GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ƏƏSMN-nin sturuktur vahidlərində hər cür anarxiya, hər cür qanunsuzluq, hər cür özbaşınalıq hökm sürməkdədir

ƏƏSMN-nin sturuktur vahidlərində hər cür anarxiya, hər cür qanunsuzluq, hər cür özbaşınalıq hökm sürməkdədir

Tarix: 8-09-2021, 14:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 072


  Faktdır ki, bugünə kimi ölkə rəhbərinin diqqət və qayğısı sayəsində sağlamlıq imkanları məhdud uşaqların sosial təminatlarının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb, bu da son anda onların müasir reabilitasiya sistemi ilə əhatə olunmasına, bu kateqoriyadan olan uşaqlara aylıq müavinətlərin verilməsinə, uşaqlara qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdünün ödənilməsinə və s. səbəb olub. Bu sırada Bakı şəhərinin Nərimanov rayonunda 2003-cü ilin oktyabr ayından fəaliyyətə başladığı bildirilən 1 saylı Uşaq Reabilitasiya Mərkəzinin müasir tələblərə uyğun qurulması da, məhz sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması ilə nəticələnib. Qeyd edək ki, bu Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlara əsaslanan səmərəli reabilitasiya tədbirlərinə cəlb olunurlar, onların sosial statusunun bərpa olunması istiqamətində lazımi addımlar atılır, uşaqların cəmiyyətə inteqrasiya imkanlarına malik olmaları üçün müəyyən  xidmətlər göstərilir.


   Bütün bunlara baxmayaraq, Nərgiz xanım Əliyevanın rəhbərlik etdiyi 1 saylı Uşaq Reabilitasiya Mərkəzində son bir neçə ayda baş verənləri eşitdikcə, sanki şoka düşməli olduq. Belə ki, ilk əvvəl naməlum şəxs və ya şəxslərin redaksiyamıza çatdırdıqları məlumatlarda bildirilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu Mərkəzdə, Nərgiz xanım bir ilə yaxındır ki, bugünkü vəzifəsinin icraasına başlayıb. Əgər ötən illər ərzində hər ilin bayram günlərində işçilərə bir aylıq maaş həcmində əlavə pul verilirdisə, Nərgiz xanım Əliyevanın təyinatından sonra bu yöndə atılan addım birdəfəlik dayandırıldı. Səbəb? Hələ ki, bu bəlli olmayan səbəb olaraq qalmaqdadır. Dövlət tərəfindən 1 saylı Uşaq Reabilitasiya Mərkəzinə lazımi qaydada qida məhsulları verilsə də, rəhbərlik “Mən bunları öz vəsaitlərim hesabına alıram” deyib, bu yöndə təbliğatını həyata keçirir.


    Bundan əlavə, uzun müddət ərzində bu Mərkəzdə müxtəlif ixtisaslar üzrə çalışmış işçilərin daşıdıqları vəzifələrindən azad olunmaları, sanki adi məişət məsələlərindən birinə çevrilir. Bu yöndə məlumatları əldə etdikdən sonra tərəfimizdən lazımi araşdırmalar apardıq və o da bəlli oldu ki, Nərgiz xanım Əliyeva direktor vəzifəsinin icraasına başladıqdan bir qədər sonra, 1 saylı Uşaq Reabilitasiya Mərkəzində idman üzrə mütəxəssis vəzifəsini daşımış Nisə xanım, həkim vəzifəsini daşımış Quliyeva Sadiqə Əli qızı və texniki işçi (sanitar) Lamiyə xanım daşıdıqları vəzifələrindən azad olunurlar. Məsələnin maraqlı və təəccüb doğuran tərəfi odur ki, rəhbərlik idman sahəsi üzrə mütəxəssis olan Nisə xanıma kollektiv qarşısında təşəkkürnamə verir, bir həftə sonra isə adı çəkilən xanımı daşıdığı vəzifəsindən uzaqlaşdırır. Çatdırılan məlumatlarda o da vurğulanır ki, 1 saylı Uşaq Reabilitasiya Mərkəzində iş saatı qanunun tələbinə uyğun səhər saat 9:00-da başlayıb saat 16:00-da başa çatmalı olduğu halda, rəhbərlik işçiləri qanunsuz olaraq əlavə iş saatı ilə yükləyir. Belə bir halın varlığı, məhz hər bir işçinin əmək fəaliyyətinin kobud şəkildə pozulması ilə nəticələnir. Bundan əlavə, rəhbərliyin həkimlərə, sanitarlara əlavə iş qrafiki, yəni beş iş qrafiki təyin etdiyi  də bildirilir ki, bu da birbaşa qanun pozuntusunun baş verməsi deməkdir.


  Diqqəti cəlb edən hal odur ki, ilk əvvəl naməlum şəxs və ya şəxslərin redaksiyamıza çatdırdıqları məlumatları, az sonra isə tərəfimizdən apardığımız araşdırmaların nəticəsini əsas tutaraq, 1 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru Nərgiz xanım Əliyevaya bir neçə sualla müraciət edib cavablandırmalarını xahiş etsək də, təəssüflər olsun ki, qarşı tərəf tabe olduqları Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin icazəsi olmadan heç bir suala cavab verə bilməyəcəklərini bildirdi. Az sonra o, ünvanladığımız sualları bu ilin aprel ayında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunan Tural Qurbanovun cavablandıracağını qeyd etsə də, təəssüf hissi ilə bildirək ki, bu ilin iyil ayından bugünə qədər qarşı tərəfdən heç bir sualımıza cavab əldə edə bilmədik. Bu da o deməkdir ki, Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sturuktur vahidlərində hər cür anarxiya, hər cür qanunsuzluq, hər cür özbaşınalıq və s. hökm sürməkdədir. Əgər bu belə olmasaydı, o halda adı çəkilən vəzifə sahibləri az-çox məsuliyyətlərini dərk edib, ötən aylar ərzində ünvanladığımız sualları cavablandırardılar. Deməli, ...

Mövzuya qayıdacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdən uşaqlar üçün yeni xidmət

    Nazirlikdən uşaqlar üçün yeni xidmət ...

    3-03-2015, 17:29

  • 
  • Yeni təqaüd onlara veriləcək - Nazirlikdən AÇIQLAMA

    Yeni təqaüd onlara veriləcək - Nazirlikdən ...

    11-03-2019, 16:29

  • 
  • Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yeni TƏKLİF

    Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yeni ...

    6-09-2015, 12:28

  • 
  • Reabilitasiya mərkəzlərinə qəbul başlayır

    Reabilitasiya mərkəzlərinə qəbul başlayır ...

    23-09-2020, 15:01

  • 
  • DİQQƏT: Bu şəxslərə ev veriləcək - Prezident tapşırıq verdi

    DİQQƏT: Bu şəxslərə ev veriləcək - Prezident ...

    18-01-2020, 15:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu