GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəhidimizin anım tədbirində qandonduran mənzərə: Çarəsiz ananın fonunda gülümsəyən icra başçısı...

Şəhidimizin anım tədbirində qandonduran mənzərə: Çarəsiz ananın fonunda gülümsəyən icra başçısı...

Tarix: 9-08-2021, 17:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 222


Şəhid qanı, şəhid adı hər bir azərbaycanlı üçün müqəddəsdir, onları əbədiləşdirmək, xatirələrini yaşatmaq və gələcək nəsillərə ötürmək bizim əsas vəzifəmizdir.

Bizim kimi şəhidlərini baş tacı etmiş bir xalq üçün şəhidlərimizlə bağlı istənilən məqam çox həssasdır.

Bu gün 21 yaşında şəhidlik zirvəsinə ucalmış, leytenant Əliyev Samir Əliheydər oğlunun doğum günüdür.

Bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi keçirilib. Açılış mərasimində icra başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbiçi yoldaşları iştirak ediblər.

Bu ana qədər hər şey olduqca anlamlı və xalqımızın şəhidinə verdiyi dəyəri əks etdirəcək şəkildə nəzərə çarpır. Ta ki, bütün bu sadalanan müsbət məqamların fonunda tədbirdə çəkilmiş bir foto diqqətimizi çəkənə qədər.

İnsanın qanını donduran, şüurunun, dərrakəsinin qəbul edə bilmədiyi və ikrah hissi doğuran bir foto

Foto Suraxanı RİH-in ərsəyə gətirdiyi həmin o tədbirdəndir. Şəhidin gözüyaşlı anası masanın arxasında dayanıb, masanın üzərində isə dəhşətli bir mənzərə. Dəhşətli ona görə ki, guya kreativ düşüncənin məhsulu olaraq ortaya qoyulan bir tort var. Üzərində şəhidimizin müqəddəs hərbi formasında rəsmi həkk olunub. Ən pisi isə bilirsiniz nədir? Vətən yolunda balasını qurban vermiş bir anaya bıçaq uzadılıb ki, al, bu tortu kəs. Rəmzi məna daşısa belə, üzərində balanın, özü də qəhrəman, şəhid balanın rəsmi olan tortu öz əllərinlə böl ki, ətrafında toplaşanlar gördükləri işin bəhrəsindən qürrələnsin, fəxrlə özlərini alqışlasınlar.

Fonda isə Suraxanı rayon icra başçısı Əziz Əzizovun gülümsəyən simasını görməmək mümkün deyil. Görünür, icra başçısı şəhidimizin xatirəsinin əbədiləşdirilməsi üçün təşkil etdiyi mərasimdən razı qaldığı üçün bu cür dayanıb. Hələ üstəlik şəhid anasının başı üzərində dayanan, bəlkə də şəhidimizlə çiyin-çiyinə döyüşən hərbçimiz də ana ilə birlikdə həmin o bıçağı əlinə alıb, şəhidimizin rəsminə tuşlayıblar. Ananın necə əzab çəkdiyi bu şəkildən belə o qədər hiss olunur ki. O, hərbi geyimdəkilər isə sadəcə bu tədbirin təşkilatçılarının istəyi ilə bunu edir, bəlkə də, həmin an hansı mənzərənin bir parçası olduqlarını anlamırlar.

Biz isə anlayırıq və anladığımız üçün ruhumuza əzab verən, dərk edə bilmədiyimiz bu mənzərənin açıqlamasını tələb edirik...

Bu dəhşətli, qandonduran mənzərə ola bilər ki, bu cür mərasimin təşkilini üzərinə götürən, bunu həyata keçirən Suraxanı RİH başçısının da diqqətindən yayınıb, icra başçısı şəhidinin bir damla qanı üçün hər şeyindən keçə biləcək bir xalqın həssaslığına biganə yanaşıb.

Bəs onun saysız-hesabsız müavinləri, ətrafında onu müşayiət edən şəxslər, orada bircə nəfərin belə diqqətini çəkmədimi bu qorxunc mənzərə? Şəhid anasına övladının doğum günündə bunumu rəva bilir Əziz Əzizov və tabeliyindəkilər? Şəhid anasının qarşısına öz övladının rəsmi olan tortu qoymaq və ondan bu tortu doğramasınımı istəyirlər? Bəs yaxşı o tortu kəsdikdən sonra necə oldu?

Şəhidimizin rəsmi həkk olunan həmin o ləziz tortu kim yeyəcək cənab icra başçısı? Sizin və orada topladığınız onlarla adamın yediyi hər dilimdə o ananın gözləri qarşısında şəhid övladınımı parçalayırsınız? Bu sadə, ancaq həssas məqamı düşünməkdən aciz insanlarla necə belə bir addımı ata bilmisiniz?

Mənzərə utancvericidir, mənzərəyə bizim yanaşmamız isə fotonun sol küncündəki başı örpəkli anamızda olduğu kimi oldu...

Allah şəhidlərimizə rəhmət eləsin, onların xatirəsini belə, səriştəsiz, düşüncəsiz insanların əlinə buraxmasın!(oxu.az)

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ

    Beyləqanda şəhid atası icra başçısının verdiyi ...

    16-12-2020, 15:03

  • 
  • “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” - Şəhid qardaşı

    “İcra başçısından şikayət etdiyim üçün məni ...

    17-08-2019, 20:26

  • 
  • Şəhid Ailələri Sabirabadda ETİRAZA HAZIRLAŞIR... - PULLARI YEYİBLƏR...

    Şəhid Ailələri Sabirabadda ETİRAZA HAZIRLAŞIR... ...

    27-04-2021, 14:46

  • 
  • Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...

    Ramiz Mehdiyevin kadrından "Mehdiyev ...

    24-11-2020, 09:34

  • 
  • İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə icazə vermir? - FOTO

    İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə ...

    27-07-2021, 13:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu