GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sumqayıt bulvarında Azərbaycan adına xəyanət - Poseydon,Troya, Rozenbaum… (FOTO/FAKT)

Sumqayıt bulvarında Azərbaycan adına xəyanət - Poseydon,Troya, Rozenbaum… (FOTO/FAKT)

Tarix: 31-08-2021, 16:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 752

Son illər Sumqayıt şəhərində müəyyən ciddi məsələlər var ki, şəhər rəhbərliyinin sanki nəzərindən uzaq düşüb. Belə məsələlərdən biri, Sumqayıtda yeni salınan dənizkənarı bulvarda dövlət dilinə münasibət və bulvarda milli tarixi dəyərlərimizə ögey münasibətdir. Əgər Sumqayıtın yeni bulvarına istirahət etmək üçün yolunuz düşsə iki əsas məsələyə diqqət edin. Bulvar boyu-4-5 km məsafədə buta simvolunu əks etdirən 1-2 kiçik  konstruksiyadan başqa(əslində butanı da heç düzgün əks ertdirməyiblər) bütün incəsənət memarlıq abidələri rus və ingilis ədəbiyyatının tərənnümünə həsr edilib.


Sumqayıt bulvarında əhalinin istirahəti üçün olan bütün restoran kafelərin adı ingilis dilindədir. Yenə də adı 1-2 Azərbaycan dilində olan kafe görə bilərsiniz. Bulvarın bir başından başlayıb sonuna qədər gedsəz məsələnin nə qədər ciddi və narahat edici olduğunu görərsiniz. 

Hətta bir neçə ay əvvəl ana dilimizdə olan bir restoran adını əcnəbi dilə dəyişdirmişdir. 


Sumqayıt Bulvarında və ətrafında  fəaliyyət göstərən bəzi kafe və restoranların, yaşayış komplekslərinin və sairələrinin adlarına fikir verin:

Poseidon Restaurant & Lounge, ", GenclikCityBowling&Restaurant ,

«Levent Sumqayıt Beach City» Yaşayış Kompleksi, Sumqayit City Park Bulvar, Açıq havada idman alətləri olan meydança-Outdoor Fitness, Port West Restaurant(əvvəl “Sərin” restoranı olub),yanında atlar olan  ”Troya” restoranı(hələ açılmayıb, amma adı qeyd olunub), The Positive Club Sumgait, “Priçallı” (qurma, süni ad) "Sweet restoran"PROUD fost food & Drink" ,  

 Afford Pizza & Cafeteria , Vanilla Waffle, "Alinea" restoranı(parkda)


Bu hələ tam siyahı deyil. Görəsən şəhər rəhbərliyi bu barədə nə düşünür ? Sumqayıt bulvarında ingilisdilli turistlərin sayı nə qədər olur ki, ingilis dili siyasəti belə təbliğ edilir? Bulvarda istirahət edən yerli sakinlərdir, yoxsa əcnəbilər ? Məntiq ilə götürəndə həmin restoran və kafe sahibləri yerli sakinlərə xidmət edirsə xidmət obyektinin adını nə üçün əcnəbi dildə seçir ? Hər məsələyə müdaxilə edən məmurlar nə üçün çörəyini yediyi dövlətinin dilinə bu qədər laqeyd yanaşırlar ?


Sual olunur ki,  Yunan mifologiyasında dəniz tanrısı, Zevsin qardaşı sayılan Poseydonun adını Bulvarda restorana qoymaq nə qədər vacibdir?! Və ya qədim yunan şəhəri olan  Troyanın adının Sumqayıta, Azərbaycana bizə nə qədər aidiyyatı var ki, onun adını restorana qoyulsun. Bunların milli ruha heç bir aidiyyatı yoxdur. Xaricdə bizim dildə nəsə qoyarlar ?!

O qədər Azərbaycan adları var niyə onlara üstünlük verilmir? Niyə məsələn ,obyektlərə dənizlə bağlı Liman, Dəniz, Ləpədöyən, Sərin Dalğa, Liman, Xəzri,Gilavar, Görüş və sairə yüzlərlə gözəl  və uyğun , milli ruhda azərbaycan adları qoyulmur. Bundan başqa milli adlara bu cür münasibətlə  həm də dillə bağlı qanun pozulur.


Bildiyimiz kimi ad alanda ilk olaraq Ədliyyə Nazirliyinə müraciət olunur. Öz növbəsində isə nazirlik tərəfindən yalnız həmin adın uyğun olub-olmaması yoxlanılır. Bu zaman həmin adların nə orfoqrafik tərkibi, nə də mənşəyi yoxlanılır. Hər hansı əcnəbi adını götürərək, məsələn, "restourant" sözünün elə olduğu kimi yazılması sözünün işlənməsi bu qaydalara uyğun deyil. "Reklam haqqında" qanuna görə, əgər yazılan ad əcnəbi dildədirsə, ondan əvvəl mütləq Azərbaycan dilində həmin sözün tərcüməsi yazılmalıdır. Bu zaman Azərbaycan dilində olan hissə əcnəbi dilində olan sözdən iri hərflərlə yazılmalıdır". Bu qayda burada tam pozulur.


Bu məsələdə günahı icarədarların da üstünə atmaq olmaz. Çünki obyektlərin demək olar ki, hamısı yerli məmurlara məxsusur. Bir çoxlarının isə adı icarəyə verilməmiş artıq adı qoyulub. Həm də Bulvar özəl ərazi deyil, dövlətə məxsusdur, büdcədən maliyyələşir.

Bulvarda zövqsüz, şablon və əsasən kopya olan, sənət əsərlərindən uzaq səpələnmiş  heykəllərin əksəriyyəti də milli-adət ənənlərə uzaq elementlərdir.


Məsələn, nə qədər yaxşı musiqiçi, müğənni olsa da Aleksandr Rozenbaumun, “baboçka” taxan penisyaçı kişinin, zəncirlənmiş çılpaq  uşaqların, bizimkilərə oxşamayan “nərdoynayanların”, rəqs edən cütlüklərin, keçən əsrdəki rus xanımların obrazını əks etdirən heykəllərin Azərbaycanın milli adətlərinə nə qədər aidiyyatı var?!

Əlbəttə ümumbəşəri dəyərlər , hətta müasir   üslub lazımdır və vacibdir, amma  bu dərəcədə yox…

 

Olmaz ki, bulvarda böyük Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin ədəbi- bədii yaradıcılıq motivləri, xalq, folklor nümunələrimizin, nağıl personajlarımızın, dastanlarımızın -Cırtdanın, Koroğlunun, Dədə Qorqudun obrazları əsasında tarixi mirasımızın təbliği istiqamətində iş görülərdi, nəinki qədim yunan mifologiyası, rus ədəbiyyatı təbliğ edilsin. Bulvara, parka məsələn Hacı Zeynalabdin Tağıyevin  heykəlini qoymaq çox gözəl olardı.


Nəzərə alsaq ki, bulvar şəhər əhalisinin, gənclərin sıx istirahət mərkəzidir o zaman gənclərin təlim-tərbiyəsi baxımından milli tariximizin yüksək səviyyədə təbliğatı əvəzinə  yad mədəniyyətlərin təbliğinin görəndə məcbur olub düşünməyə başlayırsan. Əcəba bu sahəyə cavabdeh olan şəxsin kökündə mənsub olduğu milli mədəniyyətə mənfi münasibət hardandır?






















GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt bulvarında qəribə qadağalar var

    Sumqayıt bulvarında qəribə qadağalar var ...

    20-08-2017, 17:55

  • 
  • Sumqayıtda 4 km uzunluğunda istinad divarı tikilir

    Sumqayıtda 4 km uzunluğunda istinad divarı tikilir ...

    18-02-2016, 20:30

  • 
  • Bulvarda çay içmək arzusu gözündə qalanlar (FOTO)

    Bulvarda çay içmək arzusu gözündə qalanlar (FOTO) ...

    13-08-2013, 16:14

  • 
  • Sevgilisindən ayrılan qız özünü bulvarda dənizə atdı

    Sevgilisindən ayrılan qız özünü bulvarda dənizə ...

    9-10-2016, 18:00

  • 
  • Müğənnidən xəbərdarlıq: Bakı bulvarında ilanlar var! - VİDEO

    Müğənnidən xəbərdarlıq: Bakı bulvarında ilanlar ...

    13-07-2018, 17:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu