil olub. Adı çəkilən bu şəxs ünvanladığı müaciətində bildirir ki, “2020-ci ilin sentyabr​ ayında ali təhsil müəssisələrinin rəhbərlərinə​ müxtəlif vəzifələrə professor-müəllim, kafedra müdiri, dekan və s. seçkilərinin keçirilməsi ilə əlaqədar​ Azərbaycan Respublikası Təhsil Nazirinin​ müavini Firudin Qurbanovun imzaladığı​ 23.09.2020-ci il​ tarixli, 03-11-1022/1 saylı rəsmi məktub göndərilmişdir. Xüsusi karantin rejimi dövründə namizədlərdən sənədlərin qəbulu, gizli səsvermənin aparılması​ və digər prosedurların​ təşkili zamanı​ bir sıra cətinliklər yarandı. Bununla əlaqədar bildirirəm​ ki, ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq,​ bu tipli seckilərin keçirilməsi​ xüsusi karantin rejimi başa çatana kimi təxirə salinmalı idi. Buna baxmayaraq, Azərbaycan Dövlət Aqrar Universitetində Təhsil Nazirliyinin bu məktubu qulaqardına vurulur və nazirliyin təlimatları kobud şəkildə pozulur. Nəticədə Bayramov Musa Əhməd oğlu qeyri-qanuni olaraq, əvvəlcə kafedra müdiri seçildi, indi isə rektor onu dekan seçmək istəyir.
​ ​ ​ ​ ​ ​ ​ ​ Musa Bayramov kimdir? Bu şəxs rektorun yaxın adamlarından biridir. Ona görə də yaxınlarda kafedra müdiri təyin olunub. Onun kafedra müdiri vəzifəsinə təyin olunması, rektorun hər dediyinə əməl etməsi, hətta müxtəlif​ maddi maxinasiyalara​ qol çəkməsi ilə bağlıdır. Musa Bayramovun rektorun​ “sirr daşıyıcısı” olması təbii ki, sonuncunu ona yenidən vəzifə verəcək həddə qorxudandır. Musa​ Bayramov​ illər​ əvvəl rus alimlərinin iki dərsliyini plagiat yolu ilə​ birləşdirib və mənimsəyib, əvəzində elmi rəzalət yaradaraq “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı ekologiyasından praktikum” adlı dərs vəsaitinə çevirib. O, illər əvvəl​ belə bir əməlinə görə kafedra müdirliyindən qovulub. Və onun həmin kafedra müdirliyinə ilk seçkisində elmi adı və elmi dərəcəsi də olmayıb, sadəcə baş müəllim olub. Musa Bayramovun kitab saxtakarlığı Ali Attestasiya Komissiyasına​ (AAK)​ da​ məlum​ olub, lakin 14. 04. 2016-cı il tarixdə rektor​ İbrahim Cəfərovun qrif verilməsi barədə 209 saylı əmri ləğv edilməyib. Ümid edirik ki, yeni təhsil naziri və AAK belə məsələlərə ciddi yanaşacaq, müvafiq komissiyanın fəaliyyətinə​ göz gəzdirməklə ADAU-dakı saxta elmi ad və dərəcələri ləğv edəcək. Bu kimi plagiat cızmaqaraların tezliklə universitetin kitabxanasından çıxarılmaqla çapına və yayılmasına rəsmi qadağalar qoyulacaq.​ Musa​ Bayramovun qudası "Torpaqşünaslıq və aqrokimya" kafedrasının dosenti Namiq Hüseynovun və ADAU-nın​ tələbə qəbulu üzrə məsul katibi, dosent​ Telman Musayevin adı​ Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta​ diplom satışında, habelə müxtəlif valideynləri aldadıb onlardan pul alaraq, guya həmin şəxslərin övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməkdə​ hallanır. Əgər​ abituriyentlər​ ali məktəbə öz bacarıqları ilə qəbul olurlarsa, o halda onların​ bu nailiyyətini​ Musa​ Bayramov, Namiq Hüseynov və Telman Musayev öz adlarına çıxırlar, DİM-ə​ tapşırdıqlarını​ iddia edirlər. Əks halda​ ​ valideynlərə “heç də narahat olmayın, bir az gözləyin, həll ediləcək” və diplomları da verdirəcəyik deyirlər. Qısası, onlar DİM-nin nüfuzuna xələl gətirməklə məşğul olurlar.

