Gundemxeber.az » GündəmXəbər » Yatmış "aslan"ları necə oyadaq?-Naləsi ərşə qalxan vətəndaş...
Ötən yayımlarımızda Ağdam rayon sakini Ceyhun Xudiyevin Yasamal rayonunda yerləşən köhnə bir məktəbin zirzəmisində, havasız, antisanitar şəraitdə yaşadığı barəsində bir neçə dəfə məlumatlar dərc etmişdik.
Eyni zamanda Ceyhun Xudiyevin vəziyyəti barəsində Ağdam rayon İcra Hakimiyyətinə, həmçinin Yasamal rayon İcra Hakimiyyətinə şəxsən də məlumat verib, evində ankoloji xəstəsi olan Ceyhunun köhnə yataqxanalardan birinə müvəqqəti olaraq köçürülməsi üçün kömək də istəmişdik.
Lakin, çox təəssüflər olsun ki, sözügedən vətəndaş problemi nə Ağdam rayon İcra Hakimiyyətini, nə Ağdam rayonunu Milli Məclisdə təmsil edən Bəxtiyar Əliyevi, nə də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsini zərrə qədər də narahat etmədi.
Hələ bu günə qədər də məsələyə ümumiyyətlə yuxarıda adını qeyd etdiyimiz qurumlar tərəfindən qətiyyən heç bir reaksiya yoxdur.
Vətəndaş Ceyhun Xudiyev müraciətində bildirir ki, İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinə məktublar yazıram, heç cavab da vermirlər.
Gundemxeber.Az dogruxeber.az-a istiandla bildirir ki, İcra Hakimiyyətindən isə Ceyhun Xudiyevin bu gileyinə belə açıqlama gətirdilər ki, "ünvanını bilmirik".
Maraqlıdır ki, "ünvansız" ünvanda yaşayan Ceyhun Xudiyevin o zirzəmidə böyütdüyü böyük oğlu Xudiyev Cavid Ceyhun oğluna Hərbi Komissarlıqdan çağırış vərəqəsi gəlib.
Maraqlıdır ki, "ünvan bilmədikləri üçün" şikayətlərinə cavab verməyən qurumlar necə olur ki, Ceyhunun ünvanına hərbiyə çağırış vərəqəsini göndərirlər?!
Yeri gəlmişkən, deyir "yüz eşitməkdənsə, bir görmək yaxşıdır".
Biz də məhz bu səbəbdən bu dəfə çəkiliş qrupumuzla bərabər üz tutduq Ceyhun Xudiyevin yaşadığı zirzəmiyə.
İnanın səmimiyyətimizə çəkiliş bitənə qədər çox çətinliklə nəfəs aldıq. Bizim 1 saat dözə bilmədiyimiz zirzəmidə 10-larla ailə, həmçinin də Ceyhun Xudiyev özü və ailəsi 20 ildən çoxdur ki, yaşamağa məhkumdurlar və nə yazıq ki, bu Ağdam İcra Hakimiyyətinin, onların öz seçdikləri vəkilləri Bəxtiyar Əliyevin, həmçinin Rövşən Rzayevin ümumiyyətlə maraq dairəsi xaricindədir.
Dövlət tərəfindən Məcburi köçkünlər üçün mənzillər tikilib təhvil verilərkən, Prezident tapşırıq vermişdi ki, ilk olaraq zirzəmilərdə və digər çox çətin şəraitdə yaşayanlar köçürülsün. Hansısa, kimsəyə məlum olmayan səbəblər üzündən digərlərinə nisbətən normal şəraitdə yaşayan və maddi durumu yaxşı olan şəxslər yeni tikilən mənzillərlə təmin edildi, Ceyhun Xudiyev və onun vəziyyətində olan bir çox ailələr hələ də havasız, antisanitar şəraitdə hələ də yaşamaq məcburiyyətindədir.
Vaqif Həsənovun saymadığı, Bəxtiyar Əliyev "mübarək simasına həsrət qoyduğu", Rövşən Rzayevin maraqları xaricində olan Ceyhun Xudiyevin yaşadığı "mənzil"i görüntülərini sizlərə təqdim edirik:
Yeri gəlmişkən onu da qeyd edək ki, Ceyhun Xudiyev artıq ölkə vətəndaşlığından imtina etmək həddindədir.
Deyir: - "Ölkə vətəndaşlığından imtina edib, ailəmi, uşağımı götürüb gedəcəm. Əgər o da mümkün olmasa, "Qaçqınkom"un (Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsi) qarşısında benzin töküb, özümü yandıracam".
Sözdə "xalqın xidmətçisi" olan məmurların vəzifə səlahiyyətlərinə laqeydliyi üzündən xalqı bu həddə çatdırması birmənalı olaraq onları hakimiyyətin üzərinə qaldırmaq üçün qəsdən yaradılan təxribatdır deyə düşünürük.
Yoxsa, başqa səbəb nə ola bilər ki?!
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Gundemxeber.Az
7-01-2014, 16:51
6-06-2018, 15:59
16-01-2014, 16:05
1-03-2016, 20:32
6-05-2019, 14:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?