GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AAYDA müharibə iştirakçılarının haqqını belə yeyir-PREZİDENTƏ MÜRACİƏT

AAYDA müharibə iştirakçılarının haqqını belə yeyir-PREZİDENTƏ MÜRACİƏT

Tarix: 20-08-2021, 19:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 532
AAYDA müharibə iştirakçılarının haqqını belə yeyir-PREZİDENTƏ MÜRACİƏT


1000 manat müqabilində icarəyə verilir...

Redaksiyamıza Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 saylı Xüsusi Təyinatlı MMC-də çalışan 10 nəfər əməkdaşının başda dövlət başçısı olmaqla, müxtəlif yüksək instansiyalara ünvanladıqları müraciətin surəti daxil olub. Müraciətdə Vətən Müharibəsində iştirakçı olmuş sürücülərin haqqlarının yeyilməsindən və bu qurumda mənimsəmə hallarından bəhs olunur. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:  

"Yazıb Sizə bildiririk ki, biz-bir qrup sürücü AAYD-nın tərkibində 3 saylı Xüsusi Təyinatlı MMC-də çalışırdıq. Əksəriyyətimiz 12-16 illərin sürücüləriyik. Cənab Ali Baş Komandanın əmri ilə vətən müharibəsində iştirak etmək üçün ezam olunduq. Hər kəs kimi bizdə də böyük ruh yüksəkliyi var idi. Ezam olunduğumuz hərbi hissələrdə canla-başla xidmət etdik. Bizim də 44 günlük zəfərdə müəyyən qədər payımız oldu. Nə xoş bizlərə demək olar ki, hər birimiz xidmət etdiyimiz hərbi hissələr tərəfindən Fəxri Fərmanlarla təltif olunduq. Biz fikirləşirdik ki, geri döndükdə idarə rəhbərliyi tərəfindən yüksək qiymətləndiriləcəyik. Ancaq bunun tam əksini gördük. Bizim idarədə 5 günlük iş rejimi ilə işlədiyimiz halda, vətən müharibəsində 7/24 saat çalışmağımıza məhəl qoymadılar. İdarə rəhbərliyi tərəfindən bizlərdən texniki xidmət və sığorta haqqı tələb etdilər. İdarənin baş mexaniki Əlizadə Nəsimi bizlərə mesajlar və kart nömrələrini göndərməklə bunları tələb edirdilər. Qayıtdıqdan sonra idarənin rəhbəri Elşən Cəfərov və Məzahir Mahmudov maşınlarda olan texniki qüsurları bu sürücülərin əksəriyyətinin öz şəxsi hesabına təmir olunmasını təşkil etdilər. İdarədə gedən özbaşınalıqlara son qoyulmasını Sizdən xahiş edirik. Hal-hazırkı vəziyyət çox acınacaqlıdır. Vətən müharibəsində iştirak etmiş sürücülər öz haqlarını istədikdə həmin sürücülərin 80-85 faizini AAYDA-nin tərkibində olan digər rayonlardakı yol idarələrinə birdəfəlik transfer edirlər.

Cənab Prezident! Vətənin hər qarış torpağından ötrü canından keçən iştirakçılara verilən qiymət, dəyər budurmu? İdarənin daxilində hər kəsi öz şəxsi mənafeləri üçün saxlayırlar, idarə etdikləri maşınları həmin sürücülərə 1000 manat müqabilində icarəyə verirlər. Müharibə dövründə də həmin insanları cəbhəyə göndərmədilər. İndi də həmin insanlar öz şəxsi mənafeləri üçün idarədə qalır. Bu nə dərəcədə düzgündür? İdarə rəhbəri Elşən Cəfərovun və ondan əvvəl işləyən, hal-hazırda AAYDA-nin Nəqliyyat Şöbəsinin rəisi işləyən Azadəli Azadləiyevin və Məzahir Mahmudovun göstərişləri ilə hərəkət edib. Buna sübut üçün Məzahir Mahmudovun əməkhaqqı kartını araşdıra bilərsiniz.

Azadəli Azədəliyev və Məzahir Mahmudovun qurduqları plan üzrə maşınlar 50-260 km məsafələrə paylanıldı. Sürücülər öz idarəmizdə işlədiyi halda, 685 manat əməkhaqqı alırdısa, digər rayonlarda bu rəqəm 320-350 manat arasında dəyişir. Öz idarəmizdən ezam olunduqda bizi yemək və yataqla təmin edirdilər. Belə olduğu halda isə etmirlər. Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə göndərilən SMS və məktublar haqqında ölçü götürəsiniz. Biz vətən müharibəsi vaxtı gecə-gündüz bilmədən çalışdıq, torpağın üzərində yatdıq. Qayıtdıqdan sonra isə maşınlara dəymiş ziyanı bizə vəd verib özümüzə təmir etdirdilər, ehtiyat hissələrini isə özümüzə aldırdılar. Dövlət tərəfindən bizə ayrılmış vəsaiti demək olar ki maşınlara xərcələdik.

İdarənin təqaüdçü və ehtiyat sürücülərini yox, məhz vətən torpağından ötrü canından keçənləri, hətta iki dəfə iştirak etmiş sürücüləri işdən kənarlaşdırdılar.

Dəfələrlə Sizlərə müraciət etməyimizə baxmayaraq, bu işlərələ maraqlanan yoxdur. Dövlətin etibarından istifadə edib onların malını, mülkünü və vətəndaşlarını incidən məmurları layiqincə cəzalandırmırlar. Əksinə daha da Prezidentin göstərişlərinə zidd gedirlər. Qarabağ müharibəsi iştirakçılarına böyük təzyiqlər göstərirlər. Bunu sizlərə demək bizim borcumuzdur.

Sizdən başqa ümid yerimiz yoxdur. Sizdən köməklik istəyirik. Bütün dövlət orqanlarından xahiş edirik ki, bizə bu işdə lazımi köməklik göstərsinlər.

Əvvəlcədən Sizə təşəkkür edirik və minnətdarlığımızı bildiririk".

Redaksiyadan: yenixeber.org-a daxil olmuş bu müraciətlə bağlı AAYDA-nin, adları hallanan tərəflərin mövqeyini öyrənmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...Cavab haqlarını tanıyırıq.   

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 1-ci Qarabağ Savaşının veteranlarından müraciət - GİLEY (VIDEO)

    1-ci Qarabağ Savaşının veteranlarından müraciət - ...

    28-12-2020, 10:14

  • 
  • “Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir? - GİLEY

    “Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin ...

    19-07-2021, 18:39

  • 
  • Dövlət başçısı: "Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır"

    Dövlət başçısı: "Dağlıq Qarabağ münaqişəsi ...

    19-11-2020, 12:25

  • 
  • “Qarabağ qaziləri” birliyi Prezidentə müraciət etdi - Bəzi ünsürlər...

    “Qarabağ qaziləri” birliyi Prezidentə müraciət ...

    4-05-2021, 10:43

  • 
  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu ilə bağlı daha bir ŞOK

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ...

    27-06-2019, 22:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu