GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları - İLGİNC

4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları - İLGİNC

Tarix: 9-08-2021, 10:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 917
4 min manata satılmış bələdiyyə sədrliyinin təfərrüatları - İLGİNC


Masallı həmişə qonaq-qaralı yer olub. Fərdi qonaqları saymasaq 90-cı illərdə Masallıya xeyli mədəniyyət və incəsənət işçisi qonaq gələrdi - Aygün Kazımova, Alim Qasımov, Yaqub Zurufçu, “Bakılı oğlanlar” ŞHK və sairə. Son 1 -1,5 ildə isə Masallıya gələn , necə deyərlər, çağırılmamış “qonaqlar” “qara maskalılar” oldu. Bu barədə bir neçə dəfə danışmışıq. Bu gün isə həmin Korrupsiyaya Qarşı Mübarizə İdarə əməkdaşlarının 1 il öncə Masallıda xüsusisi əməliyyatla apardığı İcra Başçısının Qarğalıq İnzibati Ərazi Dairəsinin nümayəndəsi Sübhan Zalıyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə baxışından bir məqam üzərində xüsusi dayanmaq istəyirəm.

Deməli, ötən ilin ortalarında Masallı İcra Hakimiyyəti Başçısının Qarğalıq Ərazi Dairəsinin nümayəndəsi Sübhan Zalıyevin maşını özü qarışıq “korrupsiyaçılar” tərəfindən rayon mərkəzində saxlanılır. Həmin gün onun evində və ərazi nümayəndəliyinin binasındakı otaqlarda ciddi axtarış aparılır. Sonra ərazi nümayəndəsi, onun mühasib-məsləhətçisi, eləcə də ərazinin bələdiyyə sədri rayon prokurorluğuna gətirilir. Burada bir qədər saxlanıldıqdan sonra hər biri ayrı-ayrı maşınlarda Bakıya aparılır. Bakıya gətiriləndən bir gün sonra ərazi nümayəndəsinin mühasib-məsləhətçisi Bəhruz Musayev evə buraxılır. Ərazi nümayəndəsi Sübhan Zalıyev və bələdiyyə sədri Əziz Ağayev haqqında isə həbs-qəti imkanı tədbiri seçilərək onları Kürdəxanıdakı həbsxanaya göndərirlər.

Hadisədən 2 ay sonra 2-ci Qarabağ savaşı başlayır və bələdiyyə sədrinin övladları cəbhəyə yollanır. Onlar döyüş bölgəsindən ölkə başçısına müraciət edib həbsdə olan atalarının azad olunmasını xahiş edirlər. Bu şəxslərin arzusu nəzərə alınaraq ataları Əziz Ağayev ev dustaqlığına buraxılır.

30 ildən artıq Qarğalıq İnzibati Ərazisinə rəhbərlik edən Sübhan müəllim isə barmaqlıqlar arasında qalır.

Bəs Qarğalıq İnzibati Dairəsinin bələdiyyə sədri kimdir?

Redaksiyaya daxil olan məlumata görə həmin vaxt bələdiyyə sədri olan Əziz Ağayev 1960-cı il təvəllüdlü, ali təhsilli mütəxəssisdir. Rusiyada çalışırmış. Həmin vaxt, seçkilər ərəfəsi kənddə olan qardaşı Paşa Ağayev ona təklif edir ki, 4 min versək, səni kənddə bələdiyyəyə üzv və sədr “seçərlər”. O da razılışır və deyir ki, istənilən 4 min manatı verin. Ortada tərəflərin- bələdiyyə sədrinin, onun qardaşının, həbsdə olan ərazi nümayəndəsinin telefon danışıqları var.

Daxil olan məlumata görə, Əziz Ağayev məhkəmə prosesində bildirib ki, kəndə gələndən sonra ərazi nümayəndəsi aldığı 4 min manat müqabilində onun bələdiyyə sədri seçilməsinə yardımçı olub. Ərazi nümayəndəsi də öz növbəsində bildirib ki, həmin pulu icra aparatında müvafiq şöbəyə, o da lazimi ünvana çatdırıb. Sonda həmin pul kimə çatıb, o məlumat da bizdə var, amma adın çəkməyə “qorxuruq”.

Bu yaxınlarda adı 4 min manat məsələsində çəkilən şəxslər Lənkəranda Ağır Cinayətlər Məhkəməsinə çağırılıb. (Bəzisi isə bildirilir ki, sonradan razılaşma olub, izahatlar dəyişdirilib. Sübhan Zalıyevin vəkili isə bu detalın gizlədilməsinə etirazını səsləndirib. Məlumatlar sırasında səs yazılarının olduğu da bildirilir.)

Yuxarıda qeyd etdiyimiz kimi, o vaxtkı bələdiyyə sədrinin övladları Qazi olduğu üçün Əziz müəllim bir neçə aydan sonra həbsdən ev dustağılığına buraxılıb və bələdiyyə sədrliyindən azad edilib.

Bundan sonra, digər yerlərdə olduğu kimi Qarğalıqda bələdiyyə üzvləri sırasında heç kim sədrlik istəmədiyi üçün xeyli xahiş - minnətdən sonra bələdiyyə üzvü olan Xatirə xanım Məmmədova könülsüz də olsa həmin vəzifənin icrasını öz üzərinə götürüb.

Amma... ən maraq doğuran sual başqadır. Son bələdiyyə seçkiləri ( dekabr 2019) hörmətli icra başçısı Şahin müəllimin Masallıya icra başçısı təyin olunduğu ilk aylara düşür. Şahin müəllim də hər yerdə deyir ki, heç kimi vəzifəyə pul alıb yollamırıq, tər-təmiz işləyirik, heç kimdən də qorxumuz yoxdur.

Yaxşı, sən vurmadın, mən yıxılmadım. Bəs bu qədər pulu, elə də imkanlı olmayan kəndin bələdiyyə sədrliyi üçün icra aparatında kim alıb, kimin üçün alıb? Yəqin ki, Ağır Cinayətlər Məhkəməsi bu suallara cavab tapacaq.
(Bu hələ çoxda imkanı olmayan kəndin bələdiyyə sədrliyidir. Görün, böyük qəsəbələrin, böyük kəndlərin bələdiyyə sədrliyi üçün hansı “mahnılar” oxunub? Yavaş-yavaş “pərdələr” açılacaq və görəcəksiniz ki, paklıq pərdəsi altında hansı “konsertlər” verilib). Bilməyənlər bilsin ki, Masallıda 37 bələdiyyə sədri, bir o qədər də ərazi nümayəndəsi var

Qarğalıq olayının mərkəzində qazancı və yeyintiləri 10 min manatlarla hesablanan böyük balıqçılıq təsərrüfatının yerləşdiyi İstil və o ərazidəki məktəblərdə “yeyilən” stol-stul və digər məsələlər də var, bunlar barədə isə söhbəti hələlik sonraya saxlayırıq.

Son qeyd: Masallının əksər yerlərində artıq oyuncaq quruma çevrilmiş, adı olub, özü olmayan, sədrliyi hərraca çıxarılan, bəzi sədrlərdən hələ də halallıq pulu alına bilməyən bələdiyyələr haqqında isə yaxın vaxtlarda geniş araşdırma yazımız olacaq. O kino da deyilmişkən “qızıl saat” da çox şey danışa bilər.

(Yazıda adı çəkilən şəxslərə də saytımızda yer ayırmağa hazırıq. Məhkəmə başa çatdıqdan sonra imkan olarsa, bu barədə tele-veriliş hazırlamağı planlaşdırırıq.)// Cenub.az.//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İcra nümayəndəsi həbs olunursa, icra başçısı niyə azadlıqda qalır?" - Masallıdan TƏLƏB

    "İcra nümayəndəsi həbs olunursa, icra ...

    28-07-2020, 14:58

  • 
  • Qadın sahibkarı 10 min manata görə döydürən icra başçısı… - Rafil Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...

    Qadın sahibkarı 10 min manata görə döydürən icra ...

    7-04-2021, 14:35

  • 
  • Masallıda tender maxinasiyaları – Şəhərdaxili yollar milyonları necə “udur”?

    Masallıda tender maxinasiyaları – Şəhərdaxili ...

    14-05-2021, 14:53

  • 
  • Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR

    Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC ...

    10-01-2021, 11:44

  • 
  • Gündüz Mürsəlovun Tərtərdən Masallıya “mədəni transferi”

    Gündüz Mürsəlovun Tərtərdən Masallıya “mədəni ...

    6-11-2018, 13:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu