Redaksiyamıza qərb bölgəsindən maraqlı bir müraciət daxil olub. Belə ki, aktualxeber.az-a üz tutan Göygöl rayon Kərəmli kənd sakini Əliyev Əli ona və ailəsinə qarşı Zeynalovlar ailəsi tərəfindən olan təhdidlərdən və qarayaxmalardan canlarını qurtarmaq üçün əlaqədar qurumlardan, əsasən də hüquq-mühafizə orqanlarından kömək istəyir.
Belə ki, ailənin başçısı Zeynalov Kamil Əli oğlu bu yaxınlarda Əli Əliyevə həyat yoldaşının yanında sübh tezdən bıçaqla hücum edibdir. Qonşuların köməyə gəlməsi nəticəsində xəsarət almayan Əlini Kamil ölümlə hədələyərək küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Maraqlıdır ki, bu hadisədən bir neçə gün sonra Gəncə şəhərində polisdə işləyən Kamilin oğlu Zeynalov Şahlar atası ilə bir yerdə gələrək avtomobili həyatına sui-qəsd etmək məqsədilə Ə.Əliyevin üzərinə sürmüş, buna müvəffəq olmadıqda isə hər ikisi yenə onu ölümlə hədələyərək küçə söyüşləri ilə təhqir etməyə başlayıblar. Eyni hərəkəti hərbiçi olan oğlu Arzu ilə də təkrar edən Kamilin əlindən bütün qonşular beziblər. Dəfələrlə polisə düşən bu ailəni Göygöl polisi Şahlara görə cəzalandırmaq istəmir. Cəzasızlıqdan ruhlanan bu ailə Əlyevlər ailəsinin bütün üzvlərinə qarşı qarayaxma kampaniyası aparırlar. Əsasən də Əlinin oğlu İqbal Əliyev və övladları barədə şər-böhtan kampaniyası aparırlar. Ə.Əliyevin iddia etdiyinə görə kənddə mal-qara oğrusu kimi ad çıxarmış Kamil, narkotik satanlara himayədarlıq edən Şahlar, hərbçilərin ərzaqlarını oğurlayıb satan Arzunun qanunsuz əməllərini yerli hüquq-mühafizə orqanları görmək istəmirlər. Müxtəlif maxinasiyalarla varlanan ailə Gəncədə və rayon ərazısındə çoxlu obyektlərə və mülklərə sahiblənmişlər. Bizim vasitəmizlə əlaqədar orqanlardan köməklik istəyən Ə.Əliyev onun və ailə üzvlərini təhlükəsizliyinin təmin olunmasını istəyir. Ümidvarıq ki, tezliklə hüquq-mühafizə orqanları lazımi tədbirlər görərək günahkarları cəzalandıracaqdır. Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?