Son günlər tibb müəsisələrində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksin olunmadan “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla həmin şəxslərin güya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri xəbərləri gündəmimizdə yer alır.
Məsələyə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən nəzarət olunur və saxta sənəd verənlər ifşa olunaraq saxlanılır.
Busaat.az xəbər verir ki, adı son zamanlar qeyri-qanuni əməllərlə və korrupsiya ilə mediada hallanan Quba rayonunun İcra başçısı Ziyəddin Əliyevin adı bu dəfə də qalmaqalda hallanır. Sosial şəbəkələrdə İcra başçısı Ziyəddin Əliyevin peyvənd olunarkən çəkilən fotosu yayılıb. Lakin buradan görünür ki, iynənin üzərindəki qapaq çıxarılmayıb. Hadisə birmənalı qarşılanmayıb və insanların qəzəbinə səbəb olub. Sözügedən fotonu təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?