​ ​ ​ ​ ​ Bundan başqa, Musa Bayramov və Namiq Hüseynov​ qudadırlar və onlar yaxın qohumluq əlaqəsinə də malikdirlər. Bu şəxslər saxta diplomlardan əlavə, narkotik maddələrin satışı ilə də məşğul olurlar. Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Daha bir faktı da qeyd edim ki, Musa Bayramov İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olmaq üçün sənəd vermiş abituriyentin, hansı ki, Şəmkir rayon sakini​ olan Fəda Cəfərovanın valideynindən 50000 (əlli min manat) məbləğində ruşvət almış və abituriyenti qeyd olunan ali təhsil ocağına qəbul etdirməyi vəd edir. Maraqlı hal o olur ki, bu şəxs ilk imtahandan qiymət yazdırmağa nail olur və bu faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırsa, yəqin ki, ortaya ​ digər faktlar da çıxacaq. ADAU-da saxta elmi adların​ paylanmasından tutmuş, adları müəllim gedib özləri​ nə auditoriya, nə​ də​ tələbə tanımayan​ iri məmurlara​ hansı saxta yollarla və​ necə maaş yazılmasını, onlara yazılan pulları da özlərinin, yoxsa kimin almasını​ aydın​ etməyə, aşkar maliyyə pozuntularına görə ölkənin Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “qara maskalıları”nın təcili olaraq hərəkətə keçməsinə real əsaslar var. Təsəvvür edin ki, rektor şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirmiş və onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına rəvac verib.​ Guya ki, “Ekologiya” kafedrasında iki mötəbər məmurun davamlı dərs tədris etmələri, mühazirələr söyləmələri adı altında sənədləşdirmələr aparılıb​ və dərs jurnalları illərlə saxtalaşdırılıb. Məsələn, hazırda “Gəncə Det-Al Alüminium” Kompleksinin direktoru vəzifəsini daşıyan Cəmil Səfərova adıkeçən kafedrada əsassız​ maaş​ yazanlar​ 7 ildir ki, jurnallarda onun əvəzindən imzalar çəkiblər. Aşkar saxtakarlığı isə​ kafedra​ müdiri, eləcə də bu günlərdə İbrahim Cəfərov tərəfindən​ dekan​ vəzifəsinə təyin ediləcək​ plagiat dosent Musa Bayramov həyata keçirib. Sənədlər özü deyir ki, Musa Bayramov uzun müddət rektorun tapşırığı ilə Cəmil Səfərovun əvəzinə jurnallara imza atıb. Dövlət məmurunun “müəllimliyi” müqabilində mövcud maaş kartının isə kimdə olması, təxminən 500 manatlıq maaşı aybaay kimin aldığı qaranlıq qalır.

​ ​ ​ ​ Bundan​ əlavə, qeyd olunan​ kafedranın “qiyabiçi” müəllimi, hansı ki, hal-hazırda ​ Şəmkir ​ Regional​ Meşə Təsərrüfatı​ idarəsinin direktoru İqbal Əliyev üçün də eyni saxta metod müəyyən edilib. Mühazirələri mövcud olmayan İllərdir ki, bu dövlət məmurunun adına da maaş yazılıb və onun əvəzindən jurnallara imzanı Musa Bayramov atıb. “Dərsə gəlməyən müəllimlər” siyahısında rektor İbrahim Cəfərovla kirvəliyi olan, Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov da var. Onun da hansı fənni nə vaxt tədris etdiyinə dair bilgi yoxdur. Amma illərin göyə sovurduğu pulun bu şəxsə niyə verildiyini də rektordan​ soruşmaq lazımdır. ADAU-da “sosial yardım” alanlar sırasında​ YAP​ Gəncə şəhər təşkilatının sədri​ Naqif​ Həmzəyev​ də​ yer alıb. Tarix kafedrasından​ 0,5 ştat vahidi üzrə maaş alan millət vəkilinin isə, mütamadi olaraq rektora sayğı ifadə etməsi, bütün tədbirlərə birlikdə qatılmaları hər şeyi deyir. Cənab Prezident! ADAU-dakı bu özbaşınalıqların qarşısını almağı Sizdən xahiş edirik”.
​ Belə bir olaylarla bağlı daxil olan müraciətin varlığını əsas tutub rektor İbrahim Cəfərova telefon zəngi etdik ki, məsələlərə münasibətini öyrənə bilək. Düzdür, o, ilk telefon zəngimizə cavab versə də, sonrakı zənglərimizə cavab vermədi. Yəni, universitetdə baş verən qanunsuzluqlarla bağlı ünvanladığımız suallara cavab əldə etmək istəsək də, İbrahim müəllim suallarımızdan yayınmaq üçün heç bir telefon zəngimizə cavab vermədi. Biz də məcburiyyət qarşısında qaldığımız üçün, yazını birtərəfli qaydada dərc etməyə məcbur olduq.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Aqrar Universitetində NƏLƏR BAŞ VERİR? - İTTİHAM

    Dövlət Aqrar Universitetində NƏLƏR BAŞ VERİR? - ...

    29-07-2021, 12:48

  • 
  • Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT

    Rektordan Nazirlər Kabinetinin qərarına ...

    12-12-2020, 20:43

  • 
  • ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT

    ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT ...

    6-05-2021, 17:09

  • 
  • Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ

    Azərbaycanda karantin yenidən sərtləşdirilir - ...

    16-10-2020, 09:56

  • 
  • Təhsilin distant təşkili işə bağlı yeni dəyişikliklər açıqlanır - CANLI YAYIM

    Təhsilin distant təşkili işə bağlı yeni ...

    30-10-2020, 11:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu