Milli Məclisin payız sessiyasında sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı qanunvericiliyə bəzi əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüs irəli sürülə bilər. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı ayrıca qanun var. Ancaq təhsil ocaqlarında belə uşaqların təhsil alması üçün xüsusi infrastruktur yoxdur.
Yəni, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəblərin pilləkənlərində xüsusi şərait, siniflərdə, auditoriyalarda xüsusi oturacaqlar mövcud deyil. Bu baxımdan da qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Bunu nəzərə alaraq, parlamentin payız sessiyasında müəyyən təşəbbüslər qaldırılacaq.
Qeyd edək ki, Milli Məclisin əvvəlki sesiyalarında da bu məsələnin gündəmə gətiriləcəyi planlaşdırılırdı, lakin təklifin daha dəqiq işlənməsi müəyyən vaxt apardığı üçün təxirə salınmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?