GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İlqar Murquzov, Habil Məmmədov və Həsən Əhmədov üçlüyü bir-biri ilə çəkişib?

İlqar Murquzov, Habil Məmmədov və Həsən Əhmədov üçlüyü bir-biri ilə çəkişib?

Tarix: 26-08-2021, 11:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 558


Rayon məhkəməsi 15, apellyasiya instansiyası 10 aydan sonra saxta  qərarını verib.


Ombudsmana çoxillik şikayətlər cinayət işi üzrə qiyabi qərar çıxarılmasına gətirib. 

Ortalıq 3,5  il qabaq   “hərbi ekspert”in bu sətirlərin yazarını “Qazilər” saytında aşağılamasına cavab olaraq Yasamal məhkəməsinə Cinayət Məcəlləsinin 147 və 148 -ci maddələri əsasında xüsusi ittiham qaydasında şikayətlə müraciət edilməsinə nədən olub. Azərbaycan Respublikası  Cinayət Prosessual Məcəlləsinin  (CPM) 19, 103 və 194.1 maddəsinin tələbinə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təminat barədə vəsatətə hakim Günel Əkbərli  Vəkillər Kollegiyasına müraciət etməyi acıqlı -əsəbi şəkildə bildirəndə, barəsində şikayət verilən şəxsin və müdafiəçisinin  məcburi gətirilməsi haqqında   vəsatətə isə özünü vəkil kimi aparmaqla reaksiya veriləndə hakimə etiraz edildi və məhkəmənin dəftərxanasına verildi. Bundan sonra nə etiraza baxıldı, nə şikayətə. İl yarımlıq ali dövlət hakimiyyəti orqanlarına, Ombudsmana  şikayətlərdən sonra, axırı, 12.04.2019 tarixli xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina haqqında qərar 07.07.2020 -ci ildə elektron poçt ünvanına göndərildi. İcraatdan imtinanı “Qazilər” saytının həmin nömrəsini oxuyanların sayı haqqında arayışın təqdim edilməməsi ilə  (?) “əsaslandıran”  məhkəmə hakiminin özbaşınalığına baxın,  3 günə verilməli qərar 15 aydan sonra verilib! (?) Təbii ki, məhkəmənin öz suçu olduğundan xüsusi ittihamçının müddətin buraxılmasının üzrlü sayılması haqqında vəsatəti  təmin edilərək  apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərildi. 


Gözləmək olardı ki, yuxarı instansiya – Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası maddi hüquq normaları  bir yana, heç olmasa, prosessual qanunvericiliyin pozulmasına hüquqi qiymət verər . Gerçəkdə elə apellyasiya instansiyasının başlıca görəvi aşağı instansiyaların qanunsuzluğunu , yanlışlıqlarını aradan qaldırmaq olsa da,  sədri və məruzəçi hakimi İlqar Murquzov olan, Habil Məmmədov və Həsən Əhmədov üçlüyü də qeyri-prosessuallıqda Günel Əkbərlidən cəmi 5 ay geri qaldılar. Yasamal rayon məhkəməsi qərarını 15 aya vermişdisə,  Bakı Apellyasiya Məhkəməsi 28.10.2020-ci il tarixli qərarını 23.08.2020-ci ildə , yəni 10 aya elektron ünvana göndərib (?) . Bu beş aylıq  “tezləşmə”də Ombudsmana çoxillik müraciətlərin böyük önəmi olub. Bakı Apellyasiya Məhkəməsinin təşkilat şöbəsinin müdiri Asim Zülbalayev Ombudsmana cavab olaraq 8-B-07/2021 saylı 23.08.2021-ci il tarixli  məktubla bildirib ki, 28.10.2020 -ci il tarixli qərar ümumi şöbə tərəfindən  17.06.2021-ci göndərilib, buna baxmayaraq, müraciət nəzərə alınaraq yenidən təşkilat şöbəsi tərəfindən göndərilir (?) . Bir daha vurğulamaq faydalı olar ki, CPM qərarın 3 günə verilməsini doğrulayır, 6-8 aydan sonra emailə göndərilməsini yox!  Qərarın gah ümumi,  gah təşkilat şöbəsi tərəfindən göndərilməsi isə,  ümumiyyətlə, heç bir iclasın və qərarın olmamasını,  köhnə tarixə saxta akt qəbul edilməsini ortaya qoyur. Bu saxtalıq elə qərardan da görünür : TƏRƏFLƏR İŞTİRAK ETMƏDƏN, ÇƏKİŞMƏ PRİNSİPİNƏ ƏMƏL EDİLMƏDƏN CİNAYƏT İŞLƏRİNİN MƏHKƏMƏ İCRAATI YOLVERİLMƏZDİR! Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin,  CPM-in 2 -ci və digər maddələrinin tələblərinə görə, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir; cinayət – prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və çəkişmə prinsipini pozan ,  sübutlara əvvəlcədən müəyyən hüquqi qüvvə verən normativ hüquqi aktlar tətbiq edilə bilməz . Bu ən yüksək və birbaşa qüvvəyə malik olan Konstitusiya , bu Cinayət Prosessual Məcəllə , bu da üç hakimin qərarı!  Belə çıxır, hakimlər bir – biri ilə çəkişib ? Axı, qərarda göstərildiyi kimi nə ittiham,  nə də müdafiə tərəfi iclasda iştirak etməyib!  Bakı Apellyasiya Məhkəməsinin qərardan şikayət vermək müddətini konkret göstərmədən  CPM-in 410 -cu maddəsi ilə müəyyən etməyi tərəfin üzərinə qoyması da qeyri-prosessuallıqdan qaynaqlanır. Hüquq təhsili olmayan şəxs CPM-i oxuyub müddəti müəyyən etməlidir?  Ondansa,  hakimlərin savadartırma kurslarına göndərilməsi daha məntiqli olmazmı? 

Fikrimizcə,  Məhkəmə Hüquq Şurasının bu barədə fikirləşməyinə dəyər. 


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb

    Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham ...

    23-11-2020, 20:33

  • 
  • Lombard rəhbəri jurnalistin həbsinə cəhd edir-İDDİA

    Lombard rəhbəri jurnalistin həbsinə cəhd ...

    6-01-2020, 10:04

  • 
  • Məhkəmə baş redaktora hökm oxuyub

    Məhkəmə baş redaktora hökm oxuyub ...

    17-06-2020, 11:38

  • 
  • ​Məhkəmə Aslan İsmayılovu cərimələdi - Ona Bakını tərk etmək qadağan olundu

    ​Məhkəmə Aslan İsmayılovu cərimələdi - Ona Bakını ...

    4-07-2018, 19:46

  • 
  • Keçmiş hakim məhkəmə zalında həbs edildi

    Keçmiş hakim məhkəmə zalında həbs edildi ...

    1-04-2015, 22:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu