GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "KİMLƏRSƏ MARAĞINDADIR Kİ, BU UŞAQLAR YERİNDƏCƏ MƏHV EDİLSİN" - Ekspertdən DİM-ə ağır ittihamlar

"KİMLƏRSƏ MARAĞINDADIR Kİ, BU UŞAQLAR YERİNDƏCƏ MƏHV EDİLSİN" - Ekspertdən DİM-ə ağır ittihamlar

Tarix: 10-09-2021, 10:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 254


"Bu il təxminən 5000 nəfər İnformasiya Texnologiyaları (İT) və kompüter ixtisası üzrə ali məktəblərə qəbul olub. Yəni, 5000 şagird son iki ildə informatikanı bir kənara ataraq məcburən kimya öyrənib ki, İT ixtisasa qəbul ola bilsin. Çünki bizim qəbul qaydalarına görə İT və kompüter ixtisasını seçənlər “İnformatika” əvəzinə “Kimya”dan imtahan vermək məcburiyyətindədir".


Gundemxeber.az "AzPolitika.info"ya istinadla xəbər verir ki, bunu Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert qeyd edib ki, zorən kimyaçılar artıq arzularına çatıblar. Onun sözlərinə görə, bu gündən etibarən 5000 nəfər İT yönümlü tələbəmizə kimya lazım olmayacaq.

"Necə ki, iki il ərzində “İnformatika”nı kənara atmışdılar, indi də “Kimya”nı birdəfəlik kənara atacaqlar", - deyə o vurğulayıb.

Ekspert vurğulayıb ki, son iki ildə “İnformatika”nı da öyrənmədiklərindən universitetlərdə bu sahə üzrə bilik və bacarıqları mənimsəmək onlar üçün ciddi problemə çevriləcək: "Qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq “İnformatika” sahəsində əsas anlayışlar, alqoritmlər və kodlaşdırma öyrədilir. Rəqəmsal bacarıqlar aşılanır. İT və kompüter ixtisası seçənlər qabaqcadan bu istiqamətdə təmayülləşir. Ali məktəblərə qəbul üçün bu sahə üzrə bilik və bacarıqlar əsas götürülür. Yəni digər ölkələrlə müqayisədə, bizdə İT və kompüter sahəsində ali məktəblərə qəbul olunan tələbələrin start vəziyyətləri “İnformatika, yoxsa Kimya” problemi ucbatından kəskin dərəcədə fərqlənir".

O.Gündüz qeyd edir ki, biz İT sahəsi üzrə irəli getmək istəyən uşaqları sanki tutub saxlayırıq, onun belinə əlavə “Kimya” yükü də yükləyirik.

“Məktəbin və valideynin resurslarını fərqli istiqamətə yönləndiririk ki, uşaq İT üzrə irəli gedə, üstün mövqe qazana bilməsin. Hansı ki, “Kimya” üzrə biliklər bir də heç vaxt ona lazım olmayacaq. Nəticədə universitetlərdə İT sahəsi üzrə ali təhsilin keyfiyyətində ciddi problemlər yaranır. Universitetlərdə İT sahəsi üzrə təhsilin keyfiyyətində problemlər həm də məhz bu səbəblə bağlıdır",- deyə ekspert vurğulayıb.

Problem nə vaxtadək davam edəcək?



Osman Gündüz bu suala cavabında bildirib ki, "Dövlət İmtahan Mərkəzi (DİM) İnformatikadan imtahan olsa, hamı kəsiləcək, odur ki, gərək Təhsil Nazirliyi (TN) məktəblərdə İnfromatikanın tədrisini qaydaya salmalıdır" deyir.

Ekspert vurğualayır ki, son illərdə “İnformatika” sahəsində əldə olunan uğurlar, TN-nin MİQ sahəsindəki uğurlu addımları DİM-in bu arqumentinin elə də ciddi olmadığını göstərir: "DİM-in bu problemin həlli istiqamətindəki səylərini heç bir halda yetərli hesab etmək olmaz. Yalnız bir halda bu məsələ müzakirə mövzusu ola bilər ki, qəbulda mövcud status-kvonun dəyişməsi üçün böyük resurslar gərək olsun, hansı ki, hökumət də bu resursları DİM-ə ayırmaqdan imtina etsin.

TN də deyir ki, DİM gərək İnformatikadan imtahan salsın ki, məktəblərdə, valideynlərdə və uşaqlarda “İnformatika”ya diqqət daha da artsın. Son zamanlar hiss olundu ki, TN bu istiqamətdə nəsə etmək istəyir. Lakin görünən odur ki, onun da mövcud qaydaları dəyişdirməyə hələlik gücü çatmayıb".



Osman Gündüz əlavə edir ki, bu istqiamətdəki araşdrımaları onu deməyə əsas verir ki, problemin daha dərin kökləri var.

"Hətta, bəzən belə fikirlər səslənir ki, son illərdə ölkədə aparılan islahatlar, innovasiyalara diqqət, rəqəmsal transformasiya, dördüncü sənaye inqilabının çağırışlarına cavab verən müəyyən addımların atılmasına baxmayaraq, bu problemin həllinə diqqət yetirilməməsində maraqlı olanlar da var. Buradan şübhələnmək üşün əsaslar da yaranır ki, kimlərsə maraqlı olub, ölkədə güclü İT təbəqə formalaşmasın, bu sahədə bacarığı və marağı olan uşaqlar elə yerindəcə məhv edilsin",- deyə kespert qeyd edib.

O. Gündüz hesab edir ki, problemin uzun illər həll olunmaması hökumətin bu sahəyə yetərincə laqeyd münasibətinin nəticəsidir: "Artıq DİM-ə və TN-ə bu istiqamətdə müraciət etməkdən yorularaq innovasiya və rəqəmsal sektorun inkişafına cavabdeh olan qurumlara- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) və ASAN-a, İT təhsil verən universitet rəhbərlərinə, Prezident Administrasiyasının müvafiq bölmələrinə müraciət edirəm ki, indidən bu problemin həlli istiqamətində birgə səylər gücləndirilsin ki, növbəti ildən təhsil qurumları, məktəblər, valideynlər və uşaqlar öz işlərini bilsinlər".

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Riyaziyyat və informatika liseyine rüşvət - İTTİHAMI

    Riyaziyyat və informatika liseyine rüşvət - ...

    3-06-2016, 16:47

  • 
  • Ən bahalı və ən ucuz ixtisaslar — SİYAHI

    Ən bahalı və ən ucuz ixtisaslar — SİYAHI ...

    24-07-2017, 22:21

  • 
  • Biləsuvar təhsilində özbaşınalıq

    Biləsuvar təhsilində özbaşınalıq ...

    10-01-2013, 11:06

  • 
  • "İmtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində daha çoxdur"

    "İmtahan fənlərindən sıfır bal toplayan ...

    28-02-2016, 09:02

  • 
  • Məleykə Abbaszadə: "Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək"

    Məleykə Abbaszadə: "Magistraturaya qəbul ...

    23-01-2019, 11:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu